Məhkəmə qərarları › İş №2(012)-291/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-291/2021

05.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-291/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X39 nümayəndəsi X19, Cavabdeh AR ƏMDK yanında DƏDMH-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X11, Üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X39 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və üçüncü şəxs X16 qarşı «çıxarışın ləğvi» tələbinə dair mülki işə 05 may 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Heydər Əliyev adına X42 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ********** qeydiyyat nömrəli, 28.08.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X14 adına dövlət qeydiyyatına alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X39 nümayəndəsi X30 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Heydər Əliyev adına X41 məxsus neft məhsulu nəql olunan Dş-300 mm (reaktiv mühərrik yanacağı) 36 km uzunluğunda olan maqistral neft boru kəmərinin “Mühafizə Zonası”nın 38 metrlik məsafəsində torpaq zəbt edilməklə ünvan 1 ünvanda X22 tərəfindən fərdi yaşayış evinin inşası aşkar edilmişdir. Bundan başqa həmin ərazidən Dş-300 mm. neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm (quru qaz), Dş-250 mm (nafta) və Dş-500 mm (dizel) neft boru kəmərləri keçir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli çıxarışı ilə 28.08.2019-cu il tarixdən xüsusi mülkiyyət hüququ üzrə X15 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X42 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq X24 tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında neft boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün neft boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən,neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə neft boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.Çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin tərəfimizdən əldə edilməsi mümkünsüz olduğu üçün həmin sənədlərlə tanış olub müvafiq hüquqi addımlar atmaq imkanımız olmamışdır. Amma mübahisəli torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olduğunu sübut edən yuxarıda qeyd olunan sənədlər həmin çıxarışın əsassız olaraq, yoxlanılmadan verildiyini sübüt edir və həmin çıxarışın ləğvi üçün əsas ola biləcəyini ehtiva edir.Heydər Əliyev adına X41 məxsus magistral neft boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədlərə əsasən, (AR NK-nin 02.11.2004-cü il tarixli 167 N-li Qərarının 4-cü bəndi) azı 50 metr olmalıdır.Cavabdeh həmin torpaq sahəsini, mövcud faktiki halları araşdırmadan, SOCAR-ın maraqlarına toxunmaqla vətəndaşın mülkiyyətinə vermişdir. Hesab edirik ki, bu qanunsuzdur və bununla əlaqədar, həmin reyestr çıxarışı ləğv edilməlidir.“Texniki təhlükəsizlik” haqqında Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onlarınətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı və “Torpaq islahatı” haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar və sair daxildir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X17 məhkəməm iclasında izahatında bildirdi ki, işi məhkəmənin mülahizəsinə buraxır. AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən vətəndaşa qanuni əsaslarla çıxarış verilmişdir. Torpağın təyinatı neft kəmərinin mühafizə zonasına düşüb-düşməməsi mübahisə yaradır. Çıxarış verilən zaman həmin torpağın neft kəmərinin ərazisinə düşməsi ilə bağlı məlumat olmamışdır. İlkin olaraq torpaq sahəsi bələdiyyə vasitəsilə vətəndaşa verilmişdir. Daha sonra isə həmin torpaq satılmış və X24 2 sot torpaq sahəsini alğı-satqı müqaviləsi ilə almışdır. Üçüncü şəxs X24 məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki 0,02 ha torpaq sahəsini alğı-satqı müqaviləsi ilə almışdır. Həmin torpaq sahəsi 28.09.2019-cu il tarixində çıxarışla onun mülkiyyətindədir. Çıxarışı aldıqdan sonra ev tikməyə başlamışdır. Ona bu tikintiylə bağlı Abşeron rayon İcra Hakimiyyətindən Sərəncam verilmişdir. İş materiallarında olan Abşeron rayonu Xırdalan şəhər Bələdiyyəsi tərəfindən verilmiş torpaqların alqı-satqısına dair aktdan görünür ki, bu akta görə ünvan 2 ünvanda yaşayan X28 tərəfindən Abşeron rayon Xırdalan bələdiyyə orqanına 2004-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Xırdalan bələdiyyə ərazisində 0,02 ha torpaq sahəsinin satılması barədə 2004-ci il 24 aprel tarixli iclasının 04 saylı qərar qəbul edilmişdir. İş materiallarında olan 25 noyabr 2008-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğısatqısı müqaviləsindən görünür ki, satıcı X9 rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində mülkiyyətində olan 0,02 ha torpaq sahəsində yerləşən 11 nömrəli fərdi yaşayış evini və torpağı bütövlükdə alıcı X4. İş materiallarında olan 09 avqust 2011-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğısatqısı müqaviləsindən görünür ki, satıcı X10 rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, döngə 6 ünvanında mülkiyyətində olan 0,02 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evin həyətyanı torpaq sahəsindən yalnız 0,02 ha torpaq sahəsini alıcı X8. İş materiallarında olan 23 may 2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğısatqısı müqaviləsindən görünür ki, satıcı X13 rayonu, Xırdalan şəhərində yerləşən 0,02 ha torpaq sahəsini alıcı X2. İş materiallarında olan 15 avqust 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsindən görünür ki, satıcı X7 rayonu, Xırdalan şəhərində yerləşən 0,02 ha torpaq sahəsini alıcı X3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 0,02 ha olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 28.08.2019-cu il tarixdə X14 adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsi ilə bağlı X28 tərəfindən Abşeron rayon Xırdalan bələdiyyə orqanına 2004-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət olunmuş, ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Xırdalan bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinin satılması barədə 2004-ci il 01 dekabr tarixli iclasının 1254 saylı qərar qəbul edilmiş, 07 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktla ümumi sahəsi 0,06 ha olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsi X1. Daha sonra 25 noyabr 2008-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən, satıcı X9 rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində mülkiyyətində olan 0,02 ha torpaq sahəsində yerləşən 11 nömrəli fərdi yaşayış evini və torpağı bütövlükdə alıcı X6, 09 avqust 2011-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqısı müqaviləsinə əsasən, satıcı X10 rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, döngə 6 ünvanında mülkiyyətində olan 0,02 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evin həyətyanı torpaq sahəsindən yalnız 0,02 ha torpaq sahəsini alıcı X12, 23 may 2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən, satıcı X13 rayonu, Xırdalan şəhərində yerləşən 0,02 ha torpaq sahəsini alıcı X5,15 avqust 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən, satıcı X7 rayonu, Xırdalan şəhərində yerləşən 0,02 ha torpaq sahəsini alıcı X3. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 28.08.2019-cu il tarixdə X14 mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. İddiaçı Heydər Əliyev adına X42 ********** qeydiyyat nömrəli, 28.08.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbini irəli sürsə də, məhkəmədə işin faktiki hallarından görünür ki, mübahisəli torpaq sahəsinin ilkin torpq ayrılma,yəni bələdiyyə sənədləri (Abşeron rayon, Xırdalan Bələdiyyəsinin torpağın ayrılmasına dair 2004-ci il 01 dekabr tarixli, 1254 saylı sərəncamı, 07 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktı) və DTXK Abşeron rayon şəbəsi tərəfindən verilmiş 28.08.2019-cu il tarixli AN 417685 №-li torpaq sahəsinin plan və ölçüsü hal-hazırda da qüvvədədir.Ona görə də məhkəmə hesab edir ki, nə qədər ki,qeyd olunan sənədlər qüvvədədir iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə hesab edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən göründüyü kimi işin faktiki halların tələbin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Heydər Əliyev adına X39 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və üçüncü şəxs X16 qarşı ********** qeydiyyat nömrəli, 28.08.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X14 adına dövlət qeydiyyatına alınmış çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar