Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2915/2020 13.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayonMəhkəməsininhakimiElmanTofiqoğluMəmmədov, İddiaçıcavabdeh Bakı Mühəndislik Universiteti, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Təhsil Nazirliyinəqarşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi” tələbinə dairiddiaərizəsininəzərdənkecirərək, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Mühəndislik Universiteti, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi” tələbinə dairiddiaərizəsiilə məhkəməyə müraciət edərək, Bakı Mühəndislik Universitetinin xx.xx.2020-ci il tarixli, 2460 nömrəli əmrinin ləğv edilməsi, onun Bakı Mühəndislik Universitetinə bərpa edilməsi və həmin universitetin bakalavr mərhələsinin əcnəbi tələbələr üçün qəbul qaydalarının ona şamil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.11-ci maddəsinə görə ...., qeyri əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 (on) manat dövlət rüsumu ödənilir. İddiaçının tələbi qeyri əmlak xarakterli və qiymət qoyulmayan iddia olduğundan İddiaçı 10 manat məbləğində rüsum ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinə əsasən İddiaçı Cavabdeh Bakı Mühəndislik Universiteti, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinəəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Mühəndislik Universiteti, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2915/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2915/2020
13.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver