Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2917/2024 21.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyaların ona məxsus olan Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, bina 30 mənzil 2 ünvanından çıxarılması və məhkəmə xərcləri kimi 183 manat məbləğin (dövlət rüsumu, poçt göndərişinin qəbzi, foto şəkillərinin çap edilməsi qəbzi və kargüzarlıq xərci) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, bina 30, mənzil 2 iddiaçının mülkiyyətindədir. X6 və Cavabdeh 24 sentyabr 2010-cu ildə nikahlarını rəsmiləşdirdikdən sonra cavabdeh cehiz əşyalarını ona məxsus həmin mənzildə yerləşdirmişdir. 2021-ci ilin aprel ayından cavabdehin oğlu ilə ailə münasibətləri pozulduğundan evdən getmiş, sonradan onlar arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-56/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh hazırda valideyninə məxsus olan evdə yaşayır, lakin onun qeydiyyatı mübahisəli mənzildədir və onun cehizləri də 3 ildən artıq vaxtdır ki, orada qalmaqdadır. Cavabdeh valideyni ilə birlikdə yaşamasına baxmayaraq cehiz əşyalarını mübahisəli mənzildən çıxarmamışdır. O, dəfələrlə cavabdehdən cehiz əşyalarının mənzildən çıxarılmasını xahiş etsə də, nəticəsi olmamışdır. Mənzildə yerləşən əşyalar bunlardır: Qonaq mebeli dəsti-qaşlı qara rəngli: 1. Şüşəli qab-qacaq dolabı (2 ədəd) 2. Güzgülü kamod (1 ədəd) 3. Televizor altlığı (1 ədəd) 4. Masa (1 ədəd) 5. Oturacaqlar (6 ədəd) 6. Televizor (1 ədəd-qeyd: 5 il əvvəldən sıradan çıxıb,işləmir) Yataq mebeli dəsti: 1. Taxt-(1 ədəd) 2. Tumbalar (2 ədəd) 3. Paltar dolabı (1 ədəd) 4. Tumba çəhrayı rəng (1 ədəd). Yumşaq mebeli dəsti: 1. Divan (1 ədəd) 2. Puf-qara rəngli yumru formada (1 ədəd) Əşyalar: 1. 8 şamdanlı qaşlı çil-çıraq (1 ədəd) 2. 3x4 metr ölçüdə tünd bənövşəyi rəngdə Türkiyə istehsalı xalça (1 ədəd) 3. 0.8x1.5 metr ölçüdə xalça (1 ədəd) 4. 0.8x3 metr ölçüdə kiçik ölçülü xalça (1 ədəd) 5. Əl işi gəmi və mücrü qabı suvenir dəsti (1 ədəd hər birindən)
6. Pərdələr qonaq və yataq otaqları üçün (2 ədəd-hərəsindən 1 ədəd olmaqla) 7. Yorğan iki nəfərlik sarı rəng (lədəd) 8. Yataq örtüyü dəsti çəhrayı rəngdə (2 ədəd balış üzü və 1 ədəd yataq örtüyü) 9. Qırmızı dəri süfrə 1 ədəd süfrə və 6 ədəd parça salfetkası (1 dəst)
10. Qırmızı güllü yataq dəsti -1 ədəd mələfə və 4 ədəd yastıq üzü (1 dəst) 11. Pano gül rəsmi (1 ədəd qutuda) 12. Bənövşəyi yorğan 1 nəfərlik (2 ədəd) 13. Bənövşəyi saçaqlı pərdə (1 qol) 14. Mavi rəngli yastıq 70x50 sm ölçüdə (4 ədəd) 15. Mavi rəngli yastıq 70x70 sm ölçüdə (2 ədəd) 16. Pilet gözmuncuğu naxışlı (1 ədəd) 17. Çay dəsmalları - (11 ədəd)
18. Çay dəsmalı 3 dəst (hər birində 2 ədəd olmaqla) 19. Əl-üz dəsmalları (9 ədəd) 20. Can dəsmalları çəhrayı və yaşıl rəng (2 ədəd) 21. Süfrə ağ parça üzərində bənövşəyi tikişlərlə (1 ədəd) 22. Süfrə qızılı rəng (2 ədəd) 23. Süfrə naxış işləməylə ağ rəng (1 ədəd) 24. Pərdə bənövşəyi rəng yataq otağı üçün (2 qol) 25. Pərdə yaşıl rəng saçaqlı mətbəx üçün (1 ədəd) 26. Süfrə arqanza materialından 1 ədəd süfrə 6 ədəd salfetkası (1 dəst) 27. Yataq dəsti qızmızı atlas materialından (1 ədəd) 28. Yataq dəsti pambıq materialından rəngli (3 ədəd) Qab-qacaqlar: 1. Tünd bənövşəyi rəngli uzun şüşədən güldan (1 ədəd) 2. Rəngbərəng büllur badələr (6 ədəd) 3. 6 personluq 21 ədəd güllü çay servisi dəsti (1 dəst)
4. Lepkalı meyvə qabları (2 ədəd) 5. Qara şəkilli çini konfet qabları (4 ədəd) 6. Mavi rəngli güllü su qrafini 1 ədəd- 6 ədəd badə ilə (1 dəst) 7. Gümüşü rəng konfet qabı (2 ədəd) 8. Konfet qabı (2 ədəd) 9. Şam qabları (4 ədəd) 10. Qulplu çəhrayı rəng konfet qabı (2 ədəd)
11. Bir neçə ölçüdə suvenirlər (7 ədəd) 12. Qara şəffaf altlıqlı badə (4 ədəd) 13. Aş üçün nimçələr boz güllü (24 ədəd) 14. Dolma nimçələri boz güllü (24 ədəd) 15. Salat nimçələri boz güllü (24 ədəd) 16. Kasa boz güllü (6 ədəd) 17. 4 künç formada güllü olan salat qabı (6 ədəd) 18. 4 künc formada güllü olan balaca bulud (2 ədəd) 19. 4 künc formada güllü olan balaca masqura (6 ədəd) 20. 4 künc formada güllü olan böyük bulud (2 ədəd) 21. Göy güllü aş nimçəsi (12 ədəd) 22. Göy güllü dolma nimçəsi (12 ədəd) 23. Göy güllü salat nimçəsi (6 ədəd) 24. Göy güllü balaca bulud (2 ədəd) 25. Göy güllü böyük bulud (2 ədəd )
26. Büllur güldan (1 ədəd) 27. Rəngli büllur qənd qabı (1 ədəd) 28. Qara güllü çini dəm çaydanı (1 ədəd) 29. Qara güllü böyük 1 ədəd və 3 ədəd balaca çini meyvə qabları 30. Kənarı qızılı güllü nəlbəki (6 ədəd) 31. Tort servisi 1 ədəd böyük, 6 ədəd nimçəsi (1 qutu-1 dəst) 32. Səhər yeməyi servisi 33. Elektrikli samovar üzərində dəm çaydanı (1 dəst) 34. Tort servisi qara qızılı güllü 1 ədəd böyük qab, 6 ədəd nimçə (1 qutu-1 dəst) 35. Taxtalı qaşıq, bıçaq,çəngəl dəsti (1 dəst). Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdikləri məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X4 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, ona məxsus əşyaların mübahisəli mənzildən 2-3 ay möhlət verilməklə çıxarılmasına razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan MH ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30 saylı binanın 2 saylı mənzili xx.xx.2006-cı il tarixdən İddiaçı adına qeydə alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Quliyeva X3 şəhəri, H.Z.Tağıyev küçəsi, bina 30, mənzil 2 ünvanında qeydiyyatdadır. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-560/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında 24 sentyabr 2010-cu il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, boşanmadan sonra Zəhra adlı uşağın anasının yanında qalması və onun saxlanılması üçün X1 Cavabdeh xeyrinə hər ay 200 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçının X6lə Cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha girmiş, həmin nikahdan onların Zəhra adlı uşaqları anadan olmuşdur. Nikahdan sonra cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30 saylı binanın 2 saylı mənzilinə köçmüş, cehiz əmlaklarını burada yerləşdirmişdir. Onların nikahları isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-560/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh boşanmadan sonra valideynlərinin yanında yaşamağa başlamış, lakin ona məxsus əşyalar mübahisəli mənzildə qalmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil xx.xx.2006-cı il tarixli reyestrdən çıxarışa əsasən iddiaçının adına qeydə alınmışdır. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2010-cu ildə yarandığından (cavabdehin iddiaçının oğlu ilə nikaha girdiyi il) məhkəmə hesab edir ki, bu mübahisəyə hazırki Mənzil Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, Cavabdeh artıq xx.xx.2022-ci ildən mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü deyildir, yəni onun yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə məhkəmə qərarına əsasən 2022-ci ilin mart ayından xitam verilmişdir. İşdən, həmçinin görünür ki, Cavabdeh birlikdə iddiaçının oğlundan boşanandan sonra uşağı ilə valideynlərinə məxsus evdə yaşamağa başlamış, lakin onun əmlakları mübahisəli mənzildə qalmışdır. Belə olan halda cavabdehin iddiaçının X6lə əvvəllər nikahda olmasına istinad edərək əmlaklarını mübahisəli evdə saxlaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli mənzil hazırda İddiaçı mülkiyyətindədir. Hazırda isə oğlunun keçmiş arvadı Cavabdeh cehiz əşyalarının iddiaçıya məxsus olan mənzildə qalması bu evdən sərbəst istifadə və sahiblik hüququnu məhdudlaşdırır. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından sərbəst istifadə etməsi üçün cavabdehə məxsus əmlaklar iddiaçının mülkiyyətindəki mənzildən çıxarılmalıdır. Beləliklə, işin hallarına əsasən Cavabdeh öz cehiz əşyalarını İddiaçı mülkiyyətindəki mənzildən çıxarmaması nəticəsində sonuncunun davamlı şəkildə yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərini əsas tutaraq hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin olunmalı, Cavabdeh məxsus iddia ərizəsində qeyd edilmiş cehiz əşyalar İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30 saylı binanın 2 saylı mənzilindən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh məxsus cehiz əmlaklar – Qonaq mebeli dəsti-qaşlı qara rəngli: 1. Şüşəli qab-qacaq dolabı (2 ədəd) 2. Güzgülü kamod (1 ədəd) 3. Televizor altlığı (1 ədəd) 4. Masa (1 ədəd) 5. Oturacaqlar (6 ədəd) 6. Televizor (1 ədəd-qeyd: 5 il əvvəldən sıradan çıxıb,işləmir) Yataq mebeli dəsti: 1. Taxt-(1 ədəd) 2. Tumbalar (2 ədəd) 3. Paltar dolabı (1 ədəd) 4. Tumba çəhrayı rəng (1 ədəd). Yumşaq mebeli dəsti: 1. Divan (1 ədəd) 2. Pufqara rəngli yumru formada (1 ədəd) Əşyalar: 1. 8 şamdanlı qaşlı çil-çıraq (1 ədəd) 2. 3x4 metr ölçüdə tünd bənövşəyi rəngdə Türkiyə istehsalı xalça (1 ədəd) 3. 0.8x1.5 metr ölçüdə xalça (1 ədəd) 4. 0.8x3 metr ölçüdə kiçik ölçülü xalça (1 ədəd) 5. Əl işi gəmi və mücrü qabı suvenir dəsti (1 ədəd hər birindən) 6. Pərdələr qonaq və yataq otaqları üçün (2 ədədhərəsindən 1 ədəd olmaqla) 7. Yorğan iki nəfərlik sarı rəng (1 ədəd) 8. Yataq örtüyü dəsti çəhrayı rəngdə (2 ədəd balış üzü və 1 ədəd yataq örtüyü) 9. Qırmızı dəri süfrə 1 ədəd süfrə və 6 ədəd parça salfetkası (1 dəst) 10. Qırmızı güllü yataq dəsti -1 ədəd mələfə və 4 ədəd yastıq üzü (1 dəst) 11. Pano gül rəsmi (1 ədəd qutuda) 12. Bənövşəyi yorğan 1 nəfərlik (2 ədəd) 13. Bənövşəyi saçaqlı pərdə (1 qol) 14. Mavi rəngli yastıq 70x50 sm ölçüdə (4 ədəd) 15. Mavi rəngli yastıq 70x70 sm ölçüdə (2 ədəd) 16. Pilet gözmuncuğu naxışlı (1 ədəd) 17. Çay dəsmalları - (11 ədəd) 18. Çay dəsmalı 3 dəst (hər birində 2 ədəd olmaqla) 19. Əl-üz dəsmalları (9 ədəd) 20. Can dəsmalları çəhrayı və yaşıl rəng (2 ədəd)
21. Süfrə ağ parça üzərində bənövşəyi tikişlərlə (1 ədəd) 22. Süfrə qızılı rəng (2 ədəd) 23. Süfrə naxış işləməylə ağ rəng (1 ədəd) 24. Pərdə bənövşəyi rəng yataq otağı üçün (2 qol)
25. Pərdə yaşıl rəng saçaqlı mətbəx üçün (1 ədəd) 26. Süfrə arqanza materialından 1 ədəd süfrə 6 ədəd salfetkası (1 dəst) 27. Yataq dəsti qırmızı atlas materialından (1 ədəd)
28. Yataq dəsti pambıq materialından rəngli (3 ədəd) Qab-qacaqlar: 1. Tünd bənövşəyi rəngli uzun şüşədən güldan (1 ədəd) 2. Rəngbərəng büllur badələr (6 ədəd) 3. 6 personluq 21 ədəd güllü çay servisi dəsti (1 dəst) 4. Lepkalı meyvə qabları (2 ədəd) 5. Qara şəkilli çini konfet qabları (4 ədəd) 6. Mavi rəngli güllü su qrafini 1 ədəd- 6 ədəd badə ilə (1 dəst) 7. Gümüşü rəng konfet qabı (2 ədəd) 8. Konfet qabı (2 ədəd) 9. Şam qabları (4 ədəd) 10. Qulplu çəhrayı rəng konfet qabı (2 ədəd) 11. Bir neçə ölçüdə suvenirlər (7 ədəd)
12. Qara şəffaf altlıqlı badə (4 ədəd) 13. Aş üçün nimçələr boz güllü (24 ədəd) 14. Dolma nimçələri boz güllü (24 ədəd) 15. Salat nimçələri boz güllü (24 ədəd) 16. Kasa boz güllü (6 ədəd) 17. 4 künç formada güllü olan salat qabı (6 ədəd) 18. 4 künc formada güllü olan balaca bulud (2 ədəd) 19. 4 künc formada güllü olan balaca masqura (6 ədəd) 20. 4 künc formada güllü olan böyük bulud (2 ədəd) 21. Göy güllü aş nimçəsi (12 ədəd) 22. Göy güllü dolma nimçəsi (12 ədəd) 23. Göy güllü salat nimçəsi (6 ədəd) 24. Göy güllü balaca bulud (2 ədəd) 25. Göy güllü böyük bulud (2 ədəd ) 26. Büllur güldan (1 ədəd) 27. Rəngli büllur qənd qabı (1 ədəd) 28. Qara güllü çini dəm çaydanı (1 ədəd) 29. Qara güllü böyük 1 ədəd və 3 ədəd balaca çini meyvə qabları 30. Kənarı qızılı güllü nəlbəki (6 ədəd) 31. Tort servisi 1 ədəd böyük, 6 ədəd nimçəsi (1 qutu-1 dəst) 32. Səhər yeməyi servisi 33. Elektrikli samovar üzərində dəm çaydanı (1 dəst) 34. Tort servisi qara qızılı güllü 1 ədəd böyük qab, 6 ədəd nimçə (1 qutu-1 dəst) 35. Taxtalı qaşıq, bıçaq,çəngəl dəsti (1 dəst) Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30 saylı binanın 2 saylı mənzilindən (Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi 30 saylı binanın 2 saylı mənzili) çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi və mediasiya xərci kimi ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Məlahət Abbasova