Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-292/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X16 nümayəndəsi X8, Cavabdeh AR ƏMDK yanında DƏDMH-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X16 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və üçüncü şəxs X5 qarşı «çıxarışın ləğv edilməsi, ərazinin boşaldılması və gələcəkdə hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi» tələbinə dair mülki işə 27 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Heydər Əliyev adına X20 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X5 verilmiş 23.10.2008-ci il tarixli MH ******* saylı çıxarışın ləğv edilməsi, ərazinin boşaldılması və gələcəkdə hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X16 nümayəndəsi X11 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Heydər Əliyev adına X18 məxsus neft məhsulu nəql olunan Dş-250 mm (nafta) 36 km uzunluğunda olan magistral neft boru kəmərinin “Mühafizə Zonası” nın 26,5 x 31 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu R.Behbudov küçəsində X9 tərəfindən tikinti işlərinə başlanılması aşkar edilmişdir. Bundan başqa həmin ərazidən Dş-250 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm (quru qaz), Dş-300 mm (reaktiv mühərrik yanacağı) və Dş-500 mm (dizel) neft boru kəmərləri keçir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinə X4 adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 23.10.2008-ci il tarixli MH ******* saylı çıxarış mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X20 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq X9 tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında neft boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün neft boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft zoru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə neft boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin tərəflərindən əldə edilməsi mümkünsüz olduğu üçün həmin sənədlərlə tanış olub müvafiq hüquqi addımlar atmaq imkanları olmamışdır. Amma mübahisəli torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olduğunu sübut edən qeyd olunan sənədlər həmin çıxarışın əsassız olaraq, yoxlanılmadan verildiyini sübüt edir və həmin çıxarışın ləğvi üçün əsas ola biləcəyini ehtiva edir. Heydər Əliyev adına X18 məxsus magistral neft boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədlərə əsasən, (AR NK-nin 02.11.2004-cü il tarixli 167 N-li Qərarının 4cü bəndi) azı 50 metr olmalıdır. Cavabdeh həmin torpaq sahəsini, mövcud faktiki halları araşdırmadan, SOCAR-ın maraqlarına toxunmaqla vətəndaşın mülkiyyətinə vermişdir. Hesab edir ki, bu qanunsuzdur və bununla əlaqədar, həmin reyestr çıxarışı ləğv edilməlidir. "Texniki təhlükəsizlik” haqqında Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X7 məhkəməm iclasında izahatında bildirdi ki, X2 rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0,06 ha olan torpaq sahəsini 23.10.2008-ci ildə Xırdalan şəhər Bələdiyyəsindən almışdır. 17.07.2020-ci idə isə həmin torpaq sahəsi X4 atası X6 mülkiyyətinə keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayonu Xırdalan şəhər Bələdiyyəsi tərəfindən verilmiş 23.10.2008-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, bu akta görə ünvan 1i ünvanda yaşayan X9 tərəfindən Abşeron rayon Xırdalan bələdiyyə orqanına 27 iyun 2006-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Xırdalan bələdiyyə ərazisində 600 kvm torpaq sahəsinin satılması barədə 2004-ci il 24 aprel tarixli iclasının 04 saylı qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ümumi sahəsi 0,06 ha olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 23.10.2008-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.06 ha torpaq sahəsi üzərində X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23.10.2008-ci il tarixdə **********42 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon Xırdalan Bələdiyyəsinin təsdiq etdiyi 12.09.2008-ci il tarixli 2687/08 nömrəli torpaq sahəsinin alqı-satqısına dair akt; Abşeron rayon Xırdalan Bələdiyyəsinin 28.06.2006-cı il tarixli 170 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarı; DTXK Abşeron rayon şöbəsinin 03.10.2008-ci il tarixli AN 087432 Torpaq sahəsinin plan və ölçüsü) alınmışdır. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 30.06.2020-ci il tarixli 4Ə-664 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən torpaq sahəsi X6 ridilna özgəninkiləşdirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsi ilə bağlı X9 tərəfindən Abşeron rayon Xırdalan bələdiyyə orqanına 27 iyun 2006-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət olunmuş, ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Xırdalan bələdiyyə ərazisində 600 kvm torpaq sahəsinin satılması barədə 2004-ci il 24 aprel tarixli iclasının 04 saylı qərar qəbul edilmiş, 23.10.2008-ci il tarixli torpaqların alqı-satqısına dair aktla ümumi sahəsi 0,06 ha olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsi X1 və həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 23.10.2008-ci il tarixdə sonuncunun mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. İddiaçı Heydər Əliyev adına X20 23.10.2008-ci il tarixli MH ******* saylı çıxarışın ləğv edilməsi tələbini irəli sürsə də, məhkəmədə işin faktiki hallarından görünür ki, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 verilmiş 23.10.2008-ci il tarixli MH ******* saylı çıxarışın verilməsinə əsas olmuş bələdiyyə sənədləri (2004-ci il 24 aprel tarixli iclasının 04 saylı qərarı, 23.10.2008-ci il tarixli torpaqların alqı-satqısına dair aktı) və DTXK Abşeron rayon şəbəsi tərəfindən verilmiş 03.10.2008-ci il tarixli A 087432 №-li torpaq sahəsinin plan və ölçüsü halı-hazırda da qüvvədədir.Ona görə də məhkəmə hesab edir ki, nə qədər ki,qeyd olunan sənədlər qüvvədədir iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə hesab edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən göründüyü kimi işin faktiki halların tələbin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun deyildir. İddia tələbinin ərazinin boşaldılması və gələcəkdə hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi hissəsi, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 verilmiş 23.10.2008-ci il tarixli MH ******* saylı çıxarışın ləğv edilməsi hissəsiylə bağlı olduğundan məhkəmə hesab edir ki, həmin hissələrdə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Heydər Əliyev adına X16 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və üçüncü şəxs X5 qarşı cavabdeh tərəfindən X5 verilmiş 23.10.2008-ci il tarixli MH ******* saylı çıxarışın ləğv edilməsi, ərazinin boşaldılması və gələcəkdə hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-292/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-292/2021
27.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver