Məhkəmə qərarları › İş №2(012)-292/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-292/2023

23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-292/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X2 qarşı «payların naturada bölünməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 məxsus birgə payla 1964-cü il təvəllüdlü X8 və 1980-cı il təvəllüdlü X2 düşən payın naturada bölgüsünun aparılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 payına düşən hissəsində naturada bölgüsünün aparılmasını xahiş etmişlər. İddiaçı2 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi onlarla X8 və X4 arasında bölünmüş və İddiaçı1 torpaq sahəsi üzərindəki payı 24/64 hissədə, fərdi yaşayış evi üzərindəki payı 8/32 hissədə, onun torpaq sahəsi üzərindəki payı 16/64 hissədə müəyyən edilmişdir. X3 və X4 ilə onlar arasında paylara uyğun real bölgü aparılmamışdır. Qeyd edilən əmlak onlar arasında naturada bölünmədiyi üçün həmin torpaq sahəsindən və istifadə ilə bağlı problemlər yaranmışdır, həmin problemlərin həlli üçün torpaq sahəsinin və evin paylara uyğun olaraq naturada bölgüsünə ehtiyac yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(012)-828 saylı qətnaməsində müəyyən edilmişdir ki, X9 və X8 və X2 qarşı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin paylara uyğun naturada bölgüsü tələbinə dair iddia tələbləri bölgünün texniki cəhətdən mümkün olmaması səbəbi ilə təmin edilməmişdir. X8 və X4 paylı mülkiyyətdə torpaq sahəsində qanunsuz tikinti həyata keçirirlər. Hesab edir ki, paylı mülkiyyət əsasında müəyyən edilən torpaq sahəsində onların icazəsi olmadan hər hansı tikintinin həyata keçirilməsi qanunsuz və əssazıdır. Nəzərə almaq lazımdır ki, həmin tikintinin həyata keçirilməsi üçün müvafiq orqanlara məlumat verilməlidir. Həmçinin torpaq sahəsi də, torpaq sahəsi üzərində olan ev də paylı mülkiyyətdədir. Torpaq sahəsində onların hər ikisinin payı var. Paylar naturada bölünmədiyi üçün qanunsuz tikilinin onların icazəsi olmadan həyata keçirilməsi tam qanunsuzdur. Paylar naturada bölünmədiyi təqdirdə digər mülkiyyətçilər qanunsuz tikililərin aparılmasın davam etdirəcəkdir. Bu hallar onların mülkiyyət hüquqlarına müdaxilədir. Torpaq sahəsinin giriş-çıxışları ayrıdır. Eyni zamanda, fərdi yaşayış evlərinin də qapıları ayrıdır. Digər mülkiyyətçilərin özlərinin həyətə və evə giriş-çıxış qapıları, onların da öz paylarına düşən torpaq sahəsinin və fərdi yaşayış evinin giriş-çıxış qapıları vardır. Hətta, sanitar qovşaqlar belə ayrıdır. Yəni faktiki olaraq, torpaq sahəsi də, fərdi yaşayış evi də mülkiyyətçilər arasında bölünmüşdür. Ancaq faktiki bölgü olsa da, rəsmi sənədlərlə təsdiq olunmamışdır. Eyni zamanda, sayğacların belə ayrı olması artıq digər mülkiyyətçilərlə ayrı təsərrüfatda olduqlarını təsdiq edir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər İddiaçı1 məhkəmə iclasında İddiaçı2 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 98,90 kvadratmetr olan fərdi yaşayış evi torpaq sahəsi 16/64 hissədə pay İddiaçı2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə, fərdi yaşayış evi 4/32 hissə və torpaq sahəsi 4/64 hissədə pay X5 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2017-ci il qeydiyyat tarixi ilə, fərdi yaşayış evi 4/32 hissə və torpaq sahəsi 4/64 hissədə pay X1 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2017-ci il qeydiyyat tarixi ilə, fərdi yaşayış evi 8/32 hissə və torpaq sahəsi 24/64 hissədə pay İddiaçı1 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/8348 saylı, 07 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, tədqiq olunan torpaq sahəsinin və fərdi yaşayış evinin faktiki 3 təcrid hissəyə bölündüyünü, hər 3 hissədə də mülkiyyətə verilmiş tikililərdən əlavə tikinti işlərinin aparıldığını həmin tikililərin yerləşmə vəziyyətini, payçıların sayını, payşıların payına uyğun yaşayış və yardımçı tikililərin olmadığını nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun naturada, təcrid sahələr şəklində bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını araşdırıb və bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4417/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/8348 saylı, 07 aprel 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, tədqiq olunan torpaq sahəsinin və fərdi yaşayış evinin faktiki 3 təcrid hissəyə bölündüyünü, hər 3 hissədə də mülkiyyətə verilmiş tikililərdən əlavə tikinti işlərinin aparıldığını həmin tikililərin yerləşmə vəziyyətini, payçıların sayını, payşıların payına uyğun yaşayış və yardımçı tikililərin olmadığını nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun naturada, təcrid sahələr şəklində bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırki işdən görünür ki, tərəflərin mübahisələndirdiyi ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 98,90 kvadratmetr olan fərdi yaşayış evinin paylara uyğun olaraq naturada, təcrid olunmuş şəkildə bölünməsi mümkün deyildir, bu hal iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/8348 saylı, 07 aprel 2023-cü il tarixli ekspert rəyi ilə təstiq olunur və həmin rəyi təkzib edəcək digər sübut müəyyən edilməmişdir. Qanun isə paylı mülkiyyətin mülkiyyətçisinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququnun olmasını, əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olmasını təsbit edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/8348 saylı, 07 aprel 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X6, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X2 qarşı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 məxsus birgə payla 1964-cü il təvəllüdlü X8 və 1980-cı il təvəllüdlü X2 düşən payın naturada bölgüsünun aparılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 payına düşən hissəsində naturada bölgüsünün aparılması barədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/8348 saylı, 07 aprel 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X6, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar