Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3000/2024 01.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinə məişət tullantılarının atılmasının cavabdehə qadağan edilməsi, məişət tullantılarının cavabdehin hesabına təmizlənməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Abbasov X1 Nuraya Aslan qızına qarşı «torpaq sahəsinə məişət tullantılarının atılmasının cavabdehə qadağan edilməsi, məişət tullantılarının cavabdehin hesabına təmizlənməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 15957 nömrəli qəbzdən görünür ki, Abbasov X2 Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC Abşeron filialı vasitəsilə xx.xx.2024-cü ildə saat 15:40-da Dövlət Büdcəsinə ödəmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 24742 nömrəli qəbzdən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi verilməsi üçün 80 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC Şuşa filialı vasitəsilə xx.xx.2024-cü ildə saat 15:38-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinə məişət tullantılarının atılmasının cavabdehə qadağan edilməsi, məişət tullantılarının cavabdehin hesabına təmizlənməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh qaytarılsın. İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinə məişət tullantılarının atılmasının cavabdehə qadağan edilməsi, məişət tullantılarının cavabdehin hesabına təmizlənməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiasına dair 2(012)-3000/2024 saylı mülki iş üzrə "xxxx" ASC Abşeron filialı vasitəsilə xx.xx.2024cü il tarixli, 15957 nömrəli qəbzdən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı, "xxxx" ASC Şuşa filialı vasitəsilə xx.xx.2024-cü il tarixli, 24742 nömrəli qəbzdən ödənilmiş 80 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3000/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3000/2024
01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver