Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-309/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit borclarının cavabdehə aid edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit borclarının cavabdehə aid edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Maraqlı şəxs1 ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 125RGTK0037155AC saylı kredit müqaviləsi üzrə 8003,02 manat məbləğində kredit borcunun və iddiaçıyla “Kontakt Home” 37 (Sumqayıt-Sülh Plaza) dükanında bağlanmış kredit müqaviləsi üzrə 750 manat məbləğində qalıq kredit borcunun cavabdehə aid edilməsi və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 360/2020, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş azyaşlı uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat alimentin tutulması qət edilmişdir. Hələ tərəflərin birgə nikahı dövründə cavabdeh 2016-cı ildə iddiaçının adına 4000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa da cavabdeh öz adına 4000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə əldə etdiyi pulu şəxsən xərcləmiş və vaxtı-vaxtında ödənişlər etmədiyi üçün kredit borcları artmışdır. Daha sonra cavabdeh iddiaçını aldadaraq hər iki kredit müqaviləsini tək iddiaçının adına birləşdirilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə 8003,02 manat məbləğində kredit iddiaçının adına sənədləşmiş, həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Cavabdeh həmin müqavilə üzrə borcu ödəməkdən qəsdən və qərəzli olaraq yayınır. Əlavə olaraq da birgə nikah dövründə iki ədəd Samsung Galaxy A10 markalı mobil telefonların alınması üçün iddiaçıyla “Kontakt Home” dükanında kredit müqaviləsi bağlanmış, həmin telefonlardan birini cavabdeh sataraq pula çevirmişdir. Həmçinin, cavabdeh qeyd edilən müqavilə üzrə belə olan kredit borcunu ödəmir. Bugünədək həmin telefonlar üçün iddiaçı 250 manat ödəniş etsə də, həmin müqavilə üzrə olan qalıq borc 750 manat təşkil edir. Qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəlikləri cavabdeh icra etmədiyindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, cavabdehlə birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə götürülmüş kreditə görə yaranmış 8757,24 manat borcun yarı hissəsi olan 4378,62 manat pulun və telefonlara görə ödənilmiş 950 manat pulun yarı hissəsi olan 475 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, kredit götürülən zaman cavabdeh zamin duraraq iddiaçı ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin kredit borcu ilə əlaqədar məhkəmə qətnaməsi var. Borcun tərəflər arasında bərabər bölünməsi lazımdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında qeyd etdi ki, 8757,24 manat məbləğində götürülən kreditin ½ hissəsini ödəməyə razıdır. “Kontakt Home” dükanından alınan telefonlar isə ona aid deyil və həmin telefonlar iddiaçı tərəfindən alınaraq istifadə olunub. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1478/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı və Cavabdeh müştərək qaydada xx.xx.2019-cu il tarixli 125RGTK0037155AC saylı kredit müqaviləsinə əsasən 7848,89 manat əsas, 878,35 manat faiz olmaqla, cəmi 8727,24 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu üçün 30 manatın Maraqlı şəxs1 ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı əmlak hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İşin məhkəmə tərəfindən araşdırılan hallarından və işə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasındakı rəsmi nikah pozulmuşdur. Tərəflər birgə nikah dövründə xx.xx.2019-cu il tarixli müqavilə ilə Maraqlı şəxs1 ASC-nin Sumqayıt filialından İddiaçı adına 8003.02 manat məbləğində kredit götürmüşlər, Cavabdeh ilə həmin kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmışdır. Həmin borc tərəflərin ehtiyaclarına xərclənmişdir.Kredit borcunun bir qismi borcalan tərəfindən ödənilsə də, hazırda 8727,24 manat ödənilməmiş borc qalmış,iddiaçı isə 8757.24 manat kredit borcunun yarısının cavabdeh tərəfindən ona ödənilməsini məhkəmədən xahiş edir, cavabdeh isə qətnamə ilə qət olunan 8727,24 manat borcun yarısının ona aid edilməsinə razıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, 125RGTK0037155AC saylı kredit müqaviləsinə əsasən yaranmış 8727,24 manat borcunun ½ hissəsi olan 4363.62 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin, iddia tələbinin telefonlara görə ödənilmiş 950 manat pulun yarı hissəsi olan 475 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlilləri cavabdeh qəbul etmədi, iddiacı isə izahatını təsdiq edən hər hnası mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi.Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edil bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 125RGTK0037155AC saylı kredit müqaviləsinə əsasən yaranmış xx.xx.2019-cu il tarixli, 125RGTK0037155AC saylı kredit müqaviləsinə əsasən yaranmış 8727,24 manat borcunun ½ hissəsi olan 4363.62 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-309/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-309/2021
03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver