Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3144/2021 30.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailələrinə vurduğu maddi ziyana görə Cavabdeh əldən çıxan faydaya görə 12.600 manat - 3.000 manat İddiaçı2 üçün, 9.600 manat İddiaçı1 üçün, müalicə xərcləri üçün 5.000 manat, bundan sonrakı müalicə üçün 3.000 manat, cəmi 20.600 manat, mənəvi ziyana görə 20.000 manat, yekun olaraq cəmi 40.600 manatın tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ər-arvad kimi iddiaçılar İddiaçı2 və İddiaçı1 və iki uşağı avtoqəzada xəsarət almışlar. Həmin xəsarət iddiaçılara külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Ziyanı vuran, hadisəni törədən Cavabdeh 1 (bir) il, altı ay müddətinə məntəqə tipli cəza çəkməyə məhkum edilmişdir. Hökmün təsvir hissəsi aşağıdakı kimidir. Cavabdeh avtomobil idarə etmək hüququna malik olan AB 800326 nömrəli “BC” kateqorialı sürücülük vəsiqəsi ilə 04 yanvar 2020-ci il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X2 məxsus “Daewoo Nexia” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad Fatmai avtomobil yolu ilə Fatmai qəsəbəsi istiqamətində saatda 50 kilometr saat sürətlə hərəkətdə olarkən yolun Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbayacan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq yol bərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına başqa əmlaka ziyan vurmamalı olduğu halda, bunlara əməl etməyərək həmin zaman onun hərəkət istiqamətində yolun sağ hissəsi ilə hərəkət edən piyadalar İddiaçı2, İddiaçı1, X3 və X6 avtomobilin sol tərəfi ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan İddiaçı1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, onurğa sütunun boyun şöbəsinin 6-cı boyun fəqərəsinin, sağ incik sümüyünün qapalı yerdəyişməyən sınıqları, alın və hər iki baldır nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ yanaq nahiyyəsinin sıyrığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X1 qapalı kəllə beyin travması, baş-beyin yüngül dərəcəli əzilməsi onurğa sütunun bel şöbəsinin Ll, L2 (1-2-ci bel) fəqərələrinin sağ yan çıxıntılarının sıyrıqlarından, ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X4 qapalı kəllə beyin travması və baş-beyin silkələnməsindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, İddiaçı2 sol ayaq nahiyyəsinin yumşaq toxumalarının əziyi və sağ diz oynağı nahiyyəsinin qançırından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmədə Cavabdeh həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsini müəyyən olunmuşdur. Hadisə yuxarıda göstərildiyi üçün və cavabdeh təqsirini etiraf etdiyi üçün, iddiaçılar dəymiş zərəri diqqətə çatdırır və ödənilməsini tələb edirlər. İddiaçı2 fəhlə kimi gündəlik işlərdə çalışmaqla ailəni saxlayır. Ayda 500 manat civarında pul qazanır. 6 ay işləyə bilməmişdir. Beləliklə, iddiaçının işləyə bilməməsi səbəbindən iddiaçılara 3.000 manat maddi ziyan dəymişdir. İddiaçı1 digər İddiaçı2 həyat yoldaşıdır, uşaqların anasıdır. Avtoqəza nəticəsində hamısı xəsarət alsalar da, yoldaşı və oğlu iddiaçıya qızına nisbətən hadisəni yüngül keçirmişlər. İddiaçı2 6 aya səhhətini nisbətən düzəldə bilsə də, İddiaçı1 bu günədək normal yeriyə, işləyə, otura, dura bilmir. Qızları da həmçinin eyni qaydada. İddiaçı1 xəsarət almazdan əvvəl şəxsi evdə günü 20 manat olmaqla ayda 600 manat məvacib almışdır. Hadisədən sonra İddiaçı1 indiyədək 16 aydır ki, heç yerdə işləyə bilmir. Bununla da, İddiaçı1 9.600 manat maddi ziyan dəymişdir. Bundan başqa, iddiaçıların və uşaqların müalicəsinə, dava dərmana, masajlara, terapiya kurslarına 5.000 manat borc-xərc tapıb vermişlər və beləliklə, iddiaçılara 5.000 manat maddi ziyan dəymişdir. İddiaçı1 və qızları Aytənin hələ də ciddi müalicəyə ehtiyacları vardır. Lakin imkansızlıqdan yaxşı müalicə etdirə bilmirlər. Bu səbəbdən də 3.000 manat bundan sonrakı müalicələri üçün hökmən ödənilməlidir. Bundan başqa, baş verən hadisə bizim ailəmizə dərin sarsıntı yaşatmış və bizə 13.000 manat mənəvi ziyan vurmuşdur. Beləliklə, eyni anda ailənin üzvlərinə birlikdə maşın çırpılması, bir-birilərinin gözü qarşısında əzilib əzab çəkmələri, sonrakı dövrdə köməyə ehtiyacları olmaları, ailənin yarımcan vəziyyətdə olmaları, ailənin əzabları dərin ruhi sarsıntılar yaşatmışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdehin dəymiş ziyanla bağlı təklif etdiyi 3.000 manat məbləğinə etirazı yoxdur. Qətnamə çıxarılarkən bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 da iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh xəstəxanada olan ödəniləcək xərcləri çəkmişdir. Lakin, evə buraxıldıqdan sonra olan xərcləri ödəməmişdir.Aldığı xsarətdən sonra hələ də özünə gələ bilməmişdi, müalicəyə ehtiyacı var. Hazırda isə cavabdehin dəymiş ziyanla bağlı təklif etdiyi 3.000 manat məbləğinə etirazı yoxdur.Əgər 3000 manat ona cavabdeh tərəfindən ödənilərsə, bununla razılaşar. Qətnamə çıxarılarkən bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də iddia ərizəsində qeyd edildiyi kimi onun tərəfindən yol-nəqliyyat hadisəsi törədilmişdir. Bugünə kimi iddiaçılar İddiaçı2, İddiaçı1 və onların övladlarının yolnəqliyyat hadisəsi nəticəsində xəstəxanaya yerləşdirilmələri ilə əlaqədar və evdə müalicələri ilə əlaqədar xərcləri imkanı çatan dərəcədə ödəmişdir. Dəfərlərlə, iddiaçılara məxsus evə getmiş, reseptlərdə göstərilən dərmanları alıb aparmışdır. İddia tələbinə isə münasibətdə qeyd edir ki, dəymiş ziyanla bağlı ümumilikdə cəmi 3.000 manat ödəməyə etiraz etmir. Göstərilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 1(012)-381/2020 saylı 06.10.2020-ci il tarixli hökmünün surətindən müəyyən edilir ki, Cavabdeh avtomobil idarə etmək hüququna malik olan AB 800326 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə 04 yanvar 2020-ci il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X2 məxsus “Daewoo Nexia’’ markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmai avtomobil yolu ilə Fatmai qəsəbəsi istiqamətində saatda 50 kilometr saat sürətlə hərəkətdə olarkən yolun Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına başqa əmlaka ziyan vurmamalı olduğu halda, bunlara əməl etməyərək həmin zaman onun hərəkət istiqamətində yolun sağ hissəsi ilə hərəkət edən piyadalar İddiaçı2, İddiaçı1, X3 və X6 avtomobilin sol tərəfi vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan İddiaçı1 qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, onurğa sütunun boyun şöbəsinin 6-cı boyun fəqərəsinin, sağ incik sümüyünün qapalı yerdəyişməyən sınıqları, alın və hər iki baldır nahiyyəsinin yumşaq toxumalarının əziyi, sağ yanaq nahiyyəsinin sıyrığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X1 qapalı kəllə beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsi onurğa sütunun bel şöbəsinin L1,L2(1-2-ci bel) fəqərələrinin sağ yan çıxıntılarının sıyrıqlarından, ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X4 qapalı kəllə beyin travması və baş-beyin silkələnməsindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, İddiaçı2 sol ayaq nahiyyəsinin yumşaq toxumalarının əziyi və sağ diz oynağı nahiyyəsinin qançırından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almasına səbəb olmuşdur. Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırmaları zamanı və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi avtomobil ilə 04 yanvar 2020-ci il tarixdə “Daewoo Nexia’’ markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmai avtomobil yolu ilə Fatmai qəsəbəsi istiqamətində Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq onun hərəkət istiqamətində yolun sağ hissəsi ilə hərəkət edən piyadalar İddiaçı2, İddiaçı1, X3 və X6 avtomobilin sol tərəfi ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan İddiaçı1 qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, onurğa sütunun boyun şöbəsinin 6-cı boyun fəqərəsinin, sağ incik sümüyünün qapalı yerdəyişməyən sınıqları, alın və hər iki baldır nahiyyəsinin yumşaq toxumalarının əziyi, sağ yanaq nahiyyəsinin sıyrığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X1 qapalı kəllə beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsi onurğa sütunun bel şöbəsinin L1,L2(1-2-ci bel) fəqərələrinin sağ yan çıxıntılarının sıyrıqlarından, ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X4 qapalı kəllə beyin travması və baş-beyin silkələnməsindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, İddiaçı2 sol ayaq nahiyyəsinin yumşaq toxumalarının əziyi və sağ diz oynağı nahiyyəsinin qançırından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almasına səbəb olmuşdur. Abşeron Rayon Məhkəməsinin 1(012)-381/2020 saylı 06.10.2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə zərərçəkmiş şəxslər İddiaçı1, X7, X5 Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilmişdir. Həkmdən müəyyən edilir ki, Əliyev Zamin Əjdər oğlunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti, tələbi yoxdur, ona dəyən ziyan ödənilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddia ərizəsində iddiaçılar İddiaçı2 və İddiaçı1 yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi ziyana görə Cavabdeh 40.600 manat pulun tutulmasını iddia etsələr də, məhkəmə iclasında iddiaçı Əliyev Zamin Əjdər oğlunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti, tələbinin olmaması, ona dəyən ziyanın ödənilməsi qüvvədə olan hökmlə sübuta yetirilmişdir.Digər iddiaçı isə cavabdeh tərəfindən dəymiş ziyana görə ona 3.000 manat məbləğində pulun ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh isə yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçılara 3.000 manat məbləğində ziyan dəydiyini etiraf etmiş və maddi ziyana görə iddiaçı Şamama Əliyevaya qeyd olunan məbləğdə pul ödəməsinə etiraz etmədiyini bildirmişdir.İddiaçı digər hissədə iddiasını əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 3.000 (üç min) manat alınıb İddiaçı1 verilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaitinin 10 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 3.000 (üç min) manat və ödənilmiş dövlət rüsumu üçün 10 (on) manat məbləğində pul tutularaq İddiaçı1 verilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3144/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3144/2021
30.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver