Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3306/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecə növbəsində işlədiyi dövr 2014-cü ilin iyul ayından 2017-ci ilin dekabr ayınadək cavabdeh "xxxx" MMC-nin müdriyyətindən 42 ay 181 manat olmaqla, ümumilikdə 7602 manat maddi ziyan, 10000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 17600 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni tərəflər arasında eyni əsaslı tələb üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında eyni predmet və eyni əsasla iddia tələbi üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi, mənəvi ziyanın tutulması və digər tələblərə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmçinin sözügedən qətnamədən görünür ki, iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ştatdan kənar işlədiyi gecə növbəsinin zərərli sahənin maaşları bərpa olunması, "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı müddətlərin kompensasiyasının ödənilməsi, ona dəymiş 40000 manat maddi ziyan, 10000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi, kompensasiyanın 1 faiz həcmində dövlətə ödənilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 69.23 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3306/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3306/2025
01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver