Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3320/2020 20.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh1 və Nabatalıyev Yunisə qarşı “icra vərəqəsi üzrə icraatın dayandırılması, pozulmuş hüquqların bərpası, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh1 və Nabatalıyev Yunisə qarşı “icra vərəqəsi üzrə icraatın dayandırılması, pozulmuş hüquqların bərpası, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Lakin hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh1 və Nabatalıyev Yunis cavabdehlər kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iddia ərizəsindən məlum olur ki, Cavabdeh2 qızı Bakı şəhəri, Binəqədi rayonu, Nabatalıyev Yunis Bakı şəhəri, Nərimanov rayonu, Qasımova X1 rayonunda qeydiyyatdadırlar. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehlərdən birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh1 və Nabatalıyev Yunisə qarşı “icra vərəqəsi üzrə icraatın dayandırılması, pozulmuş hüquqların bərpası, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh1 və Nabatalıyev Yunisə qarşı “icra vərəqəsi üzrə icraatın dayandırılması, pozulmuş hüquqların bərpası, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3320/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3320/2020
20.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver