Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3360/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinə qarşı cərimələrin silinməsi tələbi barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** DK *** dövlət nömrə nişanlı, Toyota Prius (Hibrid) markalı avtomobilə tətbiq edilmiş 900 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının sahibliyində olan ** DK *** dövlət nömrə nişanlı, Toyota Prius (Hibrid) markalı avtomobilə inzibati cərimələr Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinə əsasən protokol və ya qərar tərtib edilməkə tətbiq edilmişdir. İşdən görünür ki, İddiaçı səlahiyyətli orqanın tərtib etdiyi protokol və ya qərardan şikayət vermək əvəzinə (inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında) hazırki iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Başqa sözlə, nəqliyyat vasitəsinə tətbiq edilmiş cərimənin silinməsi barədə mübahisəyə mülki deyil, inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalıdır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, İddiaçı hazırki iddia ərizəsini verərkən ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edildiyindən, iddiaçının ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP İdarəsinə qarşı cərimələrin silinməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-3360/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3360/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3360/2024
17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver