Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3441/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İusifova Gunelə qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İusifova Gunelin gəlin köçərkən gətirdiyi cehiz əşyalarının 1 ədəd yataq dəsti (taxt kravat), 1 ədəd termo, 1 ədəd şifoner, 2 ədəd tumba, 1 ədəd uşaq şkafı, 1 ədəd stol və stullar (6 ədəd), 1 ədəd qırmızı rəngli taxt döşəyi, 1 ədəd çəhrayı yorğan, 1 ədəd qızılı rəngli yataq örtüyü, 2 ədəd açıq bənövşəyi rəngli adyal, 1 ədəd tünd bənövşəyi rəngli adyal, 1 ədəd qırmızı rəngli adyal, 1 ədəd qara rəngli güldanın (vazanın) ona məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İusifova Gunelin gəlin köçərkən gətirdiyi cehiz əşyalarının 1 ədəd yataq dəsti (taxt kravat), 1 ədəd termo, 1 ədəd şifoner, 2 ədəd tumba, 1 ədəd uşaq şkafı, 1 ədəd stol və stullar (6 ədəd), 1 ədəd qırmızı rəngli taxt döşəyi, 1 ədəd çəhrayı yorğan, 1 ədəd qızılı rəngli yataq örtüyü, 2 ədəd açıq bənövşəyi rəngli adyal, 1 ədəd tünd bənövşəyi rəngli adyal, 1 ədəd qırmızı rəngli adyal, 1 ədəd qara rəngli güldanın (vazanın) ona məxsus olan əşyaların olduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaqda tikilmiş fərdi evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh İusifova Gunel onun keçmiş gəlinidir, belə ki, cavabdeh ilə onun oğlu 2013-cü ildə rəsmi nikaha daxil olmuşdur. Həmin vaxtdan cavabdeh ona məxsus Əhmədli qəsəbəsində yerləşən mənzilə gəlin köçmüş və özü ilə cehiz kimi daşınar əmlak gətirərək evdə yerləşdirmişdir. Lakin cavabdeh ilə oğlunun münasibətləri sonradan pozulduğu üçün cavabdeh uşaqları da götürüb valideyninin evinə getmişdir. Onun oğlu ilə cavabdeh arasında bağlanmış nikah 2023-cü ildə pozulmuşdur. Nikah pozulduqdan sonra, yəni 2024-cü ildə Əhmədli qəsəbəsində yerləşən evi satmış, cehiz əşyaları yeni aldıqları Mehdiabad qəsəbəsində yerləşən evə yerləşdirilmişdir. Cavabdeh hazırda valideynlərinə məxsus olan evdə yaşayır, lakin cavabdehin cehiz əşyaları ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaqda tikilmiş fərdi evdədir. Cavabdeh valideynləri ilə birlikdə yaşamasına baxmayaraq cehiz əşyalarını ona məxsus olan evdən çıxarmamışdır. Cavabdeh ilə artıq birlikdə yaşamadıqları üçün cavabdeh cehiz əşyalarını onun evindən çıxarmalıdır. Cavabdeh gəlin köçərkən gətirdiyi daşınar əmlakın siyahısı aşağıdakı kimidir: 1 ədəd yataq dəsti (taxt kravat); 1 ədəd termo; 1 ədəd şifoner; 2 ədəd tumba; 1 ədəd uşaq şkafı; 1 ədəd stol və stullar (6 ədəd); 1 ədəd qırmızı rəngli taxt döşəyi; 1 ədəd çəhrayı yorğan; 1 ədəd qızılı rəngli yataq örtüyü; 2 ədəd açıq bənövşəyi rəngli adyal; 1 ədəd tünd bənövşəyi rəngli adyal; 1 ədəd qırmızı rəngli adyal; 1 ədəd qara rəngli güldan (vaza). O, cavabdehdən dəfələrlə ona məxsus evdən cehiz əşyalarının çıxarılmasını xahiş etsə də cavabdeh əşyalarını götürməkdən imtina etmişdir. Cavabdehə məxsus olan əşyaların ona məxsus evdə yerləşməsinə görə evdə sərbəst hərəkət etmək mümkün deyildir, bu da onun evindən istifadə etmək hüququnu məhdudlaşdırır. Odur ki, cavabdehə qarşı “cehiz əşyalarının çıxarılması” tələbi ilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, ona “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 30 aprel 2025-ci il tarixli, MŞB 2-0308 saylı arayış təqdim edilmişdir. Cavabdeh hazırda Gürcüstan Respublikasında yaşayır, lakin cavabdehin qohumları buradadır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh İusifova Gunel məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə tərəfindən cavabdeh İusifova Gunel ilə telefon vasitəsilə əlaqə saxlanılmış, cavabdeh Mehdiabad qəsəbəsində yerləşən evdə yaşamadığını, hazırda Gürcüstan Respublikasında olduğunu və yollar bağlı olduğu üçün cehiz əşyalarını çıxara bilmədiyini, Azərbaycan Respublikasında isə ona məxsus cehiz əmlaklarını qəbul edəcək qohumu olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67,23 kv.m, yaşayış sahəsi 38,78 kv.m, yardımçı sahəsi 28,45 kv.m olan 3 otaqlı mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7593/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X9 ilə lusıfova Gunel arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 1091 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X7 anaları lusifova Gunelin yanında saxlanılmaları, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin X4 tutularaq lusıfova Gunelə ödənilməsi və qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində satıcı İddiaçı ilə alıcı X8 arasında bağlanmış 22 avqust 2024-cü il tarixli, AZ-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67,23 kv.m, yaşayış sahəsi 38,78 kv.m, yardımçı sahəsi 28,45 kv.m olan 3 otaqlı mənzili alıcı X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllə, ev 21, mənzil 97 (yeni qaydalarla: AZ 1142, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 67,23 kv.m olan mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə X5 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisində satıcı X11 ilə alıcı İddiaçı arasında bağlanmış 02 sentyabr 2024-cü il tarixli, AZ-İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı X3 rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini alıcı İddiaçı satmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon qeydiyyat şöbəsi tərəfindən 16 sentyabr 2024-cü il tarixdə verilmiş AZ-İ № 503710 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və Yusifova Günelin (İusifova Gunelin) nikahı Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 725 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı oğlu X9 ilə cavabdeh İusifova Gunel arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış, həmin vaxtdan cavabdeh vaxtilə iddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və özü ilə cehiz kimi daşınar əmlak gətirərək evdə yerləşdirmişdir. Daha sonra iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər kəskinləşdiyindən cavabdeh gəlin köçdüyü evi tərk etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7593/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, X9 ilə lusıfova Gunel arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 1091 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X7 anaları lusifova Gunelin yanında saxlanılmaları, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin X4 tutularaq lusıfova Gunelə ödənilməsi və qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində İddiaçı ilə alıcı X8 arasında bağlanmış 22 avqust 2024-cü il tarixli, AZ-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən göründüyü kimi İddiaçı mülkiyyətində olan sözügedən mənzili X2, daha sonra Sumqayıt şəhər 1 saylı notariat ofisində bağlanmış 02 sentyabr 2024-cü il tarixli, AZ-İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini almış, cavabdehin özü ilə gətirdiyi cehiz əşyaları Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürmüşdür. Cehiz əşyalarını götürməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh İusifova Gunel iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və cehiz əşyalarını iddiaçının mülkiyyətində olan evdən götürməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb, onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş cavabdeh İusifova Gunelə məxsus cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində inşa edilmiş evdən çıxarılmalıdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 157-ci maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İusifova Gunelə məxsus 1 ədəd yataq dəsti (taxt kravat), 1 ədəd termo, 1 ədəd şifoner, 2 ədəd tumba, 1 ədəd uşaq şkafı, 1 ədəd stol və stullar (6 ədəd), 1 ədəd qırmızı rəngli taxt döşəyi, 1 ədəd çəhrayı yorğan, 1 ədəd qızılı rəngli yataq örtüyü, 2 ədəd açıq bənövşəyi rəngli adyal, 1 ədəd tünd bənövşəyi rəngli adyal, 1 ədəd qırmızı rəngli adyal, 1 ədəd qara rəngli güldandan (vazadan) ibarət olan cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3441/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3441/2025
31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver