Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3445/2025 15.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı12 və onun, həmçinin digər İddiaçı13 vəkili-nümayəndəsi Nümayəndə5, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 və İddiaçı16 cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı cavabdehlərin binadan çıxarılması, binanın idarəetməsindən kənarlaşdırılması və binaya dair əmlakın və sənədlərin Abşeron rayon Xırdalan Bələdiyyəsinə təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və digərləri cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı cavabdehlərin binadan çıxarılması, binanın idarəetməsindən kənarlaşdırılması və binaya dair əmlakın və sənədlərin Abşeron rayon Xırdalan Bələdiyyəsinə təhvil verilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Abşeron rayon Xırdalan Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, Viləşçay-İnşaat yaşayış kompleksi Xırdalan şəhəri H. Əliyev prospekti 265 ünvanında inşa edilmişdir. 2008-ci ildən etibarən yaşayıış kompleksinin inşasına başlanılmış və bir neçə il ərzində yekunlaşmışdır. Həmin dövrdən bəri yaşayış kompleksinin qanunsuz şəkildə faktiki olaraq Cavabdeh2 MTK-nın rəhbəri X3 və onun qızı Cavabdeh1 tərəfindən özbaşına formada idarə edilir. Lakin idarəetmədəki səriştəsizliklər, qanunsuzluqlar, özbaşınalıqlar, yığılan kommunal haqların mənimsənilməsi, binanın saxlanmasına xərclənməməsi, qeyri-yaşayış sahələrinə kommunal xidmətlərin yaşayış binasının ümumi sayğaclarından istifadə edilməklə verilməsi, idarəedicilərin istədikləri vaxt vətəndaşların işığını, qazını kəsməklə onlara təzyiqlərin göstərilməsi, işçiləri qanunsuz əməyə cəlb etməsi, vergilərin ödənilməsindən, istehlak olunmuş kommunal xidmətlər - enerji, su və qazın dəyərini ödəməkdən yayınması, sakinlərdən müxtəlif adlarda qanusuz pul vəsaitinin toplanılması və bu kimi saysız-hesabsız problemlər sakinləri artıq dözülməz həddə gətirib. Elə bu səbəbdəndir ki, bina sakinləri artıq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edərək, idarəetməni öz əllərinə almaq niyyətindədirlər. Cavabdehlər sakinlərin bu niyyətini başa düşdüyünə görə ardıcıl bir neçə dəfə mülkiyyətçilərin işığını qanunsuz olaraq sayğacdan ayırmışdır. Bu faktlarla bağlı dəfələrlə 102 xidmətinə şikayətlər edilmiş, ən sonda xx.xx.2025-ci il tarixində özbaşınalıqlar barədə sakinlərin iştirakı ilə aktlar tərtib edilmişdir. Yaşayış kompleksinin idarəetməsindəki qanunsuzluq ilk öncə bina tikilərkən başlamışdır. Belə ki, yaşayış kompleksi Cavabdeh2 MMC tərəfindən inşa edilmişdir. Məhz qanunsuz formada təşkil olunması səbəbindən yaxın 1-2 il ərzində bina sakinlərinin heç biri çıxarış əldə edə bilmirdi. Belə olan halda MMC rəhbərliyi Cavabdeh2 MTK yaratmaq məcburiyyətində qaldı və beləliklə, vətəndaşlara çıxarışlar verilməsi proseduru başlanılmış oldu. Halbuki qanunvericiliyin tələblərinə əsasən əvvəlcədən tikinti kooperativ formasında təsis edilməli idi. MMC və MTK fərqli şəxslər tərəfindən təmsil olunmuş olsa da belə, faktiki sahibkar eyni şəxdir. X4 bina sakinlərinə biznes predmeti kimi baxır və öz ailə biznesini yaradıb. Özü, qızı və digər şəxslər vasitəsilə binanı istədiyi kimi, yarıtmaz vəziyyətdə idarə edir, heç bir səlahiyyəti olmadan özündən kommunal tariflər müəyyənləşdirir, camaatı ödənişlərə məcbur edir, qanunsuz şəkildə qış aylarında, yəni bir neçə gün əvvəl işıqları kəsir, sakinlərə bu və ya başqa forma və üsullara təzyiqlər göstərir, yığılan pulların hara, necə sərf edilməsi barədə hesabatlar verilmir, yığılan pullar binanın saxlanılmasına xərclənmir, binanın ümumi kommunal sayğaclarına kənar qeyri-yaşayış sahələri qanunsuz olaraq qoşulur, bunlar azmış kimi hazırda binanın saxlanması üçün kommunal xidmətlərin yığılması məqsədilə qanusuz şəkildə öz qızı Cavabdeh1 adına bank hesabı, VÖEN açdıraraq hamıdan ödənişlərin həmin hesab üzrə edilməsini tələb edir. Lakin qanunvericiliyin tələblərinə görə artıq bina tikilən kimi (həmin vaxta artıq mənzillərin 50% çoxu satılmış idi) binanın idarəçiliyini Xırdalan bələdiyyəsinə və ya sakinlər müştərək cəmiyyətinə təhvil verməli idi. Bütün bu qanunsuzluqlara son demək məqsədilə uzun müddətdir bina rəhbərliyindən sənədlərin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınanadək bələdiyyə təhvil verilərək idarəçilikdən uzaqlaşmaq tələb edilməsinə baxmayaraq, cavabdehlər nəinki tələbi yerinə yetirmir, hətta sakinləri aldadaraq imza toplamaqla özlərinə məxsus MMMC təsis etməyi, yenə də binanı özləri idarə etməyi düşünür. Ona görə də cavabdehlər binadan çıxarılmalı, binanın idarəetməsindən kənarlaşdırılmalı, binaya dair əmlak və sənədlər Abşeron rayon Xırdalan Bələdiyyəsinə təhvil verilməlidir. Yaşayış binasının tikintisi çoxdan tam başa çatmış, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ MTK-nın üzvlərinə keçmişdir. Buna baxmayaraq, bu günədək bina MTK tərəfindən idarə olunmaqdadır. Cavabdehin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Cavabdehin öz vəsaiti faktiki olaraq yoxdur, sırf binanın sahə mülkiyyətçilərinin hesabına dolanmaq üçün yaradılmışdır. MTK bütün sahə mülkiyyətçilərindən kommunal haqq adlı rəsmi ödəniş tələb edir. Eyni zamanda heç bir təsdiqedici sənəd təqdim etmədən binanın qarşısındakı, arxasındakı və altındakı avtomobil dayanacaqlarında avtomobillərin saxlanılmasına görə də qeyri-rəsmi ödənişlər toplamışdır. Nə MTK, nə də cavabdehlər binanı idarə etdiyi dövrdə binanın keyfiyyətli və təhlükəsiz saxlanması üçün adekvat tədbirlər görməmişdir. Binanın sahə mülkiyyətçilərinin əksəriyyəti dəfələrlə cavabdehə öz narazılığını bildirmişdir. O cümlədən binanı tərk edərək mövcud qanunvericiliyə əsasən idarəetməni sahə mülkiyyətçilərinin ümumi yığıncağına təhvil verməyi tələb etmişlər. Lakin cavabdeh müxtəlif qanunsuz yollarla, o cümlədən sahə mülkiyyətçilərini çaşdırmaqla binada qanuni özünü idarəçiliyə mane olur və qanunsuz fəaliyyətini davam etdirir. Göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Nəticə etibarilə, mənzil qanunvericiliyinin tələblərindən irəli gələrək, iddiaçıların həmin binanın sahə mülkiyyətçiləri kimi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət etmək barədə subyektiv hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdikləri məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı14, İddiaçı15 və İddiaçı16, habelə İddiaçı2 nümayəndəsi Nümayəndə1, İddiaçı6 nümayəndəsi Nümayəndə2, İddiaçı10 nümayəndəsi Nümayəndə3, İddiaçı11 nümayəndəsi Nümayəndə4, İddiaçı12 və onun, həmçinin İddiaçı13 vəkili-nümayəndəsi Nümayəndə5 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə6 iddianı qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi X6 MTK-nın kommunal borclarının olmadığı təqdirdə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, X1 və X7 mübahisəli binanın sakinləri olduqlarını və həmin binada mövcud olan idarəçilik nəticəsində yaşayışın qənaətbəxş olmadığını bildirdilər. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan çıxarışların surətindən görünür ki, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı9, İddiaçı10, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 və İddiaçı16 adına ünvan 1 ünvanında müvafiq mənzillər qeydiyyata alınmışdır. İşdə olan ƏMDX DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubundan görünür ki, Cavabdeh2 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 231 mənzildən 190 mənzil ayrı-ayrı şəxslərin adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. 44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.143.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 45.7. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Məhkəmə iddia tələbinin cavabdehlərin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli çoxmənzilli bina 231 mənzildən ibarətdir. Bu binanın 231 mənzilindən 190-ı mülkiyyət hüququ əsasında MTK-nın üzvlərinə aiddir. Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Onun səlahiyyətlərinə o cümlədən binanın idarəetmə üsulunu seçmək daxildir. Cavabdeh MTK-nın mübahisəli binanın idarəçiliyinin həyata keçirilməsi üçün mənzil qanunvericiliyinə əsasən hüquqi əsaslarının olmaması işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Cavabdeh binadan çıxarılaraq həmin binanın idarəetməsindən kənarlaşdırıldıqdan sonra binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Bələdiyyəyə təhvil verilməsi prosesi çoxmənzilli binanın idarəetmə orqanı - binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə həll edilməlidir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi yığıncağı əsasında binaya idarəedici təyin olunmadığı təqdirdə bu səlahiyyət binanın yerləşdiyi ərazi üzrə bələdiyyə tərəfindən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, binanın əksər sakinləri idarəetmədən razı olmamaqla MTK-nın kənarlaşdırılması ilə bağlı iddiaçılarla eyni mövqedədirlər. Mənzil Məcəlləsinin 141-ci maddəsinin tələblərinə görə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Mənzil Məcəlləsinin 141.4-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Məcəllənin 141.5-ci maddəsinin tələbinə görə, bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Hazırki işdə cavabdeh MTK-nın çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edilmiş halıdır. Nəticə etibarilə, mənzil qanunvericiliyinin tələblərindən irəli gələrək, iddiaçıların həmin binanın sahə mülkiyyətçiləri kimi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət etmək barədə subyektiv hüququ yaranmışdır. Mənzil Məcəlləsinin 141.8-ci maddəsinə görə, çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, cavabdeh MTK-nın çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edildiyindən, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən 43.1, 141.4 və 141.5-ci maddələrinin tələbləri baxımından iddia cavabdeh MTK tərəfindən binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Bələdiyyəyə təhvil verilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Həmçinin məhkəmə tərəfindən mübahisəli binaya baxış keçirilmiş, həmin binada mövcud olan idarəçilik nəticəsində yaşayışın qənaətbəxş olmadığı, təhlükəsizlik qaydalarına riayət edilmədiyi və abadlaşdırma işlərinin aparılmadığı müəyyən edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binadan çıxarılmalı, Cavabdeh1 və "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılmalı və Cavabdeh1 və "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak Abşeron rayon Xırdalan Bələdiyyəsinə təhvil verilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi "xxxx" MTKdan alınaraq iddiaçılara ödənilməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binadan çıxarılsın. Cavabdeh1 və "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binanın idarəetməsindən kənarlaşdırılsınlar. Cavabdeh1 və "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 265 saylı çoxmənzilli binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak Abşeron rayon Xırdalan Bələdiyyəsinə təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi "xxxx" MTK-dan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 və İddiaçı16 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3445/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3445/2025
15.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver