Məhkəmə qərarları › İş №2(012)-345/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-345/2022

01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-345/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakçısı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh iştirakçısı İddiaçı cavabdehlər Cavabdehnə, Cavabdeh MMC-nin direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə2, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə3 qarşı dividend tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh iştirakçısı İddiaçı cavabdehlər Cavabdehnə, Cavabdeh MMC-nin direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə2, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə3 qarşı dividend tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdehndən, Cavabdeh direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh iştirakçısı Nümayəndə2 və Cavabdeh iştirakçısı Nümayəndə3 müştərək qaydada 1 097 232 manat dividendin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh iştirakçısı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ərizə təqdim edərək həmin cavabdehlərlə bağlı edilən şikayət əsasında Sabunçu RPİ İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən cinayət işi başlanılmış və İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Ona görə də, həmin cinayət işinin ibtidai istintaqı zamanı əldə ediləcək əlavə sübutların gələcəkdə sözügedən mübahisə ilə əlaqədar istifadə oluna biləcəyini nəzərə alaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdehnə, Cavabdeh MMC-nin direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə2, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinini izahatını dinləyib, ərizəni və mülki iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh iştirakçısı İddiaçı cavabdehlər Cavabdehnə, Cavabdeh MMC-nin direktoru (qanuni təmsilçi) Qanuni nümayəndə, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə2, Cavabdeh MMC-nin iştirakçısı Nümayəndə3 qarşı dividend tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar