Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3475/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X16 Kazımovun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X9, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyəti cəlb edilməklə) hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyəti cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş ünvan 1 ünvanında olan (0.0267 ha torpaq sahəsi ilə birlikdə) fərdi yaşayış evinə dair YP seriyalı 93 nömrəli 25.02.2021-ci il tarixli hərracın nəticələri barədə protokolun, 25.02.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1942/2018 saylı, 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 15.07.2016-cı il tarixli, 0451/2016 saylı kredit razılaşması üzrə 27.664,52 ABŞ dolları kredit borcu, 6.192,69 ABŞ dolları faiz borcu, 259,63 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 34.116,84 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin xeyrinə ödənilməsi və qeyd edilən borc tələbinin ipoteka predmeti olan İddiaçı məxsus olan ünvan 1 ünvanında olan (0.0267 ha torpaq sahəsi ilə birgə) fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. İpoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında olan (0.0267 ha torpaq sahəsi ilə birgə) fərdi yaşayış evinə 90.000 manat ilkin satış qiyməti qoyulmuşdur. Həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borcluların qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilmiş və icrasının təmin edilməsindən ötrü Cavabdeh1nə göndərilmişdir. Həmin şöbə tərəfindən 06.01.2021-ci il tarixdə 27/22/6130 saylı məktubla ipoteka predmeti olan ünvan 1 ünvanında olan (0.0267 ha torpaq sahəsi ilə birgə) fərdi yaşayış evinin açıq hərrac vasitəsilə realizə edilərək tələbkar Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin kredit borcunun qaytarılması üçün “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş vermişdir. Yaranmış işsizilik, maddi sıxıntılar və borclunun səhhəti ilə əlaqədar olaraq yaranmış ani vəziyyət səbəbindən qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosesləri zamanı çətinliklər yaranmışdır. Bu barədə Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə təsdiqedici sənədlərlə birlikdə dərhal məlumat verilmiş, lakin Bank tərəfindən müsbət qarşılanmamışdır. Cavabdeh1 tərəfindən 06.01.2021-ci il tarixli, 27/22/6130 saylı məktubla ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən (0.0267 ha torpaq sahəsi ilə birgə) fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə realizə edilərək tələbkar Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin kredit borcunun qaytarılması üçün «X2 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş vermişdir. Verilmiş sifariş əsasında “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmişdir. Bununla yanaşı, ipoteka qoyan olaraq iddiaçı hüquqlarından məhrum edilmişdir. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda, dərc edilməmişdir. İddiaçının ünvanına hərracın keçirilməsi ilə bağlı heç bir bildiriş və hər hansı bir sənəd daxil olmamışdır. Cavabdeh1ndən elan edilmiş müraciətlə iddiaçı ondan xəbərsiz ona məxsus əmlakın artıq satıldığını bilmişdir. Göstərilənlərə və qanunvericilik normalarına əsasən ünvan 1 ünvanında olan (0.0267 ha torpaq sahəsi ilə birgə) fərdi yaşayış evinə dair “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracların nəticələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyindən, hərracların hazırlanması, müddətləri və keçirilmə qaydası pozulduğundan, ipotekasaxlayana məlumat verilmədən keçirildiyindən, birinci hərrac və təkrar hərracların baş tutmaması barədə elanlar verilmədiyindən, YP seriyalı 93 nömrəli, 25.02.2021-ci il tarixli hərracın nəticələri barədə protokol, 25.02.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi etibarsız elan edilməli və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən verilmiş çıxarış ləğv edilməlidir. Eyni zamanda qeyd edir ki, ipoteka predmeti hərraca çıxarılana qədər cavabdeh “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 il fəaliyyət göstərməmişdir. Bu səbəbdən də evin hərraca çıxarılmasının cavabdeh təşkilata həvalə edilməsi və cavabdeh təşkilat tərəfindən hərracın keçirilməsi düzgün deyildir. Təmsil etdiyi və hüquqlarını müdafiə etdiyi borcluya güzəşt edilməmişdir. Belə ki, borclunun özü evə müştəri tapa bilər və evi yüksək qiymətə sata bilərdi. Bununla da borclu az ziyan çəkə bilərdi. Lakin buna şərait yaradılmamışdır. İddiaçı tərəf kimi onlarında hazırki iddianı verməkdə məqsədləri borcluya qeyd edilən güzəştin edilməsi ilə bağlıdır ki, borclu özü evi satsın və az ziyan çəksin. Onlar hərracın düzgün keçirilməsini istəyirlər. Verilmiş suallara cavabında qeyd edir ki, Cavabdeh1 cavabdeh qismində qoymaqda məqsədləri İcra və Probasiya şöbəsinin icra işinin icrasına birbaşa nəzarət etməsi ilə bağlıdır. İpoteka predmeti olan ev də Abşeron rayonu ərazisində yerləşir. Bu səbəbdən də iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə vermişlər. Göstərilənlərə əsasən “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş ünvan 1 ünvanında olan (0.0267 ha torpaq sahəsi ilə birlikdə) fərdi yaşayış evinə dair YP seriyalı 93 nömrəli 25.02.2021-ci il tarixli hərracın nəticələri barədə protokolun, 25.02.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh1 nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-704/2009 saylı, 07 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh X3 tutulan məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyəti ilə X10 arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 0451/16 saylı kredit müqaviləsinə əsasən X3 27664,52 ABŞ dolları əsas borc, 6192,69 ABŞ dolları faiz borcu, 259,63 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 34116,84 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin xeyrinə ödənilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına X4 Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə olan cəmi 34116,84 ABŞ dolları məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması və ya ipoteka predmetinin satışından əldə edilmiş məbləğin iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdeh X3 tutulması qət edilmişdir. İcra vərəqəsi 15 avqust 2019-cu il tarixdə Cavabdeh1nə daxil olmuşdur. İcra işi ilk əvvəl Cavabdeh1 digər icra məmurunun icraatında olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borclular İddiaçı və X5 tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Daha sonra icra işini aparan icra məmuru başqa bir yerə təyinat aldığından 2020-ci ilin may ayında icra işi onun icraatına verilmişdir. İcra mərhələsində borc məbləği borclular tərəfindən könüllü ödənilmədiyindən Abşeron rayon icra şöbəsi tərəfindən “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 06 yanvar 2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubu ünvanlanmışdır. İpoteka predmeti olan ev 19 yanvar 2021-ci il tarixdə 90.000 manata ilkin hərraca çıxarılmış, ilkin hərracda ev satılmadığından daha sonra 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılmış, lakin ev təkrar hərracda da satılmamışdır. Daha sonra qanunvericiliyin tələbinə əsasən ipoteka predmeti olan ev 25 fevral 2021-ci il tarixdə 25 faiz aşağı qiymətlə 57.375 manata ipotekasaxlayan tərəfindən satın alınmışdır. Məlumatına görə hazırda Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyəti borcluların evdən çıxarılması ilə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, ev ipotekasaxlayana satıldıqdan sonra hərracın nəticələrinə dair yekun protokol onlara təqdim edilmişdir. Həmin yekun protokolda Cavabdeh1 möhürü və icra məmurunun imzası vardır. “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 il fəaliyyət göstərib-göstərməməsi barədə xəbəri yoxdur. Sadəcə cavabdeh təşkilatla Cavabdeh1 arasında ipoteka predmetlərinin hərraca çıxarılması ilə əlaqədar xidmət göstərilməsi ilə bağlı bağlanmış müqavilə əsasında əməkdaşlıq vardır. Hərracın keçirilməsi barədə onlara, tələbkara və borclulara bildirişlər göndərilmiş, elanlar verilmişdir. Borclu İddiaçı həyat yoldaşı özü Cavabdeh1nə yaxınlaşaraq evin hərraca göndərilməsi ilə maraqlanmışdır. 2021-ci ilin yanvar və fevral aylarında borclu İddiaçı həyat yoldaşı Cavabdeh1ndə olmuş, ipoteka predmeti olan evin hərraca çıxarılması ilə bağlı Cavabdeh1 tərəfindən sifariş məktubunun göndərilməsi və evin hərraca çıxarılması barədə xəbəri olmuşdur. Borclu tərəf onlara kömək göstərilməsi ilə bağlı yuxarı dövlət orqanlarına müraciət etmiş, bununla bağlı arayışlar yazılmışdır. İddia ərizəsində iddia edilən kimi qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı cavabdeh qismində Cavabdeh1 qeyd etməsinə baxmayaraq hər hansı bir iddia tələbi irəli sürməmişdir. Belə ki, iddiaçının tələbi YP 93 saylı, 25.02.2021-ci il tarixli hərracın nəticələri barədə protokolun, 25.02.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsidir. İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-1942/2018 saylı, 03.09.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 borcun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus mənzilə yönəldilməsi qət edilmişdir. Mənzilin ilkin satış qiyməti 90.000 manat müəyyən edilmiş, ilk hərracda mənzil satılmadığına görə 15% aşağı endirilməklə, təkrar hərrac keçirilmiş və əmlak yenədə satılmadığına görə 25% aşağı endirilməklə BOKT ASC-yə təklifə göndərilmişdir. BOKT ASC öz növbəsində təklifə müsbət cavab verməklə, əmlakın qiyməti 57.375 manata almış və alqı-satqı müqaviləsi imzalamışdır. İddia tələbi əsassızdır və rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdeh “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Cavabdeh1 15 avqust 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının və Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 15 avqust 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 704/2019 nömrəli, 05.07.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmış və İddiaçı icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın nəticələri dair YP seriyalı 93 nömrəli yekun protokolunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 sifarişi, “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə 25 fevral 2021-ci il tarixdə İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, F.Kərimzadə küçəsində 0,0267 ha torpaq sahəsində yerləşən 244 nömrəli fərdi yaşayış evi ilə əlaqədar hərrac keçirilmiş, mənzil ilkin satış qiyməti 90.000 manat və son qiymət 57.375 manat olmaqla Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə satılmışdır. 25 fevral 2021-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Xuraman Xanəli qızına məxsus Abşeron rayonu, Masazır kəndi, F.Kərimzadə küçəsində 0,0267 ha torpaq sahəsində yerləşən 244 nömrəli fərdi yaşayış evini 57.375 manata alıcı Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə satmışdır. “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkməyə təqdim olunmuş borclu İddiaçı məxsus olan ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin keçirilən hərracı ilə bağlı sənədlər içərisindən olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 21 iyul 2015-ci il tarixdə X11 məxsus olan reyestr nömrəsi **********57-10301, inventar nömrəsi 2429 olan Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsi, 244 saylı evin texniki pasportu tərtib edilmişdir. Həmin sənədlər içərisində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-704/2009 saylı, 07 avqust 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin cavabdehlər İddiaçı və X5 qarşı kredit borcunun qaytarılması üçün ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(012)-1942/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(012)-1942/2018 saylı qətnaməsinin qismən, İddiaçı ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və mənzil satıldıqdan 1 ay müddətində boşaldılmasına aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qətnamə ipoteka predmetinin satışından əldə edilmiş məbləğin iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdeh İddiaçı da tutulması hissəsində ləğv edilməsi, cavabdeh X3 tutulan məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyəti ilə X10 arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 0451/16 saylı kredit müqaviləsinə əsasən X3 27664,52 ABŞ dolları əsas borc, 6192,69 ABŞ dolları faiz borcu, 259,63 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 34116,84 ABŞ dolları məbləğində kredit borcunun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması ilə) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin xeyrinə ödənilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına X4 Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə olan cəmi 34116,84 ABŞ dolları məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması və ya ipoteka predmetinin satışından əldə edilmiş məbləğin iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdeh X3 tutulması qət edilmişdir. Qətnamə 05 iyul 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Abşeron rayon icra şöbəsi tərəfindən “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, borclular X10, İddiaçı və tələbkar Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə ünvanlanmış 06 yanvar 2021-ci il tarixli 27/226130 saylı hərracın keçirilməsi haqqında sifariş məktubunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-704/2009 saylı, 07 avqust 2019-cu il tarixli İcra vərəqəsinə əsasən iş üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması barədə 06.01.2021-ci il tarixli sifariş icra edilməsi üçün “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. 342 saylı, 08.01.2021-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən və poçt qaimələrinin surətindən görünür ki, 19 yanvar 2021-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsi və ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin satış qiyməti 90.000 manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Cavabdeh1nə, Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə, X5 və İddiaçı bildiriş göndərilmişdir. 362 saylı, 22.01.2021-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən və poçt qaimələrinin surətindən görünür ki, 10 fevral 2021ci il tarixdə saat 11:00-da Abşeron rayonu, Masazır kəndi, F.Kərimzadə küçəsi, 244 nömrəli evin və 0,0267 ha torpaq sahəsinin satış qiyməti 76500 manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Cavabdeh1nə, Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə, X5 və İddiaçı bildiriş göndərilmişdir. “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12.02.2021-ci il tarixdə Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə ünvanlanmış 002 nömrəli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə kredit borcu olan İddiaçı ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evi keçirilən hərraclar zamanı satılmamışdır. Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2 və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması təklif olunmuş, 12.03.2021-ci il tarixinədək əmlakı almadığı halda işin sifarişçisi olan icra şöbəsinə geri qaytarılacağı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3-cü və 398-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan alıcı qismində çıxış etdiyi üçün icra işini icra şöbəsinə qaytarmaq tarixinə qədər hərrac təşkilatına xidmət haqqı ödənilməsi bildirilmişdir. Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyəti tərəfindən “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 23 fervral 2021-ci il tarixli, 2135A/21 nömrəli məktubun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 002 saylı, 12.02.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ibarət ipoteka predmetinin əldə olunmasında dair 01/680 saylı, 09.02.2021-ci il tarixli təklifi daxil olmuşdur. Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyəti daxil olmuş təklifi qəbul etmiş və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin alınması ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmişdir. 08.01.2021-ci il tarixli və 22.01.2021-ci il tarixli “Market” qazetinin 08.01.2021-ci il və 14.01.2021-ci il tarixli buraxılışlarından görünür ki, ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.0267 ha torpaq sahəsi və ümumi sahəsi 176.20 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 31.05.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 27 may 2021-ci il tarixdə Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə məxsus olan reyestr nömrəsi **********57-10301, inventar nömrəsi 2424 olan Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsi, 244 saylı evin texniki pasportu tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 iyul 2019-cu il tarixli qətnaməsi, 2(105)-704/2019 ilə Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinin xeyrinə X3 cəmi 34116,84 ABŞ dolları məbləğində kredit borcunun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması ilə) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus ilkin satış qiyməti 90.000 manat müəyyən edilmiş ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi qət olunmuş, qətnamə 05 iyul 2019-cu il tarixdə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Abşeron rayon İcra və pronasiya şöbəsinin sifarişi əsasında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə satışı üçün hərracın keçirilməsi 19 yanvar 2021-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmamış, ev hərracda satılmamışdır. Bundan sonra ev ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə 76.500 manata təkrar hərraca çıxarılmış, təkrar hərracın keçirilməsi 10.02.2016-cı il tarixə təyin edilmiş, lakin təkrar hərrac da baş tutmamış, ev hərracda satılmamışdır. Daha sonra ipoteka predmeti olan qeyd edilən ev ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə 57.375 manata ipoteka saxlayan Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyətinə satılmışdır. İlkin və təkrar hərraclar barədə müvafiq qaydada elanlar verilmiş, tərəflərə bildirişlər göndərilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı tərəf “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracların qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyini, hərracların hazırlanması, müddətləri və keçirilmə qaydalarının pozulduğunu, hərracların ipotekasaxlayana məlumat verilmədən keçirildiyini iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olundu ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış, hərrac qanunauyğun şəkildə həyata keçirilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və “X2 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyəti cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Bank Olmayan Kredit X18 Cəmiyyəti cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 20 (iyimi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3475/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3475/2021
28.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair mülki iş - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver