Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3253/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X7 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elçin Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1 və “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti cəlb edilməklə) hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən keçirilmiş ünvan 1 ünvanında olan (0,0267 ha torpaqla birgə) fərdi yaşayış evinə dair YP 93 saylı, 25.02.2021-ci il tarixli hərracın nəticələri barədə protokolun, 25.02.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1942/2018 saylı, 03.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 15.07.2016-cı il tarixli, 0451/2016 saylı kredit razılaşması üzrə 27664,52 ABŞ dolları məbləğində kredit borcu, 6192,69 ABŞ dolları məbləğində faiz borcu, 259,63 ABŞ dolları cərimə olmaqla ümumilikdə 34116,84 ABŞ dolları məbəğində kredit borcu, 30 manat dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi və qeyd edilən borc tələbinin ipoteka predmeti olan ona məxsus ünvan 1 ünvanında olan (0,0267 ha torpaqla birgə) fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. İpoteka predmeti olan ona məxsus ünvan 1 ünvanında olan (0,0267 ha torpaqla birgə) fərdi yaşayış evinə 90000 manat ilkin satış qiyməti qoyulmuşdur. Həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borcluların qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilmiş və icrası təmin edilməsindən ötrü Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 tərəfindən 06.01.2021-ci il tarixində 27/22/6130 saylı məktubla ipoteka predimeti olan ünvan 1 ünvanında olan (0,0267 ha torpaqla birgə) fərdi yaşayış evi açıq hərrac vasitəsi ilə realizə edilərək tələbkar Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin kredit borcunun qaytarılması üçün “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinə sifariş verilmişdir. Yaranmış işsizilik, maddi sıxıntılar və borclunun səhhəti ilə əlaqədar ani olaraq yaranmış vəziyyət səbəbi ilə qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosesləri zamanı çətinliklər yaranmış və bu barədə Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə təsdiqedici sənədlərlə birlikdə dərhal məlumat verilsə də, heç bir ortaq razılığa gəlinməsinə dair cəhdlər bank tərəfindən qarşılanmamışdır. Verilmiş sifariş əsasında ixtisaslaşdırılmış hərrac təşkilatı olan “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti sifarişi “İpoteka haqqında” qanunun və digər qanunvercilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmişdir. Bunlarla yanaşı, iporeka qoyan olaraq konstition hüquqlarından da məhrum edilmişdir. “İpoteka haqqında” qanunun 42-ci maddəsinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişinin alındığı gündən isə 30 təqvim günündən gec olmayaraq keçirilir. İlk hərrac 19.01.2021-ci ildə olmuş, lakin elanları (keçirilmə və baş tutmama) olmamışdır. “İpoteka haqqında” qanunun 43.2-ci maddəsinə əsasən bu qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Buna baxmayaraq hərracın baş tutmaması barədə hec bir elan belə verilməmiş və qeyd edilən qanunun 43.2-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. İkinci hərrac 10.02.2021-ci il tarixində olmuş, lakin elanları (keçirilmə və baş tutmama) və hərrac bildirişlərinin ipoteka qoyana göndərilmə, qəbulu haqqında hər hansı qəbz olmamışdır. Belə ki, hərracın açıqlığı ilə yanaşı konstition hüquqları pozulmuşdur. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda, dərc etdirilməmişdir. Qeyd etdiklərilə yanaşı ona və ünvanına hərrac keçirilməsi ilə bağlı bildirişlərə dair sənəd daxil olmamışdır. Abşeron rayonu üzrə İcra və probasiya şöbəsinə edilmiş müraciətindən sonra ona məxsus əmlakın artıq satıldığını bilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, “İpoteka haqqında” qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) bildiriş göndərir. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. ünvan 1 ünvanında olan (0,0267 ha torpaqla birgə) fərdi yaşayış evinə dair “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən keçirilmiş hərracların nəticələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyindən, hərracların hazırlanması, müddətləri və keçirilmə qaydası pozulduğundan, ipoteka saxlayana məlumat verilmədən keçirildiyindən, birinci hərrac və təkrar hərracların baş tutmaması barədə elanlar verilmədiyindən qətnamə ləğv edilməli, YP 93 saylı, 25.02.2021-ci il tarixli hərracın nəticələri barədə protokol, 25.02.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi etibarsız elan edilməli və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarış ləğv edilməlidir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-704/2019 saylı, 05.07.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(012)- 1942/2018 saylı qətnaməsi qismən, İddiaçı ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və mənzil satıldıqdan 1 ay müddətində boşaldılmasına aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qətnamə ipoteka predmetinin satışından əldə edilmiş məbləğin iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdeh İddiaçı da tutulması hissəsində ləğv edilməli, cavabdeh X2 tutulan məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalı, Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti ilə X8 arasında bağlanmış 15 iyul 2016-cı il tarixli, 0451/16 saylı kredit müqaviləsinə əsasən X2 27664,52 ABŞ dolları əsas borc, 6192,69 ABŞ dolları faiz borcu, 259,63 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 34116,84 ABŞ dolları məbləğində kredit borcu (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması ilə) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməli, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evi açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına X3 Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə olan cəmi 34116,84 ABŞ dolları məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat məbləğində müəyyən edilməli, Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh İddiaçı qaytarılmalı və ya ipoteka predmetinin satışından əldə edilmiş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ cavabdeh X2 tutulmalıdır. İş materiallarında olan Cavabdeh1 icra məmurunun 15 avqust 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının və Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış 15 avqust 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-704/2019 saylı, 05.07.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmış və İddiaçı icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh1 tərəfindən “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinə, X5, İddiaçı və Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə ünvanlanmış 06 yanvar 2021-ci il tarixli, 27/226130 saylı hərracın keçirilməsi haqqında sifariş məktubunun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-704/2009 saylı, 07 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması barədə “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinə sifariş verilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 342 saylı, 08 yanvar 2021-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişin surətindən görünür ki, 19 yanvar 2021-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsi və ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin satış qiyməti 90.000 manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Cavabdeh1nə, Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə, X5 və İddiaçı bildiriş göndərilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 362 saylı, 22 yanvar 2021-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişin surətindən görünür ki, 10 fevral 2021-ci il tarixdə saat 11:00-da Abşeron rayonu, Masazır kəndi, F.Kərimzadə küçəsi, 244 nömrəli evin və 0,0267 ha torpaq sahəsinin satış qiyməti 76500 manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Cavabdeh1nə, Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə, X5 və İddiaçı bildiriş göndərilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə ünvanlanmış 002 saylı, 12 fevral 2021-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişin surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evi keçirilən hərraclar zamanı satılmadığından Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə Azərbaycan Respublikası MM-nin 405.2-ci və “İpoteka haqqında” qanunun 43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanması təklif olunmuşdur. İş materiallarında olan Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinə ünvanlanmış 23 fevral 2021-ci il tarixli, 2135A/21 nömrəli məktubun surətindən görünür ki, cəmiyyət daxil olmuş təklifi qəbul etmiş və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin alınması ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmişdir. İş materiallarında olan “Market” qazetinin 08.01.2021-ci il tarixli və 22.01.2021-ci il tarixli buraxılışlarından görünür ki, ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hərracın nəticələri dair YP seriyalı, 93 nömrəli, 25 fevral 2021-ci il tarixli yekun protokolunun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, F.Kərimzadə küçəsində 0,0267 ha torpaq sahəsi və üzərində yerləşən 244 nömrəli fərdi yaşayış evi Sumqayıt Apellyasiya Məhkəməsinin 07.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən ilkin olaraq 90000 manat qiymətləndirilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, satılmadığı üçün ipoteka saxlayan Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinə 57375 manata satılmışdır. İş materiallarında olan 25 fevral 2021-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, F.Kərimzadə küçəsində 0,0267 ha torpaq sahəsində yerləşən 244 nömrəli fərdi yaşayış evi Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən 57375 manata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,0267 ha torpaq sahəsi və ümumi sahəsi 176.20 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 31.05.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbi “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən keçirilmiş ünvan 1 ünvanında olan (0,0267 ha torpaqla birgə) fərdi yaşayış evinə dair YP 93 saylı, 25.02.2021-ci il tarixli hərracın nəticələri barədə protokolun, 25.02.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqı müqaviləsinin etibarsızlığı və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğvi barədədir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı olmuş, həmin əmlak ipoteka ilə yüklü edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(105)-704/2019 saylı, 05.07.2019-cu il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilmiş və açıq hərracda Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən 57375 manata alınmışdır. “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Həmin Qanunun 43.2-43.5-ci maddələrinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Həmin Qanunun 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İş materiallarından görünür ki, “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması barədə İddiaçı bildirişlər göndərilsə də, lakin iş materiallarında həmin bildirişləri iddiaçının alması barədə hər hansı bir sənəd yoxdur. Göründüyü kimi, mübahisəli evin açıq hərracda satılması ilə bağlı hərracın keçirilməsinə dair İddiaçı rəsmi məlumat verilməmiş və onun iştirakı olmadan hərrac keçirilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 342 saylı, 08 yanvar 2021-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişin surətindən görünür ki, 19 yanvar 2021-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında 0,0267 ha torpaq sahəsi və ümumi sahəsi 176,2 kv.m olan fərdi yaşayış evinin satış qiyməti 90.000 manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə X5 və İddiaçı bildiriş göndərilmişdir. Göründüyü kimi, açıq hərracın keçirilməsi barədə bildiriş hərracın keçirilməsinə 10 gün qalmış İddiaçı göndərilmişdir. Halbuki “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinin tələbinə görə bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Həmçinin iş materiallarında olan “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 362 saylı, 22 yanvar 2021-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişin surətindən görünür ki, 10 fevral 2021-ci il tarixdə saat 11:00-da Abşeron rayonu, Masazır kəndi, F.Kərimzadə küçəsi, 244 nömrəli evin və 0,0267 ha torpaq sahəsinin satış qiyməti 76500 manat müəyyən edilməklə satışı üçün təkrar açıq hərracın keçirilməsi barədə X5 və İddiaçı bildiriş göndərilmişdir. “İpoteka haqqında” qanunun 43.5- ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Göründüyü kimi, təkrar hərracın keçirilməsi barədə bildiriş həmin hərracın keçirilməsinə 18 gün qalmış İddiaçı göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hərrac qanunla müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən (0,0267 ha torpaqla birgə) fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələrinə dair YP 93 saylı, 25.02.2021-ci il tarixli yekun protokol və 25.02.2021-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsinlər. ünvan 6 ünvanında yerləşən 0,0267 ha torpaq sahəsi və ümumi sahəsi 176.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə Cavabdeh2 bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 31.05.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3253/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3253/2021
06.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair mülki iş - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver