Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3479/2022 27.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs qismində DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi göstərilməklə) qarşı reyestrdən çıxarışın etibarsız hesab olunması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın vərəsələr arasında bərabər bölünməsi və reyestrdən çıxarışın etibarsız hesab olunması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı iddia ərizəsini tərəflərin sayına uyğun tərtib etməmiş, bununla da MPM-nin 150.1.1-ci maddəsinin tələblərini pozmuşdur. MPM-nin 150.1.1-ci maddəsinə görə iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub, QƏRARAALDİM: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs qismində DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi göstərilməklə) qarşı reyestrdən çıxarışın etibarsız hesab olunması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3479/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3479/2022
27.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver