Məhkəmə qərarları › İş №2(012)-3507/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3507/2021

30.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3507/2021 30.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər X2 Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hilal Agro MMCyə verilmiş 01.04.2014-cü il tarixli ******* saylı, 02.04.2014-cü il tarixli, ******* saylı və 23.04.2014-cü il tarixli ******* saylı çıxarışların etibarsız hesab edilməsi, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli 29.07.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hilal Agro MMC-yə verilmiş 01.04.2014-cü il tarixli ******* saylı, 02.04.2014-cü il tarixli ******* saylı və 23.04.2014-cü il tarixli ******* saylı çıxarışların ləğv edilməsi, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli 29.07.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin üzərində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı əkinçilik-maldarlıqla məşğul olmaq üçün 20.0 ha torpaq sahəsinin ona satılması ilə bağlı Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən 23.07.2003-cü il tarixli 243 saylı rəy verilmişdir. Həmin rəyə əsasən əkinçilik-maldarlıqla məşğul olmaq üçün 20.0 ha torpaq sahəsinin iddiaçıya satılmasına X7 Komitəsinin Abşeron rayon şöbəsinin etiraz etmədiyi bildirilmişdir. Bundan sonra Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinin 23.07.2003-cü il tarixli 12 saylı Qərarı ilə Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədi ilə az yararlı əkin yerindən 20.0 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Qeyd olunan qərar əsasında 29.07.2003-cü il tarixdə DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş torpaq sahəsinin planı tərtib edilərək, həmin torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bütün sadalananlar qeyd olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinin təsdiqidir. Sonradan, məlum olmuşdur ki, Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinin 18.12.2013-cü il tarixli qərarı ilə 1.9258 ha, 18.12.2013-cü il tarixli qərarı ilə 1.9258 ha, 16.04.2012-ci il tarixli qərarı ilə 5.0 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə üçüncü şəxslərə satılmışdır. Həmin torpaq sahələri iddiaçının mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən məhkəməyə müraciət olunaraq Abşeron rayon Məmmədli Bələdiyyəsinin 1.92 ha torpaq sahəsinin satılması barədə 29.10.2013-cü il tarixli, 1.92 ha torpaq sahəsinin satılması barədə 06.11.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə 22.07.2011-ci il tarixli qərarlarının etibarsız hesab edilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə işə aidiyyəti üzrə baxaraq, iddianın təmin edilməsi barədə 26.07.2017-ci il tarixli, 2-1(85)-17/2017 saylı qərar qəbul etmişdir. Qərardan narazı qalan cavabdeh və 3-cü tərəf Hilal-Aqro MMC apellyasiya şikayəti vermişdir. Şikayətlər apellyasiya instansiyasının inzibati kollegiyası tərəfindən baxılmış, inzibati iş üzrə cavabdeh və 3-cü tərəf Hilal-Aqro MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 26.04.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair 27.11.2019-cu il tarixli 2-1(105)-189/2019 saylı qərar qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli 2-1(105)-189/2019 saylı qərarından narazı qalan 3-cü şəxs Hilal- Aqro MMC Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edərək həmin qərarın ləğv olunaraq, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası baxaraq, 3-cü şəxs Hilal-Aqro MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(105)-189/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair 19.06.2020-ci il tarixli, 2-1(102)-736/2020 saylı qərar qəbul etmişdir. Bütün bunlardan sonra iddiaçı yuxarıda qeyd edilən 20.0 ha torpaq sahəsinə çıxarışın alınması üçün müraciət etdiyi zaman ona bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hilal-Agro MMC-yə verilmiş 01.04.2014-cü il tarixli ******* saylı, 02.04.2014-cü il tarixli ******* saylı və 23.04.2014-cü il tarixli ******* saylı çıxarışlar qüvvədə olduğundan və həmin ərazilər iddiaçının torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınaraq bu barədə çıxarışın verilməsi mümkün deyildir. Təqdim olunmuş sənədlərdən və qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, qeyd olunan torpaq sahəsinin iddiaçının mülkiyyəti olduğu və həmin torpaq sahəsinin digər şəxslərə satılması qanunsuz yollarla həyata keçirilmişdir. Bütün bunlara əsasən iddiaçı tərəfindən Hilal Agro MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbində 29.07.2003-cü il tarixli dövlət aktına əsasən mülkiyyətində olan Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin ərazisində yerləşən 20,0 ha torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışların etibarsız hesab edilməsini, həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsini və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən hazırkı iddia tələbi - torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında olduğuna görə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbinə uyğun olaraq torpaq sahəsinin olduğu yerə görə (müstəsna aidiyyət qaydasında) Abşeron rayon Məhkəməsinə verilməlidir. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə edilmiş qeydə əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən verilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər X2 Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş mаtеriаllаrındа оlаn və məhkəmə iclаsındа tədqiq еdilmiş: -Məhəmmədli Bələdiyyəsinin “Ramana südçülük sovxozunda yaşayan İddiaçı kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə torpaq sahəsi satılması barədə 23 iyul 2003-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 №-li Qərarına müvafiq olaraq Ramana südçülük sovxozunda yaşayan İddiaçı Məhəmmədli Bələdiyyəsinin ehtiyat fondundan az yararlı əkin yerindən kənd təsərrüfatı əkinçilikmaldarlıq məqsədilə 20,0 hektar torpaq sahəsi satılması barədəki ərizəsini, komissiyanın torpaqayırma aktını və digər sənədləri əsas tutaraq X3 rayon Məhəmmədli Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən Ramana südçülük sovxozunda yaşayan İddiaçı az yararlı əkin yerindən 20,0 hektar torpaq sahəsinin satılması haqqında hazırlanmış torpaqayırma sənədlərinin nəzərə alınması, İddiaçı Məhəmmədli Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə az yararlı əkin yerindən 20,0 hektar satılması qərara alınmışdır. -Torpağa mülkiyyət hüququna dair 29.07.2003-cü il tarixli Kod 30800108 nömrəli JN 0639 saylı dövlət aktından görünür ki, İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 23.07.2003-cü il tarixli 12 saylı qərarı ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 20.00 ha kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə torpaq sahəsi mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9258 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 502 saylı reyestr kitabının 9 saylı vərəqində **********89 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9226 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 502 saylı reyestr kitabının 10 saylı vərəqində **********996 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndindəki 5.0 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 443.7 kv.m olan ticarət təyinatlı iki mərtəbəli qeyriyaşayış binası Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 5 saylı reyestr kitabının 5 saylı vərəqində **********11-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə 26.04.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı qərarından görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 1.9226 ha torpaq sahəsinin satılması barədə 18.12.2013-cü il tarixli, 1.9258 ha torpaq sahəsinin satılması barədə 18.12.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə 16.04.2012-ci il tarixli qərarları ləğv edilmişdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli 2(004)-3173/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin İddiaçı cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə 27.11.2019-cu il tarixli 2-1(105)-189/2019 saylı qərarından görünür ki, cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinin və 3-cü şəxs Hilal-Aqro MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 26.04.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə 19.06.2020-ci il tarixli 2-1(102)-736/2020 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli 2- 1(105)-189/2019 saylı qərarı 3-cü şəxs Hilal-Aqro MMC-nin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, 3-cü şəxs Hilal-Aqro MMC-nin kassasiya şikayəti təmin edilməmişdir. -Cavabdeh1 09.08.2021-ci il tarixli **********31 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-3507/2021 nömrəli 15.07.2021-ci il tarixli qərardadına əsasən mütəxəssisin cəlb edilməsi haqqında qərarın icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 23.07.2021-ci il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsinə iddiaçının iştirakı ilə texniki baxış keçirilmiş və idarənin elektron kadastr bazasında araşdırılmışdır. Texniki baxış zamanı məlum olmuşdur ki, ərazidə yarımçıq tikililər mövcuddur. Sözügedən yarımçıq tikililərin kimə məxsus olmasını təyin etmək mümkün olmamışdır. Əlavə olaraq, müayinə olunan ərazi "xxxx" MMC-nin adına qeydiyyata alınmış (**********89, **********96, **********7 reyestr nömrələri) torpaq sahələrinin və **********11-06301 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə qeydiyyatdan keçmişdir. -Asan4 tərəfindən verilmiş 15.09.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X6 qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, İddiaçı əkinçilik-maldarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə az yararlı əkin yerindən 20,0 hektar torpaq sahəsinin satılması barədə ərizə ilə X1 müraciət etmiş və Məhəmmədli Bələdiyyəsinin 23 iyul 2003-cü il tarixli Qərarı ilə Ramana südçülük sovxozunda yaşayan İddiaçı əkinçilik-maldarlıq məqsədilə 20,0 hektar torpaq sahəsi satılmışdır. Torpağa mülkiyyət hüququna dair 29.07.2003-cü il tarixli Kod 30800108 nömrəli JN 0639 saylı dövlət aktına əsasən isə İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 23.07.2003-cü il tarixli 12 saylı Qərarı ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 20.00 ha kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə torpaq sahəsi üzərində mülkiyyət hüququ təsdiq olunmuşdur. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ onun ərizəsi əsasında Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən torpaq sahəsinin cavabdeh Hilal-Aqro MMC-yə satılmasına dair qərarlarının ləğv edilməsinə dair məhkəmə aktları ilə də təsdiqlənmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9258 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, 02.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən 1.9226 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, 23.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən isə 5.0 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 443.7 kv.m olan ticarət təyinatlı iki mərtəbəli qeyri-yaşayış binası Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. İddiaçı öz növbəsində, həmin çıxarışların ləğv edilməsi, onun mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin üzərində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 82.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə mülki iş üzrə iş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26.04.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı qərarı əsasında tədqiq edilmiş, məhkəmənin 22 sentyabr 2016-cı il tarixli qərardadı ilə təyin edilərək keçirilən məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertin 26 dekabr 2016-cı il tarixli 22636 saylı rəyi ilə Abşeron rayonu Məmmədli kəndində yerləşən mülki iş üzrə mübahisə predmeti olan iddiaçıya ayrılmış torpaq sahəsinin həmin torpaq sahəsinə aid JN-0639 saylı, kod 30800108 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına uyğun olduğu və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Abşeron rayonu Məmmədli bələdiyyəsinin 18.12.2013-cü il, 16.04.2012-ci il tarixli qərarları ilə Hilal-Aqro MMC-yə satılmış 1.9226 ha, 1.9258 ha və 5.0 ha torpaq sahələri ilə bütövlükdə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıbdaşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan normasına və Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələblərinə istinad edib mülki iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26.04.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli 2-1(105)-189/2019 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2020-ci il tarixli 2-1(102)-736/2020 saylı qərarlarını qiymətləndirib belə qərara gəlir ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən mülki iş üzrə iddiaçıya ayrılmış mübahisə predmeti olan torpaq sahəsinin həmin torpaq sahəsinə aid JN-0639 saylı, kod 30800108 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına uyğun olduğu və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Abşeron rayonu Məmmədli bələdiyyəsinin 18.12.2013-cü il, 16.04.2012-ci il tarixli qərarları ilə Hilal-Aqro MMC-yə satılmış 1.9226 ha, 1.9258 ha və 5.0 ha torpaq sahələri ilə bütövlükdə üst-üstə düşdüyü öz təsdiqini tapmış və 1.9226 ha torpaq sahəsinin satılması barədə 18.12.2013-cü il tarixli, 1.9258 ha torpaq sahəsinin satılması barədə 18.12.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə 16.04.2012-ci il tarixli qərarların ləğvi öz təsdiqini tapdığından Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.04.2014-cü il tarixli RX seriyalı ******* saylı, 02.04.2014-cü il tarixli RX seriyalı ******* saylı və 23.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışlar ləğv edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin ona məxsus olan torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması tələbinə dair hissədə qeyd edir ki, Cavabdeh1 əməkdaşları tərəfindən mübahisəli torpaq sahəsinə texniki baxış keçirilməsi nəticəsində həmin ərazidə yarımçıq tikililərin olması müəyyən edildiyindən Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə əsasən iddia tələbinin bu hissədə təmin edilərək iddiaçının mülkiyyətində olan 20 ha torpaq sahəsi ərazisində düşən qanunsuz olaraq inşa edilmiş tikililərin cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması hissəsində əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 207.1. maddəsinə əsasən zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək,ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Həmçinin, Mülki Məcəllənin: 180.1. maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq, bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin zəbt olunmuş 31.23 kv.metr hissəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 5 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 15 aprel 2002-ci il tarixdə ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyi tanıyır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maksim Belçikaya qarşı» 13 iyun 1979-cu il tarixli qərarında göstərilir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mənasına görə, mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, mülkiyyət hüququ üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir. Məhkəmə tərəfindən tədqiq olunan sübutlardan göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də, məhkəmə tədqiq olunmuş sübutları məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 01.04.2014-cü il tarixli RX seriyalı ******* saylı, 02.04.2014-cü il tarixli RX seriyalı ******* saylı, 23.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışlar ləğv edilməli, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi tərəfindən verilmiş JN-0639 seriyalı 30800108 nömrəli 29.07.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin ərazisinə düşən qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi cavabdehə həvalə edilməli və torpaq sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalıdır. İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 01.04.2014-cü il tarixli RX seriyalı ******* saylı, 02.04.2014-cü il tarixli RX seriyalı ******* saylı, 23.04.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışlar ləğv edilsin. Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi tərəfindən verilmiş JN-0639 seriyalı 30800108 nömrəli 29.07.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin ərazisinə düşən qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə qaytarılması cavabdeh Hilal-Aqro MMC-yə həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar