Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3562/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, cavabdehlər X7 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7, X8 və X3 qarşı (3-cü şəxslər: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi) torpaq sahəsinə xərclənmiş vəsaitin qaytarılması barədə iddia tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 hüquqi varisi X7, Cavabdeh1 və Cavabdeh3 qarşı (3-cü şəxslər: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi, X8 və X4) alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi, xərclənmiş vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və onun açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 (hüquqi varisi X7) və etibarnamə əsasında “satıcı” qismində çıxış edən İddiaçı arasında 28 aprel 2011-ci ildə bağlanılmış torpaq alqı-satqı müqaviləsi (AN-İ № 0245981), 23 02.2016-cı il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh1 arasında rəsmiləşən Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0.10 ha olan torpağa dair qeydiyyat tarixi 09.03.2016, qeydiyyat nömrəsi ********** ******* nömrəli Çıxarış, Cavabdeh1 ilə cavabdeh X8 arasında bağlanmış 22.02.2019-cu il tarixli 4Ə-647 reyestr nömrəsi “Daşınmaz Əmlakın Alqı satqı Müqaviləsi”nə dair Çıxarış və yeni inzibati ünvanı Sumqayıt şəhəri, Novxanı bağ Massivində yerləşən 0.10 ha torpaq sahəsinə dair 3-cü şəxs X8 ilə 3-cü şəxs X15 Ağa arasında bağlanmış 20.11 2020-ci il tarixli 4Ə-1703 reyestr nömrəsi ilə qeydə alınmış “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi”nə dair çıxarışları ləğv edilməsi və həmin torpaq sahəsinin Cavabdeh3 əldə olunmasına xərclənmiş 25.000 ABŞ dolları və həmçinin hasarlanmasına, təsərrüfat təyinatlı binanın tikilməsi və dəmir darvazaya xərclənmiş 15.000 manat məbləğində pul vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müxtəlif vəzifələrdə çalışmış, 2009cu ildə vəfat etmiş atası Cavabdeh2, analığı X7 və onun qızı olan Cavabdeh1 ilə 2001- 2014-cü illər ərzində birlikdə yaşayaraq, birgə təsərrüfat aparmışdır. Əldə etdiyi pul vəsaitlərinə bir-neçə daşınmaz əmlaklar almış və onları atasının adına rəsmiləşdirmişdir. Əldə olunmuş pul vəsaitlərdən bir hissəsinə Abşeron rayonu, Novxanı xəndində yerləşən 0.10 ha torpaq sahəsini (faktiki sahəsi 0.12 ha) Cavabdeh3 20 oktyabr 2007-ci il tarixdə, 25.000 ABŞ dolları ödəməklə atası Cavabdeh2 adına verilən etibarnamə əsasında almışdır. Cavabdeh3la razılığın əsas məqsədi həmin torpaq sahəsinin sənədləri alqı-satqı üçün hazır olmadığından etibarnamə əsasında atasının adından sənədləri hazırlayıb alqısatqı müqaviləsi ilə simvolik qiymətə rəsmiləşdirmək idi ki, torpağa dair digər rəsmi sənədləri əldə edərək sonda öz adına rəsmiləşdirsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsindən Cavabdeh3 0.10 ha olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiq və DTXK-in Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etməməsi barəsində 09.01.2009-cu il tarixli rəy və 26.01.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsünü müvafiq qurumlardan əldə etmiş, lakin atası 2009-cu ildə vəfat etdiyinə görə həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işləri dayanmışdır. 2009-cu ilin dekabr ayında İddiaçı Cavabdeh3la əlaqə saxladıqdan sonra sənədləşmə işlərinin davam etdirilməsi üçün sonuncu onun adına 09.01.2010-cu il tarixli 7E-01-170 reyestrli etibarnamə vermişdir. Həmin etibarnamə əsasında o, 22 fevral 2011-ci il tarixində Cavabdeh3 adından həmin torpaq sahəsinə dair bütün bələdiyyə vergi borcları və zəruri rüsumları ödəyərək, ƏMDKnin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 15.04.2011-ci il tarixli **********09 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış və AA seriyalı 027117 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin əldə etmişdir. Beləliklə, 28.04.2011ci il tarixli torpaq alqı-satqısı müqaviləsi əsasında həmin etibarnamə əsasında İddiaçı simvolik olan 5.000 manata, analığı X1 və sonuncunun adına ƏMDK-nin yanında DƏDRXnin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 24.06.2011-ci il tarixli **********09 reyestr nömrəli ********** qeydiyyat nömrəli AA seriyalı ******* nömrəli çıxarış və AA seriyalı 029273 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri əldə edilmişdir. 2016-cı ildə İsmayılova Sudavər onun xəbəri olmadan həmin torpaq sahəsini qızı Cavabdeh1 bağışlama müqaviləsi ilə bağışlamışdır. Bundan sonra aralarında münaqişə yarandıqda Cavabdeh1 mübahisəli torpaq sahəsini Sumqayıt ASAN xidmət mərkəzinin Notariat Kontoru tərəfindən aparılmış alqı-satqı müqaviləsi üzrə 3-cü şəxs X6 2019-cu ildə bazar qiymətindən çox aşağı qiymətə - 30.000 manata satmışdır. Aydındır ki, əsl niyyəti torpaq sahəsini təcili özgəninkiləşdirmək və hüquqları başqasına ötürüb pulları mənimsəməkdir. X8 həmin torpaq sahəsinin münaqişəli olduğunu bilərək və qohumları Cəbrayılov Davudla əlbir olaraq həmin yerin sənədlərini dəyişdirərək, yeni ünvan və sənəd altında torpaq sahəsini daha kiçik hissələrə bölüb, iş üzrə 3-cü şəxs qismində cəlb olunan X4 və digərlərinə satmışdır və bu əməliyyatı Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 daşınmaz əmlakın 20.11,2020-ci il tarixli 4Ə-1703 alqı-satqı müqaviləsi tərtib etmiş və həmin torpaq sahəsini yeni inzibati ərazi və ünvan üzrə (Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4573X) özgəninkiləşdirilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, Abşeron rayonu, Novxanı kəndində (hazırda Sumqayıt şəhəri, Novxanı bağ massivi) ərazisində yerləşən 0.10 ha (faktiki 0.12 ha) torpağın və üzərindəki tikilinin əldə olunmasına ödənilmiş 25.000 ABŞ dolları və həmçinin həmin torpaq sahəsinə dair vergilərin ödənilməsinə, sahənin daş divarla hasarlanmasına, təsərrüfat təyinatlı köməkçi binanın tikilməsi və dəmir darvazaya xərclənmiş cəmi 15.000 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər X7, Cavabdeh1, X8 və X2 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi. Digər cavabdehlər və maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpağın və üzərindəki tikilinin əldə olunmasına ödənilmiş 25.000 ABŞ dolları, ona dair vergilərin ödənilməsi, sahənin hasarlanması, binanın tikilməsi və dəmir darvazaya xərclənmiş cəmi 15.000 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddia tələbini qəbul etmirlər. İddiaçı isə həmin torpaq sahəsinə xərclənən vəsaitləri təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X7, X8 və X3 qarşı (3-cü şəxslər: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi) torpaq sahəsinə xərclənmiş vəsaitin qaytarılması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, yəni iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X7, X8 və X3 qarşı (3-cü şəxslər: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi) torpaq sahəsinə xərclənmiş vəsaitin qaytarılması barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3562/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3562/2021
06.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair mülki iş - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver