Məhkəmə qərarları › İş №2(105)-4055/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4055/2021

27.12.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair mülki iş - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4055/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 hüquqi varisi X6, Cavabdeh1 və Cavabdeh3 qarşı (3-cü şəxslər: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi, X7 və X3) alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi, xərclənmiş vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və onun açıq hərracda satılması tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim M.A.Abbasova) şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli 2(012)-3562/2021 saylı qərardadının ləğv olunması və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh2 hüquqi varisi X6, Cavabdeh1 və Cavabdeh3 qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 (hüquqi varisi X6) və etibarnamə əsasında “satıcı” qismində çıxış edən İddiaçı arasında 28 aprel 2011-ci ildə bağlanılmış torpaq alqı-satqı müqaviləsi (AN-İ № 0245981), 23.02.2016cı il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh1 adına rəsmiləşən Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpağa dair qeydiyyat tarixi 09.03.2016, qeydiyyat nömrəsi **********, ******* nömrəli çıxarışın, Cavabdeh1 ilə X7 arasında bağlanmış 22.02.2019-cu il tarixli 4Ə-647 reyestr nömrəsi “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nə dair Çıxarışın və yeni inzibati ünvanı Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,10 ha torpaq sahəsinə dair 3-cü şəxs X7 və 3-cü şəxs X3 arasında bağlanmış 20.11.2020-ci il tarixli 4Ə-1703 reyestr nömrəsi ilə qeydə alınmış “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nə dair Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin Cavabdeh3 əldə olunmasına xərclənmiş 25000 (iyirmi beş min) ABŞ dolları və həmçinin hasarlanmasına, təsərrüfat təyinatlı binanın tikilməsi və dəmir darvazaya xərclənmiş 15000 (on beş min) manat məbləğində pul vəsaitinin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri olaraq iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək 3-cü şəxs X7 və 3-cü şəxs X3 və digərləri arasında bağlanmış 20.11.2020-ci il tarixli 4Ə-1703 reyestr nömrəsi ilə qeydə alınmış “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi"nə əsasən X2 adına rəsmiləşmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən (hazırda Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4573X, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin reyestr nömrəsi **********56, bölünmüş sahəsi 0,05 ha) ümumi sahəsi 0,10 ha (faktiki sahəsi 0,12 ha) olan torpaq sahəsinin özgəninkiləşdirilməsi və həmin torpaq sahəsinə müdaxilə və ya hər hansı işlərin aparılması ilə əlaqədar müəyyən hərəkətlərin edilməsinin 3-cü şəxslərə, cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(012)-3562/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək 3-cü şəxs A.İ.Cəbrayılov və 3-cü şəxs H.Ə.Mansurov və digərləri arasında bağlanmış 20.11.2020-ci il tarixli 4Ə-1703 reyestr nömrəsi ilə qeydə alınmış “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi"nə əsasən H.Ə.Mansurovun adına rəsmiləşmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən (hazırda Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4573X, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin reyestr nömrəsi **********56, bölünmüş sahəsi 0,05 ha) ümumi sahəsi 0,10 ha (faktiki sahəsi 0,12 ha) olan torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(012)-3562/2021 saylı qərardadından narazı qalan cavabdeh S.Y.İsmayılova məhkəməyə şikayət ərizəsi təqdim edərək, Abşeron Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(012)-3562/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı 6 ilə yaxındır ki, onunla mülk mübahisəsi aparır. Hazırki mülki iş üzrə artıq mahiyyəti üzrə Abşeron Rayon Məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə baxılmışdır. Ali Məhkəmənin 2(012)-7468/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Torpağın mülkiyyətçisi rəsmi şəkildə özüdür və qızı Cavabdeh1 bağışlama müqaviləsi əsasında bağışlanılıb. Sonuncu da öz növbəsində həmin torpaq sahəsi barədə 3 il əvvəl alqı-satqı etmişdir. Hazırda məhkəmənin çıxardığı qərardad vicdanlı alıcıların hüquqlarını pozduğundan onun ləğvi zəruridir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Hakim iddia ərizəsində göstərilən faktları və digər mühüm məsələləri nəzərə almayaraq, məhkəmə mübahisəsinin mahiyyəti üzrə həll olunub yekun qərar qanuni qüvvəsinə minməyini gözləməyən məhkəmə, cavabdehlərə və digər şəxslərə Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsinə dair müəyyən hərəkətlərin edilməsinin qadağan olunmasını və bu barədə 27 may 2021-ci il tarixli qəbul olunmuş qərardadı ləğv edir. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(012)-3562/2021 saylı qərardadını ləğv edib, mülki iş üzrə məhkəmə mübahisəsinin mahiyyəti üzrə həll olunub yekun qərar qanuni qüvvəsinə minənədək iddianın təmin tədbirinin qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İş materialları ilə müəyyən edildi ki, mübahisə olunan əmlak iddiaçının mülkiyyətində deyil və ona heç bir aidiyyatı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 25 iyun 2021-ci il tarixli 2(012)-3562/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar