Məhkəmə qərarları › İş №2(012)-3603/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3603/2020

24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3603/2020 24.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2 və Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh toy xərci, cehiz və qızılların dəyəri- 30000 (otuz min) manat müəyyən edilməklə maddi zərərin, ona və ailəsinə vurulmuş mənəvi zərərə görə 100000 (yüz min) manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından övladları yoxdur. Cavabdeh ona qarşı “nikahın pozulması” iddia tələbi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, aralarında qeydə alınmış 529 saylı nikahlarının pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nikahın pozulması səbəbi kimi isə xasiyyətlərinin uyğun gəlməməsini göstərmişdir. Həmçinin iddiaçının yazdığı iddia ərizəsinə əsasən, guya onun ailənin dağılmaması üçün göstərdiyi cəhdlər heç bir nəticəsini verməmişdir. Halbuki, ailələrinin əsas dağılma səbəbi iddiaçının cinsi cəhətdən xəstə olması olmuşdur. Belə ki, artıq 5 aydır ki, evli olmaqlarına baxmayaraq, o, hələ də bakirə qalmışdır. Bunu təsdiq edən həkimdən sübut da var. Bunun da səbəbi hazırki iş üzrə Cavabdeh cinsi xəstəliyi olmuşdur. Qeyd etdikləri ilə bağlı iddia ərizəsinə etirazla Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, nikahın pozulmasına heç bir etirazı yoxdur. İddia ərizəsinə etiraz yazmaqda məqsədi nikahın pozulmasının, ailə münasibətlərinin baş tutmamasının əsl səbəbini açıqlamaq olmuşdur. Cavabdeh öz xəstəliyini, mövcud vəziyyəti bildiyi halda ailə münasibətlərinə səhlənkarlıqla yanaşmış onu və ailəsini həm maddi, həm də mənəvi zərərə uğratmışdır. Bütün bunların nəticəsində o və ailəsi mənəvi sarsıntı, fiziki iztirab keçirmişidir. Cavabdeh və onun ailəsi üçün ailə dəyərləri anlayışı demək olar ki yox dərəcəsindədir. Buna görə də, məhkəmə qaydasında ona və ailəsinə vurulmuş maddi (toya və cehizlərə çəkilmiş xərclər) və mənəvi zərərin ödənilməsi məhkəmə qaydasında təmin edilməlidir. Valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları aşağıdakılardan ibarətdir: Termo dəsti-2 vaz, bir güldan-270 manat; 1 ədəd çərəz qabı-40 manat; qazan dəsti(keramika)- 5 qazan, 2 tava-220 man.; qazan tuj 1 dəst- 60 manat; qazan tuj ldəst-30 manat; 1 ədəd tək tava; 1 ədəd tefal balaca qazan; 2 ədəd tefal böyük qazan-550 manat; 1 ədəd güllü tefal qazan; 10 cür kapron qab; 2 ədəd çörək qabı şiişədən-20 manat; 2 ədəd kauçuk çörək qabı; 1 dəst ədviyyat qabı-35 manat; 1 dəst bagema qrafınka dəsti-120 manat; 1 dəst qrafınka dəsti-75 man; 1 dəst şüşə qrafınka dəsti-30 manat; xrustal bakal 6 ədəd-120 manat;6 ədəd ağ qaşlı bakal dəsti-55 man; 6 ədəd viski bakalı; 2 ədəd xrustal vaz-70 manat; 2 ədəd şüşə vaz-20 manat; 1 ədəd ləpə qabı; soba-220 manat; toster-40 manat; şkirəçəkən maşın -80 manat; ət çəkən maşm-75 man; ütü-60 man; tozsoran-190 manat; 1 ədəd stolüstü vaz-60 man; 1 dəst nəlbəki sarı minalı; 1 dəst xrustal nəlbəki; samovar çayniki ilə birlikdə-270 manat; tok çayniki-70 manat; 6 ədəd xurma qabı; 1 ədəd külqabı; 2 ədəd keramika ağ vaz dəst; 2 ədəd qəndqabı dəst-35 man; 2 ədəd keramika suvenir qab-40 man; 2 ədəd keramika suvenir güldan-15 man; 2 ədəd şamdan-35 man; 3 ədəd podnos dəsti-40 man; divar saatı-50 man; 6 ədəd armudu stəkan; xrustal stəkan-24 ədəd; 1 dəst çay servisi; 24 ədəd şüşə boşqab dəsti; 6 ədəd qaşıq dəsti nabor-25 manat; 12 qaşıq, 12 çəngəl, 12 çay qaşığı, 12 bıçaq; 2 ədəd şüşədən şirniyyat qabı; 2 ədəd şüşədən salat qabı; 6 ədəd şüşədən salat qabı; 6 ədəd xurma qabı; 6 ədəd salat qabı; 1 dəst bakal araq stəkanları ilə; 6 ədəd viski bakalı; 12 ədəd tort qaşığı və çəngəli; 1 ədəd tort qabı şüşə dəst-30 manat; 1 ədəd qapaqlı tort qabı;2 ədəd tort kəsən bıçaq; 1 ədəd bıçaq dəsti-45 manat; 1 ədəd qaşıq dəsti-25 manat; 1 dəst tuj saxlama qabı; 2 ədəd konfet qabı; 2 ədəd uzun konfet qabı; 2 ədəd konfet qabı; 24 ədəd salat qabı şüşədən; 6 ədəd mürəbbə qabı şüşə; 6 ədəd şüşə salat qabı; 6 ədəd salat qabı; 6 ədəd keramika mürəbbə qabı; 1 dədə nüksel-37 manat; 2 ədəd soba üçün şüşə qab-12 manat; 2 ədəd çömçə; 2 ədəd kəfkir; 2 yemək qaşığı; 1 ədəd tuj aşsüzən; 1 ədəd dəmir ləyən; 1 dəst servis versace 12 ədəd-320 man; 1 dəst servis 6 ədəd-180 man; 1 dəst mətbəx servisi 12 ədəd-120 manat; Lüstur-600 man; lüstur-180 man; pərdələr-860 man; xalça zal üçün -400 man; xalça yataq-180 man; pakrıval dəsti 2 ədəd 1 tac-500 man, digəri-130 man; çexol prostina-6 dəst; süfrələr-3 dəst-120, 60 və 30 man; məhrəba-14 ədəd; əl dəsmalı-20 ədəd; 12 qab dəsmalı; 4 ədəd yastıq(iki sentefon, ikisi tük), taxt döşəyi; tək döşək; sintefon yorğan; yun qoşa yorğan; adyal pastellə dəst-180 man; adyal pastellə dəst-180 man; tək adyal-60 man; Toy xərci-4480 manat; xınayaxdı- 150 manat; albom-250 manat; çələng-60 manat; üç günlüyə xərclənən pul-500 manat; əlavə xərclər-100 manat, Qızıllar- sep-07 qr; klon-05 qr; üzük cartier təkqaş 2 qr; Chanel üzük. Bu səbəbdən də, “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və əlavə edərək bildirdi ki, nişan mərasimdə və toyda üzərinə taxılmış qızıl-zinət əşyalarından cavabdehin evindən çıxarkən nişan üzüyü, komplekt qızılları özləri ilə götürüb evlərinə gətirmişlər. Özünün yaxın qohumları tərəfindən verilmiş bir ədəd üzük, bir ədəd qızıl sep digər qızıllardan ayrı qabda saxladığından onları götürməmişdir və cavabdehin evində qalmışdır. Cehiz və qızıl–zinət əşyalarının özünü istəmirlər, yalnız onların pulunu istəyirlər. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı vəkili və nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmamışdan əvvəl tibbi müayinədən keçmişlər, əgər cavabdehin bir problemi olsaydı həmin vaxt aşkar olardı. İddia tələbində qeyd olanlarla bağlı iddiaçı sübutlar təqdim etməmişdir. Eyni zamanda iddiaçının maddi zərər kimi toy xərci, cehiz və qızılların dəyəri olan 30000 manat tələbi əsassızdır. Belə ki, onun iddia ərizəsində göstərdiyi cehiz əşyaları cavabdehin evindədir. Qızıl əşyalarını isə cavabdeh özü ilə götürüb aparmışdır. İddiaçı cavabdehin evinə gəlib cehiz əşyalarını istədikləri vaxtda apara bilərlər. Cehiz əşyaları olduğu halda onun pulunu istənilməsi doğru deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, X9, Masazır kəndi, Əliağa Vahid küçəsi- 540 ünvanında qeydiyyatdadır. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından övladları yoxdur. Hazırda cavabdeh nikahın pozulması ilə əlaqədar Ağdam rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı həmin iddia tələbinin verilməsinə əsas kimi cavabdehin cinsi cəhətdən xəstə olması nəticəsində onun mənəvi sarsıntı, iztirablar keçirməsi, məhz ailəsinin bununla əlaqədar dağılması, eyni zamanda qızıl-zinət, cehiz əşyalarının cavabdehdə qalması nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsi ilə göstərmişdir. Məhkməmə iddianın maddi zərər hissəsində qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdə qalmış qızıl-zinət, cehiz əşyalarının 30.000 (otuz min) manat dəyərində müəyyən edilməklə ona ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında isə cavabdeh tərəfi qızıl- zinət əşyalarının onlarda olmadığını, iddiaçı tərəfindən evdən gedərkən aparıldığını, qalan iddia ərizəsində göstərilən cehiz əşyaların evdə olduğunu, iddiaçı tərəfindən istənilən vaxt gəlib götürülməsinə etiraz etmədiklərini bildirmişdir. Göründüyü kimi cavabdeh tərəf cehiz əşyalarının hamısının evdə olduğunu bildirmiş götürülməsinə etiraz etməmişlər. Belə ki, iddiaçı ailə qurarkən özü ilə cavabdehin evinə cehiz əşyaları aparmasına və həmin əşyalar hazırda mövcud olmasına baxmayaraq əşyaları götürmək əvəzinə onun pulunu cavabdehdən tələb etməsi qanunamüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2. maddəsində göstərilir ki, nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qanunvericilik nikaha girənədək və nikahdan sonra ər-arvadın adına olan əmlakın hüquqi rejimi haqqında aydınlıq gətirmiş və orada əmlakın pulu deyil yalnız əmlak göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Hazırda isə iddiaçının tələb etdiyi cehiz əmlakının özü mövcud olduğundan onun dəyəri qiymətlənirilərək təmin edilə bilməz. Eyni zamanda iddiaçı izahatında qızıl-zinət əşyalarından nişan üzüyü və komplekt hissəsini özü ilə götürdüyünü, lakin yaxın qohumları tərəfindən ona verilmiş qızıl üzük və sepin cavabdehin evlərində qaldığını bildirsə də qanunla nəzərdə tutulmuş qaydada iddia tələbinin sübut edilməsi vəzifəsi onun üzərinə düşsə də bu barədə hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddianın mənəvi zərər tələbi ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair˝ xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, ...˝ Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır... .˝ “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 1-ci bəndinə göstərilir ki, ...˝ nasnİ˝ Hüquqlarının və X3 Haqqında Konvensiya˝nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər˝. Həmin Qərarın 2-ci bəndə əsasən ˝Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir˝. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, əsxəŞ˝ mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...˝. Göründüyü kimi həm qanunvericliyin tələblərindən, həm də məhkəmə təcrübəsi və ümumiləşmələrdən, o cümlədən beynəlxalq konvensiyaların tələblərindən də məlum olur ki, şəxsə mənəvi ziyanın vurulması istər onun barəsində yalan və həqiqətə uyğun olmayan məlumatların yayılması ilə onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, istərsə də ona qarşı qanunla qadağan edilmiş hərəkət və ya hərəkətsizliyin törədilməsi ilə mümkündür. Bu zaman şəxs sarsıntı və iztirablar keçirir, onun şüurunda mənfi psixi reaksiyalar formalaşır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin vurulması şəxsin qanunla qorunan əmlak və (və ya) qeyri-əmlak xarakterli hüquqlarının pozulmasına yönələn hərəkət və ya hərəkətsizlikdə ifadə edilməli, bu hərəkət və ya hərəkətsizlik qanuna zidd olmalı və onların nəticəsində şəxs sarsıntı və ya iztirab keçirməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, ...˝ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun...˝. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçı ona vurulmuş ziyan nəticəsində fiziki və mənəvi sarsıntılar keçirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsinin və Ali məhkəmə plenumunun qərarlarındakı mövqeyləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın mənəvi tələb hissəsində iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir ki, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia rədd edildiyindən və eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddianın əsaslığı sübut edilmədiyindən iddia təmin edilməməlidir. İddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar