Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3651/2020 23.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2017 manat maddi ziyana görə, 10.000 manat mənəvi ziyana görə tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdeh 5000 (beş min) manat pul vermişdir. Həmin pulu başqa şəxslərdən ipoteka ilə güzəştli, 4 %-li ev üçün ilkin ödəniş kimi alıb vermişdir. Sonradan Rizvan pulu qaytarılmadığı üçün 4500 (dörd min beş yüz) manat kredit götürərək yoldaşların pulunu qaytarmışdır. Götürdüyü kreditə görə 1282 (min iki yüz səksən iki) manat əlavə pul, faiz ödəmişdir. Bundan başqa, çoxsaylı məktublara 30 (otuz) manat, teleqrama 15 (on beş) manat, onun ona nə üçünsə ödətdirdiyi şübhəli qəbzlərə 60 (altmış) manat MAPS-dan arayış almaq və vəkil xidmətinə görə 50 (əlli) manat dəfələrlə postdan - Beyləqandan - Haramıdan Bakıya gəlib qayıtmaq 200 (iki yüz) manat, hazırki, iddiaya görə 30 manat dövlət rüsumu, həyat yoldaşına sosial yardım düzəltmək adı ilə aldığı 250 (iki yüz əlli) manat, cəmi 7017 manat almaqla ziyan vurmuşdur. Həmin puldan yalnız əlbəəl aldığı 5000 (beş min) manat qaytarılmışdır. Qalan 2017 manat ödənməmiş qalmışdır. Cavabdehin əməlləri ona tək maddi baxımdan deyil, mənəvi baxımdan da ziyan vurmuşdur. Cababdeh ona 10.000 (on min) manat təzminat ödəməlidir. Eyni zamanda yaşlı anası da onun himayəsindədir, anası İ qrup, yoldaşı isə İİ qrup əlildirlər. O, 22 il 6 ay hərbi xidmətdə olmuş, onun çoxlu düşmənlə üz- üzə olan ərazilərdən keçib. 7 il Haramıda, 9 il Tərtərdə qulluq eləmişdir. Tülküdərəsi, Həsənqaya, aprel döyüşlərində iştirak etmişdir. Polisə etdiyi müraciətlərinə rədd cavabları verilmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış qəbzin surətindən görünür ki, o, İddiaçı 5000 (beş min) manat pulu borc şəklində 3 dəfəyə qaytaracaqdır. Qaytardığı birinci müddət noyabr ayının 15-nə kimi 1500 manat olacaq. Qalanını dekabr ayı ərzində 3500 manat qaytarmağa söz verir. -AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr. RPİ ünvanında qeydiyyatdadır. -“xxxx” ASC tərəfindən verilmiş ödəniş qrafikindən görünür ki, İddiaçı illik 25.32% olmaqla 25 ay müddətinə ona verilmiş 4500 manat krediti xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək 240.89 manat (sonuncu ay 242.01 manat) olmaqla ödəməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2782 nömrəli arayışdan görünür ki, xx.xx.1972-ci il tarixdə Ermənistan, Dilijan şəhərində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşliq Vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1. Arvad: Sadıqova Könül Süleyman qızı (xx.xx.1992). 2. Uşaq: X7(xx.xx.2006), X8 (xx.xx.2010), X9 (xx.xx.2017), X4 (xx.xx.2018). xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. -xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərraın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. -“xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 153GTKR4016768AA nömrəli kredit müqavilədən görünür ki, bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 25,32% ödəmək şərtilə 4500 (dörd min beş yüz) manat məbləğində gündəlik tələbat krediti borcalanın mülkiyyətinə verilmişdir. -“xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 393 nömrəli arayışdan görünür ki, İddiaçı “xxxx” ASC-nin Ağcabədi rayon filialından xx.xx.2018-ci il tarixli 153GTKR4016768AA nömrəli 4500 AZN (dörd min beş yüz manat 00 qəpik) məbləğində “Gündəlik tələbat krediti” əldə etmişdir. Hazırda İddiaçı həmin müqavilə üzrə heç bir aktiv öhdəliyi yoxdur. Kredit tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə baxışı zamanı işin araşdırılan hallarından və iddiaçının izahatına əsasən müəyyən edildi ki, İddiaçı Cavabdeh 5000 (beş min) manat pul vermişdir. Həmin pulu başqa şəxslərdən ipoteka ilə güzəştli, 4 %-li ev üçün ilkin ödəniş kimi alıb vermişdir. Sonradan Rizvan pulu qaytarılmadığı üçün 4500 (dörd min beş yüz) manat kredit götürərək yoldaşların pulunu qaytarmışdır. Götürdüyü kreditə görə 1282 (min iki yüz səksən iki) manat əlavə pul, faiz ödəmişdir. Bundan başqa, çoxsaylı məktublara 30 (otuz) manat, teleqrama 15 (on beş) manat, onun ona nə üçünsə ödətdirdiyi şübhəli qəbzlərə 60 (altmış) manat MAPS-dan arayış almaq və vəkil xidmətinə görə 50 (əlli) manat dəfələrlə postdan - Beyləqandan - Haramıdan Bakıya gəlib qayıtmaq 200 (iki yüz) manat, hazırki, iddiaya görə 30 manat dövlət rüsumu, həyat yoldaşına sosial yardım düzəltmək adı ilə aldığı 250 (iki yüz əlli) manat, cəmi 7017 manat almaqla ziyan vurmuşdur. Həmin puldan yalnız əlbəəl aldığı 5000 (beş min) manat qaytarılmışdır. Qalan 2017 manat ödənməmiş qalmışdır. Cavabdehin əməlləri ona tək maddi baxımdan deyil, mənəvi baxımdan da ziyan vurmuşdur. Cababdeh ona 10.000 (on min) manat təzminat ödəməlidir.. Odur ki, hazırda Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2017 manat maddi ziyana görə, 10.000 manat mənəvi ziyana görə tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, məhkəmə baxışında iddiaçının izahatında göstərdikləri, tədqiq edilmiş sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilərkən iddia tələbinin əsaslığı tam sübuta yetirilmir. Belə ki, iddia tələbində 2017 manat maddi ziyanın vurulmasını bankdan götürdüyü kredit faizi ilə əlaqələndirsə də məhz bankdan borcun götürülməsinin başqa bir işlə deyil, hazırkı borcla əlaqədar olduğunu sübut edən hər hansı dəlilləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda çoxsaylı məktublara 30 (otuz) manat, teleqrama 15 (on beş) manat, şübhəli qəbzlərə 60 (altmış) manat MAPS-dan arayış almaq və vəkil xidmətinə görə 50 (əlli) manat, dəfələrlə postdan - Beyləqandan - Haramıdan Bakıya gəlib qayıtmaq 200 (iki yüz) manat, hazırki, iddiaya görə 30 manat dövlət rüsumu, həyat yoldaşına sosial yardım düzəltmək adı ilə aldığı 250 (iki yüz əlli) manat məbləğ barədə zərər çəkdiyini izahatında göstərməsinə baxmayaraq həmin məbləğlər barədə hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də cavabdehin qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl törətməsi sübuta yetirililmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X11 Məhkəməsi "X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X5 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən və cavabdeh iddia ərizəsində rüsum tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə işin araşdırılan hallarını, tədqiq edilən sübutlarları qiymətləndirib və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3651/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3651/2020
23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver