Məhkəmə qərarları › İş №2(012)-368/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-368/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-368/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti Standard İnsurance Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti Standard İnsurance Sığorta Şirkəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1230 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1260 manat pul vəsaitinin LPO ASC Standard İnsurance Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 02:15 radələrində Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə Z.Əliyeva prospektinin kəsişdiyi ərazidə Cavabdeh ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış özünə məxsus X18 SX minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobili hüququ olmadığı halda idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə, X3 məxsus olan Nissan Sunny minik markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobili işıqforda dayandığı yerdə arxadan vurmuş və həmin avtomobilə maddi zərər dəymişdir. Bakı şəhəri X19 İdarəsi tərəfindən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində xx.xx.2019-cu il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında qərar” qəbul olunmuşdur. Qiymətləndirmə aktından görünür ki, X3 məxsus olan Nissan Sunny minik markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1230 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, xx.xx.2019-cu il tarixli, İC AA 4399/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnamədə nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X3 məxsus olan avtomobilə dəymiş zərərə görə xx.xx.2019-cu il tarixdə 1230 manat sığorta ödənişi edilmişdir. Bu səbəbdən də, iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında pul tələbi hüququ yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti Standard İnsurance Sığorta Şirkətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, iddiaçı bütün məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilib işə mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1575/2020 saylı qərardadından görünür ki, Açıq Səhmdar Cəmiyyəti Standard İnsurance Sığorta Şirkətinin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmiş, ləğvetmə komissiyasının sədri X10, ləğvetmə komissiyasının üzvləri X8, X5, X9 olmuşdur. -AC № 983769 saylı xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2017-ci il buraxılışlı X18 SX markalı, ** PK *** qeydiyyat nişanlı avtomobil Azevrocar MMC-nin mülkiyyətindədir. -AD № 329538 saylı xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2008-ci il buraxılışlı Nissan Sunny markalı, ** RP *** qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir. -xx.xx.2018-ci il tarixli ƏN-İV 648650 saylı etibarnamənin surətindən görünür ki, X13 ona məxsus olan Nissan Sunny markalı, ** RP *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini X3 xx.xx.2020-ci il tarixədək etibar etmişdir. -Azevrocar MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X18 SX markalı, ** PK *** qeydiyyat nişanlı avtomobil Cavabdeh xx.xx.2019-cu il tarixədək etibarnaməli idarə edilməsinə verilmişdir. -xx.xx.2019-cu il tarixli İC AA 4399/19 saylı sığorta aktından görünür ki, Standard İnsurance Sığorta Şirkətində PST********** saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 5000 manat dəyərində sığortalanmış Azevrocar MMC-yə məxsus X18 SX markalı, ** PK *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi ilə Z.Əliyeva prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunmuş Nissan Sunny markalı, ** RP *** qeydiyyat nişanlı avtomobilə 1230 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 1230 manat pul vəsaitinin X1 yolu ilə ödənilməsi qərara alınmışdır. -xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Standard İnsurance Sığorta Şirkəti tərəfindən X2 hesabına PST********** saylı sığorta ödənişi olaraq 1230 manat köçürülmüşdür. -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Standard İnsurance Sığorta Şirkətində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək standart müqavilə növündə sığortalanmış Azevrocar MMC-yə məxsus X18 SX markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta haqqı 50 manat, bonus-malus əmsalı 1.0 olmaqla yekun sığorta haqqı 50 manat dəyərində sığortalanmışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı DYPİ bildirir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi ilə Z.Əliyeva prospektinin kəsişməsində toqquşma növündə yolnəqliyyat hadisəsi baş vermiş, Azevrocar MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh tərəfindən idarə olunmuş X18 SX markalı, ** PK *** qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətində olan və etibarnamə əsasında X4 tərəfindən idarə olunmuş Nissan Sunny markalı, ** RP *** minik markalı avtomobillə toqquşmuş və avtomobilə zərər dəymişdir. -İnzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi ilə Z.Əliyeva prospektinin kəsişməsində X18 SX markalı, ** PK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 40 manat dəyərində cərimə olunmuşdur. -Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, Nissan Sunny markalı ** RP *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 1230 manat hesablanmışdır. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, “Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti Standard İnsurance Sığorta Şirkəti” – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2002-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1014, ünvan 1ublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Abbasov X11 rayonu Xırdalan şəhəri məhəllə 27, 2 saylı evin 45 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1276 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Avtoservis Masazır firması tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Nissan Sunny” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1230 manat müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 830 manat; təmir-bərpa işlərinin qiyməti 400 manat müəyyən edilmişdir. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Standard İnsurance Sığorta Şirkətində icbari sığorta növündə sığortalanmış Azevrocar MMC-nin mülkiyyətində olan X18 SX markalı ** PK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən anda Cavabdeh tərəfindən idarə edilən zaman xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi ilə Z.Əliyeva prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 mülkiyyətində olan, hadisə baş verən zaman etibarnamə əsasında X4 tərəfindən idarə olunmuş Nissan Sunny markalı ** RP *** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və sonuncu avtomobilə 1230 manat zərər dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmiş, mülkiyyətçi Azevrocar MMC tərəfindən verilmiş etibarnamənin müddəti isə hadisənin baş verdiyi xx.xx.2019-cu il tarixdən iki gün əvvəl, yəni xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 1230 manat müəyyən edilmişdir ki, iddiaçı ləğv prospesində olan ASC Standard İnsurance Sığorta Şirkəti qeyd olunan sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh yol hərəkət qaydalarını pozması nəticəsində X7 mülkiyyətində olan, hadisə baş verən zaman etibarnamə əsasında X4 tərəfindən idarə olunmuş Nissan Sunny markalı ** RP *** qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə əsasən, inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. İcbari Sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində Nissan Sunny markalı ** RP *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 1230 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edərək 1230 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edir və cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verib qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 1230 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı Ləğv prosesində olan ASC Standard İnsurance Sığorta Şirkətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1230 (min iki yüz otuz) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 1260 (min iki yüz altmış) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı Ləğv prosesində olan ASC Standard İnsurance Sığorta Şirkətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar