Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3703/2020 21.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı X1 Səhmdar Cəmiyyətinin Cavabdeh barəsində subroqasiya tələbinin təmin edilməsi barədə kiçik iddialara dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı X1 Səhmdar Cəmiyyəti Cavabdeh barəsində subroqasiya tələbinin təmin edilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, “VAZ 21043” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 675 (altı yüz yetmiş beş manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 705.40 (yeddi yüz beş manat 40 qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçı X1 Səhmdar Cəmiyyətinin məhkəməyə daxil olmuş kiçik iddialara dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik iddialara dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, kiçik iddialara dair ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-4.1.4-cü maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəməyə ünvanlanmış hazırki ərizədə qeyd olunan zərərin məbləği barədə gələcəkdə tərəflər arasında mübahisə yarana biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı X1 Səhmdar Cəmiyyətinin kiçik iddialara dair ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X1 Səhmdar Cəmiyyətinin Cavabdeh barəsində ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması haqqında kiçik iddialara dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3703/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3703/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver