Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3742/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı gömrük ödənişlərinin, cərimələrin məcburi yığılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Dağıstan Gömrüyü Cavabdeh qarşı gömrük ödənişlərinin, cərimələrin məcburi yığılması tələbinə dair iddiası üzrə mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsi vasitəsi ilə Abşeron rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə hazırlıq iclası Abşeron rayon məhkəməsində xx xxxxxxx 2020-ci il tarixə, saat 10:15-ə təyin edilmiş, cavabdehə mülki işin materiallarında göstərilən ünvanına rəsmi qaydada xəbərnaməli bildiriş göndərilmiş, göndərilən zərfin üzərində cavabdehin qeyd olunanünvanda yaşamaması barədə qeyd aparılaraq sənədlər poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, Kazımov X1, 9-cu mik, 15,33 ünvanında qeydiyyatdadır. Belə olan təqdirdə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə istinad edərək hesab edir ki, İddiaçı Dağıstan Gömrüyü Cavabdeh qarşı gömrük ödənişlərinin, cərimələrin məcburi yığılması tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə məhkəmə işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinin tələbinə görə, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələbinə görə, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 40, 44, 45, 263, 264, 293-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Dağıstan Gömrüyü Cavabdeh qarşı gömrük ödənişlərinin, cərimələrin məcburi yığılması tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 gün ərzində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3742/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3742/2020
06.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver