Məhkəmə qərarları › İş №2(012)-3747/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3747/2021

31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3747/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Abşeron Rayon DYP-nə qarşı «qanunsuzluğun aradan qaldırılması və nəqliyyat vasitəsinin idarə olunması üçün sürücülük vəsiqəsinin bərpa edilməsi» barədə ərizəsini və ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək МÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bu qanunsuzluğun aradan qaldırılması və nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqandır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin müvafiq qurumunun imtinasından inzibati qaydada yuxarı orqana və ya ərazi vahidi üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbayсan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslanmış qərar çıxarır, işə məhkəmə qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Abşeron Rayon DYP-nə qarşı «qanunsuzluğun aradan qaldırılması və nəqliyyat vasitəsinin idarə olunması üçün sürücülük vəsiqəsinin bərpa edilməsi» barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin müvafiq qurumunun imtinasından inzibati qaydada yuxarı orqana və ya ərazi vahidi üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar