Məhkəmə qərarları › İş №2(012)-3756/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3756/2021

27.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3756/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X2 Səfiyeva İddiaçı Eldarova Aybek Natiq qızının cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı, maraqlı şəxs Cavabdeh2 MMC qərarın ləğv edilməsi barədə iddia ərizəsinə 27 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Eldarova Aybek Natiq qızı cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı, maraqlı şəxs Cavabdeh2 MMC qərarın ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 01.03.2021-ci il tarixdə qəbul edilmiş İnzibati qərarın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından onun qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddia ərizəsinin məzmunundan və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçı barəsəində cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsi ilə təqsirli bilinməsinə dair 01.03.2021-ci il tarixdə inzibati qərar qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğvini iddia icraatı qaydasında mübahisələndirir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının hazırkı tələbi iddia icraatı qaydasında məhkəmədə mübahisələndirilə bilməz, inzibati qərardan ümumi qaydada məhkəməyə şikayət vermək olar. Qeyd edilənlərə əsasən , hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı,qeyd edilən qərardan məhkəməyə şikayət vermək hüququ iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Eldarova Aybek Natiq qızının cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı, maraqlı şəxs Cavabdeh2 MMC qərarın ləğv edilməsi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın Həmin qərardan məhkəməyə şikayət vermək hüququ iddiaçıya izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar