Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3773/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı zərərin subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Chevrolet Orlando» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobilə vurulan ziyanın əvəzində Cavabdeh 433,28 manat məbləğində verilmiş sığorta ödənişinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20,40 manat dövlət rüsumunun əvəzinin Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi «xxxxxxxxxx» markalı ** LK *** dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən Sığorta Şirkəti ASC-də kasko sığorta növü ilə sığortalanmış “Chevrolet Orlando» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilə maddi ziyan vurmuşdur. Sonradan məlum olmuşdur ki, Cavabdeh idarə etdiyi avtomobilin icbari sığorta müqaviləsi mğvcud olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nin TYP 113196 saylı inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. Fiziki şəxs X2 (VÖEN: **********) təqdim etdiyi 04 saylı hesab fakturaya uyğun olaraq “Chevrolet Orlando» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobilə 433,28 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 046653 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 433,28 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.Məhkəmə, X1 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki işin materiallarında olan DYPİ-nin YPXA-nin TYP 113196 saylı inzibati xəta haqqında protokolundan və inzibatı tənbeh vermə haqqında qərarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “xxxxxxxxxx» markalı ** LK *** dövlət nömrə nişanlı avtomobillə Hökməli dairəsində hərəkət edərək manevr etmə qaydasını pozaraq hərəkət edən “Chevrolet Orlando» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir. Beləliklə, işin materiallarından göprünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi «xxxxxxxxxx» markalı ** LK *** dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən Sığorta Şirkəti ASC-də kasko sığorta növü ilə sığortalanmış “Chevrolet Orlando» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilə maddi ziyan vurmuşdur. Sonradan məlum olmuşdur ki, Cavabdeh idarə etdiyi avtomobilin icbari sığorta müqaviləsi mğvcud olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nin TYP 113196 saylı inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. Fiziki şəxs X2 (VÖEN: **********) təqdim etdiyi 04 saylı hesab fakturaya uyğun olaraq “Chevrolet Orlando» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobilə 433,28 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 046653 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 433,28 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 926.1-ci maddəsində göstərilmişdir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddəsində göstərilmişdir ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, “xxxxxxxxxx» markalı ** LK *** dövlət nömrə nişanlı avtomobili Cavabdeh xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında idarə etməklə yol nəqliyyat hadisəsi törədərək “Chevrolet Orlando» markalı ** PF *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan vurduğundan, bununla da zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, “xxxxxxxxxx» markalı ** LK *** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququna dair etibarnamə üzrə faktiki sahiblik edən Cavabdeh öhdəsinə qoyulmalı, 433,28 manat məbləğində verilmiş sığorta ödənişinin əvəzi alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməli, bununla da iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 20 manat və bank xidmət haqqı 40 qəpik Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh zərərin əvəzi olaraq 433,28 manat məbləğində pul, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 20.40 qəpik alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3773/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3773/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver