Məhkəmə qərarları › İş №2(012)-378/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-378/2022

20.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-378/2022 20.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X12 Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə) yeməkxana fəaliyyətinin qadağan edilərək dayandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X12 Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə) yeməkxana fəaliyyətinin qadağan edilərək dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanındakı ona məxsus olan mənzilin aşağısındakı qeyriyaşayış sahəsi olan zirzəmidə Cavabdeh işlətdiyi “Kafe Bistro” adlı yeməkxananın fəaliyyətinin dayandırılaraq ona belə fəaliyyətin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 6 nəfərdən ibarət ailə üzvləri ilə birgə 2013-cü ilin yayından başlayaraq ona və oğlu Ruslan Almazova məxsus olan ünvan 2 ünvanındakı 4 otaqlı mənzildə yaşayırlar. Sözügedən bina 3 (üç) mərtəbəli yaşayış evi olub, buradakı mənzillərdə 20-dək ailə yaşayır. Onların mənzillərinin aşağısında yarımzirzəmidə qeyri yaşayış sahəsi olan hissədə “Kafe Bistro” adlı kafe yerləşir. Artıq 1 ildir ki, bu kafe hər gün saat 14:00-dan gecə saat 24:00-dək açıq olur və burada əsasən sosiska, peraşki, araq, pivə satılır və verilir. Bu kafenin yalnız bir işçisi vardır, o həm müdirdir, həm müştərilərə özü qulluq edir, həm də gecələr kafenin içərisində yatıb gecələyir. Kafe kimi fəaliyyət göstərən bu okyektin havalandırma sistemi, izoliyasiyası yoxdur. Bura gələn müştərilər yeyibiçəndən sonra sərxoş olaraq ərazidə həddən artıq səs-küy salırlar, söyüşlər işlədirlər. Ucadan səsləndikləri üçün onların səslərini və sözlərini sakinlər, ailə-uşaqları eşidir. Eləcə də onların mənzilinin otaqlarına bu kafedə bişirilən yeməklərin xoşagəlməz, tənəffüsü çətinləşdirən müxtəlif pis qoxuları, iyi dolur və nəticə etibarı ilə o, bütün ailəsi və sakinlər narahat olur, stress keçirir, səhhətlərinə sonradan qarşısıalınmaz ziyan dəyir. Qeyd olunan səbəblərdən də “Kafe Bistro”nun zərərli fəaliyyətinin qadağan olunaraq dayandırılması üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Çünki o, həmin obyektin bir neçə il bundan əvvəl müxtəlif ərzaq məhsulları satdığını bilirdi və görmüşdür. Bununla əlaqədar həmin mağazanı işlədən hazırki iş üzrə Cavabdeh heç kəs heç bir söz və ya irad bildirməmişdir. Çünki ərazidə heç bir narahatedici hərəkət və söz-söhbət olmamışdır. Lakin təxminən 6-7 aydır ki, bu ərzaq dükanı kafe kimi fəaliyyət göstərməyə başlamış və həmin vaxtdan da onların ailəsinin, sakinlərin narahatçılığı, hüquqları pozulmağa başlamışdır. O, həmin kafeni işlədən Cavabdeh dəfələrlə kafenin fəaliyyətinin dayandırılmasını, mağaza və ya digər bir narahatedici - səs-küysüz, iyi-qoxusu olmayan bir fəaliyyətlə məşğul olmasının vacibliyini bildirməklə sakinlərin səhhətinə ziyan vurmamasını tələb etməsinə baxmayaraq, cavabdeh kimlərinsə himayədarlığı ilə bu zərərli fəaliyyətini davam etdirir. Bununla əlaqədar müxtəlif orqanlara müraciət etsə də, əməli bir tədbir görən olmamış və yoxdur. Onun mənzilində, eləcə də binanın sakinlərinin mənzillərində övladları və nəvələri böyüyür. Bu kafenin zərərli fəaliyyəti, oradan çıxan səs-küy, xoşagəlməz iy-qoxu, hərəkətlər onların narahatçılıq keçirməsinə səbəb olur. Belə hal uşaqlarının psixologiyasına pis təsir edir. Onu da qeyd edir ki, həmin kafenin yerləşdiyi qeyri yaşayış sahəsi-zirzəmi mülkiyyətçi kimi Cavabdeh adına çıxarışla rəsmiləşdirilmişdir. Lakin bu cavabdehə heç də onların səhhətlərinə ziyan vuran zərərli fəaliyyətlə məşğul olmasına əsas vermir. Bu səbəbdən də qonşuluq, insanlıq, haqq-ədalət, adətlər və qanunvericilik baxımından bu kafenin fəaliyyətinin dayandırılmasını, belə zərərli fəaliyyətin cavabdehə qadağan edilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini ədalətli hesab edir. Bunu onun məhkəməyə təqdim etdiyi sənədlər və mövcud qanunvericilik də təsdiq edir. Onu da qeyd edir ki, binanın ilkin texniki tələblərində bu binanın birinci mərtəbəsi restoran fəaliyyəti üçün nəzərdə tutulmamış, bu işlərin görülməsi üçün heç bir sənəd də təqdim olunmamışdır. Ona görə də bütün bu işlərin hansı qanunvericiliyə əsasən aparıldığını, binanın layihəsinə uyğun olub-olmamasının aydınlaşdırılması və fəaliyyətin dayandırılması üçün müxtəlif orqanlara müraciət etməyə məcbur olmuşdur. Yaşadıqları binanın zirzəmisində fəaliyyət göstərən həmin kafenin ona və övladlarına təhlükə mənbəyi olduğu üçün, onların öz mənzillərinə giriş-çıxışlarına və yaşamalarına maneə yaratdığı üçün və binanın texniki və layihə sənədlərində nəzərdə tutulmadığı üçün fəaliyyətinin qadağan edilməsi barədə tələbi təmin edilməlidir. Yaşadıqları binada sonradan fəaliyyətə başlayan kafe Azərbaycan Respublikası Mənzil və Mülki Məcəlləsinin tələblərinə uyğun deyil və çoxmənzilli binanın mülkiyyətçilərinin hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərini kobud surətdə pozaraq özbaşınalıq edir, binanın ilkin layihəsindən kənara çıxır, binanın sakinləri üçün təhlükə mənbəyi yaradır. Göstərilənlərə əsasən yaşadığı ünvan 1 ünvanındakı ona məxsus olan mənzilin aşağısındakı qeyri-yaşayış sahəsi olan zirzəmidə Cavabdeh işlətdiyi “Kafe Bistro” adlı yeməkxananın fəaliyyətinin dayandırılaraq ona belə fəaliyyətin qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında bildirdi ki, işdə sübutlar vardır və həmin sübutlara əsasən ünvan 1 ünvanındakı İddiaçı məxsus olan mənzilin aşağısındakı qeyri-yaşayış sahəsi olan zirzəmidə Cavabdeh işlətdiyi “Kafe Bistro” adlı yeməkxananın fəaliyyətinin dayandırılaraq ona belə fəaliyyətin qadağan olunması zəruridir. Çünki insanın təhlükəsizliyinin və sağlamlığının qorunmasının vacibliyi əsasdır. Həmçinin qeyd edir ki, onlar məhkəməyə 2021-ci ilin sentyabr ayında müraciət etmişlər. Həmin vaxt isə cavabdehə məxsus yeməkxana fəaliyyət göstərmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, dövlət orqanları tərəfindən ona məxsus olan “Kafe Bistro” adlı kafeyə baxış keçirilmiş, heç bir qanunsuz fəaliyyət aşkar olunmamışdır. Yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsi tərəfindən ona məxsus kafedə araşdırma zamanı yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulduğu aşkar edilmiş və bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Ona məxsus kafe Vergilər Nazirliyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən uçota alınmışdır. Həmçinin ona məxsus kafeyə Azərbaycan Respublikasının Qida X1 Məhsulları Sahəsində X2 Dövlət Reyestrindən müvafiq çıxarış verilmişdir. Eləcə də Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyində ona məxsus sözügedən qeyri-yaşayış sahəsinin ictimai iaşə təyinatlı kafe kimi fəaliyyət göstərməsi qeydə alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli monitorinq aktları mövcuddur ki, həmin aktlarda da, səs-küy və iyqoxu ilə bağlı göstəricilərin və kafedən ətrafa yayılan səs-küy səviyyəsinin miqdarının yol verilən hədd norması daxilində olduğu göstərilmişdir. Digər tərəfdən o, kafenin fəaliyyətini 2021-ci ilin yanvar ayından mövcud olan qüsurların aradan qaldırılması məqsədi ilə dayandırmışdır. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarənin müvafiq məktubu və fəaliyyətin dayandırılması barədə bildirişlər vardır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X4 izahatında bildirdi ki, 2016-cı il tarixdən obyektlərdə anti-sanitar şəraitə nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinə verilmişdir. Bu səbəbdən də hazırki mübahisənin təmsil etdiyi təşkilata heç bir aidiyyatı yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İştirak etdiyi məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 idarəsinin X12 şöbəsinin inspektoru işləyən X10 ifadəsində bildirmişdir ki, o, 2014-cü il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətində işləyir. 2018-ci il tarixdən isə sözügedən mübahisəli kafenin yerləşdiyi ərazi üzrə inspektor işləyir. Mübahisə ilə bağlı bildirir ki, daxil olmuş şikayət üzrə qeyd edilən kafeyə baxış keçirilmiş, havalandırma sisteminin düzgün quraşdırılmaması ilə bağlı 2021-ci ilin oktyabr ayında kafenin icarədarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə əsasən 150 manat cərimə edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X12 Xidməti və Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin və Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində istifadədə olan - ha torpaq sahəsində yerləşən 63 nömrəli binanın yarımzirzəmisində 11.8 kv.m ümumi, 11.8 kv.m əsas, - kv.m köməkçi sahədə ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 667 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3, mənzil 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1325 nömrəli reyestr kitabının 120980 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Mənzilin texniki pasportunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı məxsus ünvan 6 saylı evin 1 saylı mənzilinin texniki pasportu tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 13.6 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 3003 nömrəli reyestr kitabının 280367 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Mənzilin texniki pasportunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X7 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin texniki pasportu tərtib edilmişdir. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin tərəfindən verilmiş **********6 saylı vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışın surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh (VÖEN **********) ünvan 3 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmışdır. Təsərrüfat subyektinin (obyektinin) adı: Kafe. Kodu: **********-13001. Uçota alınma tarixi: xx.xx.2007-ci ildir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Cavabdeh verilmiş qeydiyyat nömrəsi 10-Q-05308, qeydiyyat tarixi xx.xx.2022-ci il olan X9 X2 Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, fiziki şəxs Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən faəliyyət istiqaməti ictimai iaşə və xidmət sahəsinin növü 56100 restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər olan kafe qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 15/g nömrəli arayışın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ictimai iaşə təyinatlı kafe kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli monitorinq aktının surətindən görünür ki, ETSN-dən Milli Hidrometeorologiya Xidmətinə daxil olan A-1008 saylı xx.xx.2021-ci il tarixli şikayət müraciətinə əsasən ünvan 8 ünvanının yarımzirzəmisində fəaliyyət göstərən “Bıstro Kafe” adlı iaşə obyektinin ətraf ərazilərində səs-küy və iy-qoxunun təyin edilməsi məqsədi ilə monitorinq keçirilmişdir. Məlum olmuşdur ki, yaranan səs-küy insan faktoru ilə əlaqədardır. Obyektdən ətraf əraziyə yemək qoxusu yayıldığı təyin edilmişdir. Mətbəxdə qaz peçindən istifadə edilmir, vasitələr elektrik enerjisi ilə işləyir. Mətbəxin havalandırılma sistemi binanın girişində arkanın divarına bərkidilmişdir. Ölçmə işi ətraf ərazilərdən PCE- 322A səyyari cihazı vasitəsilə aparılmışdır. Nəticə: 52 dBA təşkil etmişdir. Qeyd: norma-60 dBA-dır. Təyin edilən göstərici ətraf mühit üçün yol verilən hədd norması daxilindədir. ANKAT 7664 M3-04 qaz analizatoru vasitəsilə aparılmışdır. Nəticə: CO-1,8 mghn3 təşkil etmişdir. Qeyd: norma CO-5 mghn3-dir. Göstərici yol verilən hədd norması daxilindədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli monitorinq aktının surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidmətinin 11 saylı RETSİ-dən daxil olan 336/11RETSİ-26 xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, ev 63 ünvanının ətraf ərazilərində səs-küy çirklənməsinin monitorinqi keçirilmişdir. Monitorinqin məqsədi qeyd olunan ünvanda 3 mərtəbəli binanın 1-ci mərtəbə səviyyəsində fəaliyyət göstərən “Bistro” kafesinin fəaliyyəti nəticəsində ətrafa yayılan səs-küy çirklənməsinin tədqiqatından ibarət olmuşdur. Ölçmə işləri sabit hava şəraitində saat 17:36-18:00 radələrində səyyar GM1356 cihazları vasitəsi ilə həyata keçirilmişdir. Bistro kafesinin ətrafa yayılan səs-küy səviyyəsinin miqdarı 56,7 dBA (Norma 60 dBA) təşkil etmiş və yol verilən hədd daxilində olmuşdur. Monitorinqdə bəlli olmuşdur ki, Bistro kafesində səs-küy salan mənbə aşkar olunmamışdır və insan faktoru olduğu müəyyən olunmuşdur. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 093-26216A nömrəli məktubdan görünür ki, B.Məcidov küçəsi 63 ünvanında fəaliyyət göstərən kafenin ictimai asayişi pozması barədə müraciətdə qeyd olunan xüsusatlar tərəflərindən yoxlanılmış, lakin fakt öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xx/xx-00987 nömrəli məktubdan görünür ki, Yasamal rayonu, B.Məcidov küçəsi 63 ünvanında yerləşən “Bistro” kafesində aşkar edilmiş yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə kafenin icarədarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və yanğın təhlükəsizliyi qaydaları haqqında təlimata uyğun təlimatlandırılmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən verilmiş rəydən görünür ki, sahibkar Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, ev 63 ünvanının yarımzirzəmisində fəaliyyət göstərən qida obyektinin fəaliyyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ona verilmiş qeydiyyat nömrəsi 10-Q-05308, qeydiyyat tarixi xx.xx.2022-ci il olan X9 X2 Dövlət Reyestrindən çıxarışda göstərilən restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmət növünə aiddir. xx.xx.2022-ci tarixində Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, ev 63 ünvanının yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahəsində kafe kimi fəaliyyət göstərən qida obyektinə baxış keçirilmiş, qida obyektinin sanitariya norma və qaydalarına, habelə gigiyena normativlərinin tələblərinə uyğun fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Baxış zamanı qida obyektində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 3 noyabr 2020-ci il tarixli, 19 saylı Kollegiya Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”la müəyyən olunmuş normalara riayət olunmadığı müəyyən edilmişdir. Belə ki, müəssisədə texnoloji axın ardıcıllığı prinsiplərinə riayət olunmur. Xammalların qəbulu, müştərilərin qəbulu və işçilərin girişi eyni qapıdan həyata keçirilir. Müəssisədə xammal anbarı ayrılmamışdır (19 saylı KQ, əlavə 5, 2.0-cı bəndin tələblərinə zidd). Müəssisəyə məxsus mətbəx sahəsində müxtəlif növ ət və tərəvəz məhsullarının emalı üçün doğrama lövhələri təmin olunmamışdır. Müxtəlif kateqoriyaya aid məhsulların emalı tamlığı pozulmuş eyni doğrama lövhəsi üzərində aparılır ki, bu da məhsullar arasında çarpaz çirklənməyə şərait yaradır (19 saylı KQ, əlavə 5, 2.0.5-ci bəndin tələblərinə zidd). Qida obyektinin mətbəx sahəsində istifadə olunan qabların, qida məhsullarının və işçilərin əllərini yuması üçün çanaq təmin olunmamışdır. Mətbəx sahəsində yerləşdirilən bir ədəd birgözlü yuma çanağında istifadə olunan qabların, qida məhsullarının və işçilərin əllərini yuması həyata keçirilir. Qeyd edək ki, mətbəx sahəsində istismar olunan yuma çanağının sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxşdir və istifadəyə yararsızdır (19 saylı KQ, Əlavə 5, 2.0.7-ci bəndin tələblərinə zidd). Satış zalında yerləşdirilmiş soyuducu və dondurucuda məhsullar mal qonşuluğu qaydalarına riayət olunmadan yığılaraq saxlanılır. Belə ki, soyuducuda ət və süd məhsullarının, həmçinin konservləşdirilmiş qida məhsullarının, dondurucuda ət məhsullarının, yarımfabrikatlar və süd məhsullarının yanaşı saxlanılması ilə mal qonşuluğu qaydaları pozulur (19 saylı KQ, Əlavə 5, 2.0.1-ci bəndin tələblərinə zidd). Sahibkar şifahi izahatında soyuducu və dondurucuda saxlanılan məhsulların yanvar ayından tədarük olunduğunu bildirdi. Qeyd edək ki, soyuducu və dondurucuda saxlanılan məhsulların üzərində emal tarixi qeyd olunmamışdır (19 saylı KQ, Əlavə 5, 7.1-ci bəndin tələblərinə zidd). Bundan əlavə xammallar müşayiətedici sənədlərlə təmin olunmamışdır (19 saylı KQ, Əlavə 5, 5.1-ci bəndin tələblərinə zidd). Keçirilən baxış zamanı müəssisədə su təminatının daimi olmadığı müəyyən edilmişdir. Qida obyektində daimi su təmin olunmadığından, mətbəxdə su plastik vedrələrə yığılaraq istifadə üçün saxlanılır (19 saylı KQ, Əlavə 5, 11.1-ci bəndin tələblərinə zidd). Müəssisənin mətbəx sahəsində yerləşdirilmiş havalandırma qurğuları işlək vəziyyətdə deyil (19 saylı KQ, Əlavə 5, 1.5-ci bəndin tələblərinə zidd). Döşəmə və divar səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. Həmçinin döşəmənin və divarın səthlərində su keçirməyən, özünə su çəkməyən (qeyri-hopdurucu), yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan, qida məhsullarının hazırlanması, emalı həyata keçirilən qida obyektlərində tətbiqinə icazə verilən (müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunmalıdır) qeyri-toksik inşaat materiallarından istifadə edilməlidir. Tavan (yaxud, tavanın olmadığı yerlərdə damın daxili səthi) və tavanda olan qurğular tozun və çirkin toplanması və kondensatın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerlərinə düşməsinin qarşısını alan formada qurulmalıdır. Qeyd edək ki, müəssisənin ayrı-ayrı sahələrinin divarı yarıya qədər taxta materialla örtülmüşdür. Mətbəx sahəsində yerləşdirilmiş elektrik sobalarının üzərində taxta materialdan sorucu çətir quraşdırılmışır. Satış sahəsi və xidmət zalının tavanı boya və taxta materialla örtülmüş və boyanın tamlığı pozulmuşdur (19 saylı KQ, Əlavə 5, 2.0.1-ci bəndin tələblərinə zidd). Müəssisədə iş prosesində əmələgələn tullantıların toplanması üçün ağzıaçıq plastik vedrələrdən istifadə olunur (19 saylı KQ, Əlavə 5, 7.7-ci bəndin tələblərinə zidd). Baxış zamanı müəssisənin faktiki fəaliyyət göstərmədiyi müşahidə edilmişdir. Araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, ev 63 ünvanında 1 saylı evə baxış keçirilmiş, ictimai iaşə müəssisəsi fəaliyyət göstərmədiyi üçün yaşayış evində xoşagəlməz və tənəffüsü çətinləşdirən qoxu və iyin olması müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, ev 63 ünvanının yarımzirzəmisində fəaliyyət göstərən qida obyektinin qida təhlükəsizliyi qeydiyyatının dayandırılması ilə bağlı xx.xx.2022-ci il tarixli, 01/QN nömrəli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin X9 X2 qida təhlükəsizliyi qeydiyyatının dayandırılması haqqında 04 may 2022ci tarixli, 01 nömrəli qərarından görünür ki, “X9 X2 dövlət reyestri”nə xx.xx.2022-ci il tarixində 10-Q-05308 qeydiyyat nömrəsi ilə daxil edilmiş fiziki şəxs Cavabdeh müvafiq icazəsinin 30 (otuz) gün müddətinə dayandırılması və bu barədə dövlət reyestrində müvafiq qeyd aparılması, fiziki şəxs Cavabdeh müvafiq icazəsinin (qida təhlükəsizliyi qeydiyyatının) dayandırılmasına əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər: 2.1. Müəssisədə xammalların qəbulu, müştərilərin qəbulu və işçilərin girişi üçün qapılar ayrılmalı; 2.2. Müəssisədə xammal anbarı təşkil olunmalı; 2.3. Emal prosesində istifadə üçün kifayət qədər doğrama lövhələri təmin olunmalı və lövhələr təyinatı üzrə markalanmalıdır; 2.4. Mətbəx sahəsində qabların, qida məhsullarının və işçilərin əllərini yuması üçün çanaq yerləşdirilməli, qeyd olunan yuma çanaqlarında mütəmadi təmizlik işləri aparılmalı; 2.5. Məhsulların saxlanılması zamanı mal qonşuluğu qaydalarına riayət olunmalı; 2.6. Emal olunmuş qida məhsullarının üzərində emal tarixi qeyd olunmalı; 2.7. Xammallar müşayiətedici sənədlərlə təmin olunmalı; 2.8. Müəssisədə daimi axar isti və soyuq su təmin olunmalı; 2.9. Müəssisədə normativ sənədlərin tələblərinə uyğun havalandırma sistemi quraşdırılmalı; 2.10. Müəssisənin divar, tavan və döşəməsi normativ sənədlərin tələblərinə uyğunlaşdırılmalı; 2.11. Qida obyektində iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalı və kənarlaşdırılmalıdır. 3. Cavabdeh tərəfindən qida təhlükəsizliyi qeydiyyatının dayandırılmasına əsas verən halların aradan qaldırılması və nəticəsi barədə xx.xx.2022-ci il tarixədək Agentliyin Bakı reqonal bölməsinə yazılı məlumat verilmədiyi təqdirdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1.7-ci maddəsinə əsasən ünvan 9 ünvanında fəaliyyət göstərən ictimai iaşə müəsssisəsinə təqdim olunmuş 10-Q-05308 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli qida təhlükəsizliyi çıxarışının ləğv olunacağı qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 37/A-02157 nömrəli məktubdan görünür ki, Yasamal rayonu, B.Məcidov küçəsi 63 ünvanında yerləşən obyekt fəaliyyət göstərmədiyi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci ərazi X12 İdarəsinin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən “Plandankənar” (növbədənkənar) yoxlama aparılmamışdır. Fəaliyyətin dayandırılmasına dair bildirişlərin və vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin dayandırılması barədə məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Cavabdeh məxsus olan 1000-864612-13001 kodlu təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar; 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir; 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 63 saylı evin 1 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Həmin ünvanda Vergilər Nazirliyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh (VÖEN **********) mübahisəli kafe təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2007-ci il tarixdə uçota alınmışdır. İddiaçı kafedə həddən artıq səs küyün olduğunu, kafedə hazırlanan yeməklərin xoşagəlməz və tənəffüsü çətinləşdirən müxtəlif pis qoxularının onun və ailəsinin səhhətinə qarşıalınmaz ziyan vurduğunu, nəticə etibarı ilə qeyd olunanların onun və ailəsinin narahatçılığını və hüquqlarını pozduğunu bildirərək, cavabdehə məxsus kafenin fəaliyyətinin dayandırılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarından görünür ki, kafe hazırda faktiki fəaliyyət göstərmir və fəaliyyəti dayandırılmışdır. Göründüyü kimi sözügedən mübahisəli kafenin hazırda məhkəmə qətnaməsi ilə fəaliyyətinin dayandırılmasına zərurət aradan qalxmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X12 Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə) yeməkxana fəaliyyətinin qadağan edilərək dayandırılması tələbinə dair iddiası təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X12 Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə) yeməkxana fəaliyyətinin qadağan edilərək dayandırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar