Məhkəmə qərarları › İş №2(012)-381/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-381/2021

10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-381/2021 10.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsinin Cavabdeh qarşı sənədlərin təqdim olunması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsi Cavabdeh qarşı sənədlərin təqdim olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq heç biri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə heç bir məlumat bildirməmişdir. İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev xx.xx.2020-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddiadan imtina etdiyini, cavabdehlə razılığa gəldiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması ilə bağlı ərizəsi təmin olduğundan, Cavabdeh Tağı oğlunun istifadəsində olan Abşeron rayonu Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən “ŞOK” market ticarət obyektinin fəaliyyətinin dayandırılması barədə iş üzrə iddianın təmin tədbiri kimi qəbul edilən Abşeron Rayon Məhkəməsinin 2(012)-3299/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayevin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsinin Cavabdeh qarşı sənədlərin təqdim olunması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Abşeron Rayon Məhkəməsinin 2(012)-3299/2020 saylı, xx.xx.2020-ci il tarixli iddianın təmini tədbiri barədə qərardadı ləğv edilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar