Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3824/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-yə və “Azəriqaz” İB-yə qarşı “qaz və elektrik sayğaclarının yenidən bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-yə və “Azəriqaz” İB-yə qarşı “qaz və elektrik sayğaclarının yenidən bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, torpaq sahəsi cavabdehin adına olsa da, ev sənədsizdir. Asan kommunala müraciət etsə də, ona köməklik edilməmişdir. Odur ki, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azəriqaz” İB-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının yaşadığı evdəki sayğac “Azəriqaz” İByə məxsusdur və cavabdeh “Azəriqaz” İB-dən xəbərsiz sayğacı söküb apara bilməz. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman bir adamın adına ev olduğu aşkar edilmişdir. Həmçinin bir ünvanda 2 fərqli qaz sayğacı quraşdırıla bilməz. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-yə və “Azəriqaz” İB-yə qarşı “qaz və elektrik sayğaclarının yenidən bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3824/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3824/2021
21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver