Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3958/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxx» ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsiilə məhkəməyə müraciət edərək, “X1” markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 244.26 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC- yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxx» ASC iddia ərizəsində bildirmişdir ki, “Vaz 21154” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ ********** nömrəli şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə saat 08:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə “Vaz 21154” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən sərnişin düşürmək üçün dayanmış “X1” markalı, 99- JX-231 dövlət qeydiyyat nişanlı avtomobilə vuraraq avtonəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır, hadisə nəticəsində “X1” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 244.26 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN Yasamal RPİ- nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta* haqqında İXP ******* nömrəli Protokol tərtib olunmuş, TP 577946 nömrəli X2 haqqında qərarla 100 manat cərimələnmişdir. “X1” markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “xxxxxxx” MMC tərəfindən 244.26 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən avtomobilə dəymiş zərər 244.26 manat məbləğində pul vəsaiti zərərçəkənin bank hesabına ödənilmişdir. Yaranmış subroqasiya hüququnun keçməsi nəticəsində ödənilmiş 244.26 manat məbləğində vəsait İddiaçı ASC tərəfindən “xxxxxxxxxxxx” ASC- nin bank hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən iddiaçı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan PAZ ********** nömrəli avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, “Vaz 21154” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2018-ci il tarixli, TP 577946 saylı X2 Qərarından görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 1263/CML-0822/2018-2019 saylı sığorta aktından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə saat 08:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə “Vaz 21154” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən sərnişin düşürmək üçün dayanmış “X1” markalı, 99- JX-231 dövlət qeydiyyat nişanlı avtomobilə vuraraq avtonəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır, hadisə nəticəsində “X1” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 244.26 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, NO 001AZ**********9 nömrəli ödəniş tapşırığından görünür ki, ““xxxxxxxxxxxx” ASC tərəfindən avtomobilə dəymiş zərər 244.26 manat məbləğində pul vəsaiti zərərçəkənin bank hesabına ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında Qanunun” 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında Qanunun” 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının “İcbari Sığortalar Haqqında Qanunun” 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. “X1” markalı, **-JX-*** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 244.26 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC- yə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3958/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3958/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver