Məhkəmə qərarları › İş №2(012)-3961/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3961/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3961/2023 23.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 Nuhu oğlunun və onun nümayəndəsi X4, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Nuhu oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı mülkiyyət hüquqlarının bərqərar edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Nuhu oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı mülkiyyət hüquqlarının bərqərar edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt edilmiş mülkiyyət hüququnun bərqərar edilməsi, Cavabdeh1 tərəfindən mənzilinin verilməsi, bağlanmış müqavilə üzrə ona aid olan mənzili zəbt etmiş Cavabdeh2 Nuhu oğlunun mülkiyyətindən çıxarılması, evində Cavabdeh1 satış meneceri Xəzərlə birlikdə 65.000 manat alıb müqavilə bağlamış Cavabdeh3 və Cavabdeh4 məsuliyyət məsələsinin həll edilməsi, Cavabdeh1 ilə aralarında bağlanmış müqavilə hüququ və xüsusi mülkiyyətçi hüququnun tanınması üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 direktoru X2 ilə aralarında bağlanmış 24 iyun 2019-cu il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının “C” girişinin 10-cu mərtəbəsində 49 nömrəli 3 otaqdan ibarət 125,78 kv.m ümumi sahəsi olan mənzilin dəyəri 65.000 (altmış beş min) manat məbləğində qiymətləndirilməklə İddiaçı satılmışdır. 24 iyun 2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 65.000 (altmış beş min) manat ödəyib aldığı mülkiyyəti xəbəri və razılığı olmadan sonradan müəyyən etdiyi Cavabdeh2 Nuhu oğlu tərəfindən qapısı sındırılaraq içəri daxil olunmuş, mülkiyyətini və əşyalarını zəbt etmişdir. Cavabdeh2 bu cür qanundankənar əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına etdiyi şikayətlər bu günə kimi nəticəsiz və cavabsız qalmışdır. İddiaçı cavabdehlərdən Cavabdeh3 ilə uzun illərin tanışıdır və ona olan inamdan dolayı mübahisələndirilən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21, C giriş, 10cu mərtəbə, 49 nömrəli, 125,78 kv.m-dən ibarət mənzili 65.000 manat pulu ona ödəyərək almışdır. Eyni zamanda hazırda məhkəməyə saxta sənəd təqdim etmiş BaCavabdeh2 Nuhu oğlunun 11 aprel 2017-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin hakiminə etmiş olduğu müraciətdə deyilir: - “Yazıb bildirir ki, qardaşı X5 və onun qızı X3 Cavabdeh1nə qarşı onun adından verilmiş iddia ərizəsindən xəbəri olmadığından həmin tələb üzrə iddia ərizəsini qəbul etmir. Odur ki, Xanlar Cəfərovdan heç bir tələbi yoxdur. Belə ki, həmin mənzillərə görə onun qardaşı Elxan və onun qızı Röya heç bir məbləğ ödəməmiş, yalnız ödənişə söz vermişlər, mövcud mənzil üzrə heç bir ödəniş etməmişlər.” bildirmişdir. 24 iyun 2019-cu ildə Cavabdeh3 onun və ailə üzvlərinin ona inam və etibardan dolayı istifadə edərək ondan aldığı 65.000 manat pulu borclu olduğu Cavabdeh1nə ödəmişdir. Çünki 24 iyun 2019-cu ildə Cavabdeh1 ilə arasında müqavilə bağlanışı onun evində Cavabdeh3 və Cavabdeh1 satış meneceri Xəzərin iştirakı ilə baş tutmuşdur. O, Cavabdeh2lə dəfələrlə mülkiyyətindən çıxması üzrə danışıqları zamanı o çıxacağını vəd etsə də, sonradan müxtəlif bəhanələrlə, o cümlədən Cavabdeh1 ona borclu olduğu kimi ifadələrlə bu günə kimi onu aldada bilmişdir. Cavabdehlərin qanundan kənar əməllərindən asılı olmayaraq mülkiyyət dövlət tərəfindən tanınan və qorunan hüquq kimi əsas qanun hesab etdikləri konstitusiyanın müddəalarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən İddiaçı mənzilinin verilməsi, bağlanmış müqavilə üzrə iddiaçıya aid olan mənzili zəbt etmiş Cavabdeh2 Nuhu oğlunun mülkiyyətindən çıxarılması, evində Cavabdeh1 satış meneceri Xəzərlə birlikdə 65.000 manat alıb müqavilə bağlamış Cavabdeh3 və Xəzər Məmmədovun məsuliyyət məsələsinin həll edilməsi, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış müqavilə hüququ və xüsusi mülkiyyətçi hüququnun tanınması üzrə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, iki il yarımdır ki, o, mənzilsiz qalmışdır. Cavabdeh1ndən aldığı mənzilin ona verilməsini istəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, həqiqətən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında mənzil alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Lakin həmin dövrdə mənzil iddiaçıya Sumqayıt Apellyasiya Məhkəməsində sözügedən mənzilə dair yekun məhkəmə aktı çıxarılmadan təhvil verilmişdir. Hazırda Bakı şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bina ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. Həmin mübahisə yekunlaşan kimi iddiaçının tələbi təmin ediləcəkdir. Belə ki, iddiaçı ilə yanaşı üç qazinin də şikayəti vardır. İlkin olaraq iddiaçı və həmin qaziların vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. Çünki iddiaçı mənzilə dair pul ödəmiş və nəticə etibarı ilə ona ziyan dəymişdir. İddiaçıya dəymiş ziyan ödənilməlidir. Lakin bununla bağlı vaxta ehtiyac vardır. İddiaçı razılaşsa məsələ ilə bağlı aralarında razılaşmada bağlana bilər. Verilmiş suallara cavabında qeyd edir ki, ilkin olaraq iddiaçı da daxil olmaqla ümumilikdə 5 nəfər şəxsə dəymiş ziyanın ödənilməsi nəzərdə tutulmuşdur. Keçən ilin noyabr ayından bu günə kimi ümumilikdə 3623 kv.m sahənin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması ilə bağlı tədbirlər həyata keçirmişdir. Hazırda həmin iş qiymətləndirmə mərhələsindədir. Belə ki, pul və ya hansı kv.m-də sahənin qaytarılması ilə bağlı işlər aparılır. Nəticə etibarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mənzil və ya qeyri-yaşayış sahəsi, ya da pul məbləği veriləcəkdir. İddiaçıya satılmış mənzilin bundan əvvəl başqa şəxsə satılması barədə məsələdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət ediləndə xəbər tutmuşdur. Əvvəl "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Xanlar Cəfərov olmuşdur. Həmin vaxtı Cavabdeh2 Nuhu oğlu ilə hazırki mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia təmin olmuş və mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Sözügedən məhkəmə mübahisəsi 2016-cı il tarixdə olmuşdur. Daha sonra Abşeron Rayon Məhkəməsinin qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı ilə mənzili ilkin olaraq almış Cavabdeh2 Nuhu oğlunun hazırki mübahisəli mənzilə hüququ tanınmışdır. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 Nuhu oğlunun nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə hazırki mübahisəli mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 Nuhu oğlu arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəmsinin həmin qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Lakin apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi isə kassasiya şikayətlərini təmin edərək Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etmiş və yenidən apellyasiya məhkəməsinin baxışına qaytarmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi isə öz növbəsində apellyasiya şikayətini Cavabdeh2 münasibətdə təmin etmişdir. Məhkəməyə kifayət qədər sübutlar təqdim etmişlər. Belə ki, qeyd olunan qətnamələri və qərarı məhkəməyə təqdim etmişlər. Hazırki iddia Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 Nuhu oğlu arasında sözügedən mənzilə dair bağlanmış 23 may 2014-cü il tarixli ilkin alqı-satqı müqaviləsi, maliyyə arayışı və ödəniş qəbzi mövcuddur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 Nuhu oğlu iddianı qəbul etməyərək nümayəndəsi X4 izahatına əlavəsinin olmadığını bildirdi. Verilmiş suallara cavabında isə qeyd edir ki, o, mübahisəli mənzilinin İddiaçı məxsus olması barədə polis idarəsində hər hansı bir izahat verməmişdir, bu yalandır. Sumqayıt Apellyasiya Məhkəməsinin hakiminin adına ünvanlandığı ərizəni isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri 9-cu mikrorayon ərazisində yerləşən ofisində cəmiyyətin direktoru Xanlar Cəfərovun təkidi ilə məcburiyyət qarşısında qalaraq yazmışdır. Həmin dövrdə Xanlar Cəfərov qardaşı Elxanı həbs etdirdiyini, onu da həbs etdirəcəyini bildirdiyindən həmin ərizəni yazmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, onun hazırki mübahisə ilə bağlı gedən proseslərdən xəbəri vardır. Belə ki, Cavabdeh2 Nuhu oğlu heç bir şikayətinin və tələbinin olmaması barədə ərizəni şəxsən yazaraq Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Mübahisəli mənzilin qapısının qırılması ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Polis İdarəsinin Təhqiqat bölməsi araşdırma nəticəsində Cavabdeh2 sözügedən mənzilin qapısını qırmaqda səhv etməsi qənaətinə gəlmişdir. Cavabdeh2 polis idarəsində də sözügedən mənzilə dair ödəniş etməməsini təsdiq etmişdir. Sadəcə Cavabdeh2lə Xanlar Cəfərov arasında 10.000-12.000 manat məbləğində evin təmiri ilə bağlı pul məsələsi olduğunu eşitmişdir. Aralarındakı pul məsələsi ilə bağlı Xanlar Cəfərov mənzilə dair alqı-satqı müqaviləsi yazaraq Cavabdeh2 vermişdir. Xanlar Cəfərov müqaviləni Cavabdeh2 mənzilin dəyərini sonra ödəmək şərti ilə vermişdir. Əks təqdirdə isə mənzilin ona aid olmayacağını X10 Babayevə bildirmişdir. Qeyd olunan məsələ ilə bağlı Cavabdeh4lə birlikdə Xanlar Cəfərovun yanına da getmişdir. Həmin vaxtı Xanlar Cəfərov onlara Cavabdeh2 mənzillə bağlı hər hansı məbləğ ödəmədiyini onlara bildirmişdir. İddiaçı 65.000 manat pul vəsaitini Xanlar Cəfərova ödəməklə mənzilə dair alqı-satqı müqaviləsini götürməklə geri qayıtmışlar. Onda olan məlumata görə danışıqlar zamanı Cavabdeh2 mübahisəli mənzilə dair özünün pul ödəmədiyini bildirmişdir. Mübahisəli mənzil İddiaçı məxsusdur. Çünki iddiaçı pulunu ödəyərək mənzili almışdır. Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri bu və ya digər formada məsələni həll etməlidir. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh4 faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 Nuhu oğlu arasında bağlanmış 23 may 2014-cü il tarixli mənzil alqı-satqı haqqında müqavilənin surətindən görünür ki, “MMC” Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının “C” giriş, 10-cu mərtəbəsində 49 №-li, 3 otaqlı, ümumi sahəsi 125,78 kv.m olan mənzili 62.890 manata “Alıcı”ya satmağı, “Alıcı” isə müqavilə bağlanılan günü ümumi dəyərini tam ödəməklə mənzili almağı öz öhdəsinə götürür. 23 may 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında C girişi, 10-cu mərtəbədə ümumi sahəsi 125.78 kv.m olan 49 saylı mənzilin ümumi dəyəri 62.890 manat məbləği alıcı Cavabdeh2 Nuhu oğlu tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur. 23 may 2014-cü il tarixli kassa mədaxil orderin qəbzindən görünür ki, Cavabdeh2 Nuhu oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına 62.890 manat məbləğində pul ödəmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 24 iyun 2019-cu il tarixli mənzil alqı-satqı haqqında müqavilənin surətindən görünür ki, “MMC” ünvan 5 ünvanında yerləşən, tikintidə olan yaşayış binasının C giriş, 10-cu mərtəbəsində 49 №-li, 3 otaqlı, ümumi sahəsi 125,78 kv.m olan mənzili 65.000 manata “Alıcı”ya satmağı, “Alıcı” isə müqavilə bağlanılan günü ümumi dəyərini tam ödənişlə ödəməklə mənzili almağı öz öhdəsinə götürür. 24 iyun 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında C girişi, 10-cu mərtəbədə 49 №-li 125.78 kv.m-dən ibarət olan mənzilin ümumi dəyəri 65.000 manat məbləği alıcı İddiaçı tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur. Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2 Nuhu oğluna və X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız olunması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 MMC ilə X7 arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “A” girişi, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 129.13 kv.m olan, 3 otaqdan ibarət 33 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh1 MMC ilə Cavabdeh2 Nuhu oğlu arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki, sahəsi 125,78 kvm olan, 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(105)-2423/2020 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsindən Cavabdeh2anın verdiyi apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cu il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi, iddiaçı Cavabdeh1 MMC-nin Cavabdeh2 Nuhu oğluna qarşı ünvan 4-ci məhəllədə inşa olunan binanın «S» girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kv.m olan 3 otaqdan ibarət 49 saylı mənzilə dair bağlanmış 23 may 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublkası Ali Məhkəməsi Mülki kollegiyasının 05 may 2021-ci il tarixli, 2(102)-3169/2021 qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən göründüyü kimi, mübahisə predmetini İddiaçı ilə Cavabdeh1 arasında ünvan 6 ünvanında yerləşən, tikintidə olan yaşayış binasının C girişi, 10-cu mərtəbəsində ümumi sahəsi 125.78 kv.m olan 3 otaqlı 49 nömrəli mənzilə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə mənzilin təhvil verilməsi təşkil edir. İş materiallarına əlavə olunmuş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(105)-2423/2020 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cu il tarixli, 2(012)- 4696/2016 saylı qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi, iddiaçı Cavabdeh1 MMC-nin Cavabdeh2 Nuhu oğluna qarşı ünvan 4-ci məhəllədə inşa olunan binanın «S» girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kv.m olan 3 otaqdan ibarət 49 saylı mənzilə dair bağlanmış 23 may 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 may 2021-ci il tarixli, 2(102)-3169/2021 qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 Nuhu oğlu arasında bağlanmış 23 may 2014-cü il tarixli Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının “C” giriş, 10-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 125,78 kv.m olan 49 №-li mənzilə dair alqı-satqı haqqında müqavilə qüvvədədir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan qətnamə hazırki mübahisə üçün preyudisial əhəmiyyətə malikdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi “zəbt edilmiş mülkiyyət hüququnun bərqərar edilməsi, Cavabdeh1 tərəfindən mənzilinin verilməsi, bağlanmış müqavilə üzrə ona aid olan mənzili zəbt etmiş Cavabdeh2 Nuhu oğlunun mülkiyyətindən çıxarılması, Cavabdeh1 ilə aralarında bağlanmış müqavilə hüququ və xüsusi mülkiyyətçi hüququnun tanınması üzrə qətnamə çıxarılması” hissəsində əsassızdır. İddia tələbinin “İddiaçı evində Cavabdeh1 satış meneceri Xəzərlə birlikdə 65.000 manat alıb müqavilə bağlamış Cavabdeh3 və Cavabdeh4 məsuliyyət məsələsinin həll edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, qeyd olunan cavabdehlərin əməllərində cinayət tərkibinin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Nuhu oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı mülkiyyət hüquqlarının bərqərar edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Nuhu oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı mülkiyyət hüquqlarının bərqərar edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar