Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4081/2021 10.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin torpaq sahəsi və həmin torpaq sahəsində olan Əmlak kompleksinin cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qarşı torpaq sahəsi və Əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlər və onların ailə üzvlərinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsi məhkəməyə təqdim olunandan bir müddət sonra cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 (Məryəm Şəfiyeva) və Cavabdeh3 öz ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı Mənzil Tikinti Kooperativinə məxsus Əmlak kompleksini könüllü olaraq boşaltdıqlarından, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksinin cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı MTK 06.07.2015-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçərək «**********» nömrəli VÖEN əldə etmişdir və hazırda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada fəaliyyətini həyata keçirir. ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksi mülkiyyət hüququ ilə İddiaçı MTK-ya məxsusdur. Əmlak kompleksi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 17.02.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Cavabdehlər və onların ailə üzvləri Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmalarına baxmayaraq MTK-ya məxsus Əmlak kompleksindən çıxmırlar. Belə ki, dəfələrlə cavabdehlərə xəbərdarlıq edilərək əmlakı könüllü şəkildə boşaltmaları tələb olunsa da, onlar müxtəlif bəhanələrlə bundan imtina edirlər. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətə Komitənin Repatriasiya Departamentindən 12.04.2021-ci il tarixli cavab məktubu göndərilmiş və həmin məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi kimi müəssisənin ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin ağır mənzil-məişət şəraiti nəzərə alınaraq Komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşlar və həmin məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq onlar əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər. Həmçinin Komitə tərəfindən Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl Rayon İcra Hakimiyyətlərinə müraciət edilərək həmin məcburi köçkün ailələri mənzillə təmin olunduqlarına görə adlarının kommunal güzəşt siyahısından çıxarılması qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehlər dövlət tərəfindən mənzillərlə təmin olunmasına baxmayaraq əsassız bəhanələr gətirərək MTK-ya məxsus Əmlak kompleksini tərk etmirlər. Onların bu cür hərəkətlər etməsinin səbəbi isə "xxxx" statusundan istifadə edərək MTK-nın hesabına əsassız olaraq varlanmaq niyyətləridir. Cavabdehlərin MTK-ya məxsus Əmlak kompleksini boşaldaraq oradan çıxmamaları MTK-ya külli miqdarda ziyanın dəyməsi ilə nəticələnəcəkdir. Bələ ki, MTK fəaliyyət istiqamətinə uyğun olaraq hündürmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir. Həmin Əmlak kompleksini də külli miqdarda vəsait ödəyərək almışdır ki, orada hündürmərtəbəli yaşayış binaları inşa edərək dövlətin iqtisadi siyasətinə töhvə verməklə yanaşı, həmçinin öz fəaliyyətini davam etdirib müəyyən gəlirlər əldə etsin. Lakin cavabdehlərin özbaşınalıqları səbəbindən MTK öz fəaliyyətini davam etdirə bilməyərək iflic vəziyyətə düşmüşdür. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi X4 bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi kimi müəssisənin ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin ağır mənzil-məişət şəraiti nəzərə alınaraq Komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşlar və həmin məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq onlar əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər. İddia ərizəsi məhkəməyə təqdim olunandan bir müddət sonra cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 (Məryəm Şəfiyeva) və Cavabdeh3 öz ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı Mənzil Tikinti Kooperativinə məxsus Əmlak kompleksini könüllü olaraq boşaltmışdırlar. Qalan 6 məcburi köçkün ailəsi köçməkdən əsassız olaraq imtina edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən İddiaçı MTK-ya ünvanlanmış 12.04.2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 518 ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisənin (Köhnə Satatistika İdarəsinin İnzibati binası) ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9) ağır mənzil-məişət şəraiti nəzərə alınaraq Komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşdur. Həmin məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq onlar əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər. - Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən verilmiş Köçürülmə vərəqələrindən görünür ki, Bakı-X9 3 bina 29 mənzil 54 ünvanında yerləşən 2 otaqlı mənzilə Cavabdeh8, Cavabdeh14, Cavabdeh15, Bakı-X9 3 bina 35 mənzil 120 ünvanında yerləşən 4 otaqlı mənzilə Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Bakı-X9 3 bina 26 mənzil 103 ünvanında yerləşən 2 otaqlı mənzilə Cavabdeh7, Cavabdeh13, Bakı-X9 3 bina 25 mənzil 18 ünvanında yerləşən 2 otaqlı mənzilə Cavabdeh9, Cavabdeh11, Bakı-X9 3 bina 26 mənzil 106 ünvanında yerləşən 2 otaqlı mənzilə Cavabdeh4, Cavabdeh12, X2, X3, Bakı- X9 3 bina 28 mənzil 51 ünvanında yerləşən 2 otaqlı mənzilə Cavabdeh6, Cavabdeh10 köçürülmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksi mülkiyyət hüququ ilə İddiaçı MTK-ya məxsusdur. Əmlak kompleksi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 17.02.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. Cavabdehlər və onların ailə üzvləri Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmalarına baxmayaraq MTK-ya məxsus Əmlak kompleksindən çıxmırlar. Ona görə də iddiaçı mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və onların ailə üzvlərinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndlərinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin araşdırılan hallarından, iddiaçının vəkili və nümayəndəsinin izahatından, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən İddiaçı MTK-ya ünvanlanmış 12.04.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 518 ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisənin (Köhnə Satatistika İdarəsinin İnzibati binası) ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin ağır mənzil-məişət şəraiti nəzərə alınaraq Komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşdur. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və onların ailə üzvlərinə yeni mənzillər verilməsinə baxmayaraq həmin məcburi köçkün ailələri əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər. Bununla da mülkiyyətçinin iradəsi əleyhinə olaraq mübahisəli Əmlak kompleksində yaşamağa davam etmişlər. Bu isə Əmlak kompleksinin mülkiyyətçisinin Əmlak kompleksinə dair istifadə, sahiblik və mülkiyyət hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə qiymətləndirib, qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, məhkəmə araşdırması zamanı tam sübuta yetirildi ki, cavabdehlər iddiaçıya məxsus Əmlak kompleksinə onun iradəsi əleyhinə qanunsuz olaraq daxil olmuş və beləliklə, iddiaçının Əmlak kompleksinə dair mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə də iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksi cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksi cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4081/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4081/2021
10.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver