Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-1023/2025 16.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun icarəsində və istifadəsində olan, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 hektar torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 3110/2025 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Ruslan Mirzəliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi Cavabdeh İddiaçı Nizami oğlunun icarəsində və istifadəsində olan, Abşeron rayonu, Ramana sürücülük sovxozu ərazisində yerləşən 0.03 hektar torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması ilə bağlı olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müstəsna aidiyyət məsələsini tənzimləyən 39-cu maddəsinin təsir dairəsinə düşdüyünü, mübahisə predmetinin isə Abşeron rayonunun inzibati ərazi hüdudlarında yerləşdiyini nəzərə alaraq, hesab edir ki, hazırkı mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4087/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması tələbinə dair e-2(012)-4087/2025 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Mirnəsir Mirhəsənli) Məhkəmə qeyd etmişdir ki, hazırki tələb Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla üzərində iddiaçının icarə hüquqları qeydiyyata alınmış, Bakı şəhəri Sabunçu rayonu inzibati ərazisində yerləşən (Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisi ünvanında) 0.03 hektar torpaq sahəsində və torpaq sahəsi üzərində yerləşən evdən cavabdehin çıxarılması barədədir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə mübahisəli torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. İşdə olan Abşeron Rayon icra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-29/2- 1585/2025 saylı məktubundan görünür ki, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışla fiziki şəxs Cavabdeh icarəsində olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi inzibati cəhətdən Bakı şəhəri Sabunçu rayonu inzibati ərazisində yerləşir. Beləliklə, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisi ünvanında yerləşən 0.03 hektar torpaq sahəsi, müvafiq olaraq üzərində yerləşən ev Bakı şəhəri Sabunçu rayonu inzibati ərazisində yerləşdiyindən Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 36.11, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(105)-1023/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(105)-1023/2025
16.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver