Məhkəmə qərarları › İş №2(012)-4133/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4133/2021

25.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4133/2021 25.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı İddiaçı QİZİ Cavabdeh qarşı torpaq vergisinə dair qəbzlərin qeydiyyatdan keçməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı QİZİ Cavabdehoğluna qarşı torpaq vergisinə dair qəbzlərin qeydiyyatdan keçməsi və s. tələbinə dair digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masazır qəsəbəsi AŞAbbasov küçəsi 14 və 5sot torpaq sahəsinə görə 2006cı ildən 2018-ci ilədək torpaq vergisinə dair qəbzlərin Masazır Bələdiyyəsində qeydiyyatdan keçib -keçməməsi və bələdiyyənin hesabına pul vəsaitinin ödənilməsi barədə qətnamə\ qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırkı tələbə ümumi məhkəmədə baxılmalı deyil, ərizəçi bu əsasda müvafiq bələdiyyəyə müraciət etməli, narazı qaldıqda onun hərəkətindən inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı İddiaçı QİZİ digər tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar