Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4176/2023 14.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi və üzərindəki tikiliyə olan hüquqların itirilmiş hesab edilməsi, torpaq sahəsi və üzərindəki tikiliyə müqavilə üzrə olan hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi və üzərindəki tikiliyə olan hüquqların itirilmiş hesab edilməsi, torpaq sahəsi və üzərindəki tikiliyə müqavilə üzrə olan hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xocasən Bələdiyyəsinin xx.xx.2004cü il tarixli 112 saylı qərarı ilə ayrılmış 200 m2 torpaq sahəsinə və üzərindəki tikiliyə olan hüquqlarının itirilmiş hesab edilməsi, onun həmin torpaq sahəsinə və üzərindəki tikiliyə müqavilə üzrə nəzərdə tutulan hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən «torpaq sahəsi və üzərindəki tikiliyə olan hüquqların itirilmiş hesab edilməsi, torpaq sahəsi və üzərindəki tikiliyə müqavilə üzrə olan hüquqlarının tanınması» barədə tələb AR MPM-in 39-cu maddənin təsiri altına düşdüyündən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, cavabdehin hüquqlarının itirilmiş hesab edilməsi və iddiaçının müqavilə üzrə nəzərdə tutulan hüquqlarının tanınması tələb edilən torpaq sahəsi və üzərindəki tikili Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə ərazisində yerləşir və iş materiallarında olan Bakı Şəhər 26 saylı Notariat Kontorunda bağlanmış 20 fevral 2018-ci il tarixli ilkin müqaviləyədən göründüyü kimi Cavabdeh Elxan oğlu Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin 112 nömrəli, xx.xx.2004-cü il tarixli qərarından çıxarışa əsasən, Bakı şəhəri, Xocasən dairəsinin ərazisində yerləşən 200 kv.mdən ibarət torpaq sahəsini İddiaçı satmışdır. AR MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsФsən hesab edir ki, hazırki iddia ərizəsinə daşınmaz əmlakın olduğu ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi və üzərindəki tikiliyə olan hüquqların itirilmiş hesab edilməsi, torpaq sahəsi və üzərindəki tikiliyə müqavilə üzrə olan hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4176/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4176/2023
14.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver