Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4212/2022 14.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə çıxarışın verilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilmiş 7 mərtəbəli, 240 saylı binadan 3 otaqdan ibarət 108,9 kv.metr olan 1 saylı mənzilə dair çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153.2.1 maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia tələbində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilmiş 7 mərtəbəli, 240 saylı binadan 3 otaqdan ibarət 108,9 kv.metr olan 1 saylı mənzilə dair çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ki, hansı ki, cavabdeh belə bir səlahiyyətə malik deyildir. İddiaçı çıxarışın verilməsinə əsas olan sənədlərin ona verilməsini cavabdehdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bundan başqa, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən dövlət rüsumu da ödənilməmişdir.Bu barədə işdə sənəd yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4212/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4212/2022
14.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver