Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4223/2022 14.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat Ofisinə və "xxxx" ASC-nin Zaqatala filialına qarşı icra qeydinin ləğv olunması tələbinə dair iddia ərizəsinə 14 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat Ofisinə və "xxxx" ASC-nin Zaqatala filialına qarşı icra qeydinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5ci maddəsinin tələblərinə cavab vermir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2. maddəsinin tələbinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, filillar hüquqi şəxs olmadığından,"xxxx" ASC cavabdeh qismində qoyulmalı olduğu halda iddiaçı buna əməl etməmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 152,1,5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat Ofisinə və "xxxx" ASC-nin Zaqatala filialına qarşı icra qeydinin ləğv olunması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4223/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4223/2022
14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver