Məhkəmə qərarları › İş №2(012)-4241/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4241/2024

15.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4241/2024 15.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə) qarşı öhdəliyin icra edilərək mənzillərin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə) qarşı öhdəliyin icra edilərək mənzillərin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binadan xx.xx.2012-ci il tarixli 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 2-ci blok, 14-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli binasının 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilələr üzrə öhdəliklərin icra edilərək ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilin, 2-ci blok, 14-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilin, 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin, 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilin, 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 002427 saylı, xx.xx.2002-ci il tarixli şəhadətnaməyə əsasən Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında yerləşən hamam mülkiyyət hüquqları üzrə İddiaçı tərəfindən alınmışdır. xx.xx.2008-ci il tarixdə Bakı şəhər 27 saylı Notariat Kontorunda bağlanmış 3m-293 nömrə ilə reyestrdə qeydə alınmış öhdəlik müqaviləsinə əsasən iddiaçı Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında yerləşən hamamın yerləşdiyi 3444 kv.m torpaq sahəsini yaşayış binasının tikilməsi üçün Cavabdeh MMC-yə verməsini öhdəsinə götürmüş, Cavabdeh MMC isə tikiləcək binadan İddiaçı 1011,16 kv.m yaşayış sahəsi verəcəyini öhdəsinə götürmüşdür. İddiaçıya məxsus Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında yerləşən hamamın yerləşdiyi 3444 kv.m torpaq sahəsində Cavabdeh MMC tərəfindən yaşayış binası tikilmiş, 2012-ci il tarixdə qarşılıqlı razılaşmaya əsasən iddiaçıya cavabdeh tərəfindən 520 kv.m yaşayış sahəsi, 202 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış binasından Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış və cəmiyyətin direktoru X4 imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kv.m olan 2 otaqlı, 70 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 47.875 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kv.m olan 2 otaqlı, 76 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 47.875 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.50 kv.m olan 2 otaqlı, 22 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 46.750 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan 3 otaqlı, 38 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 60.000 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 114.83 kv.m olan 3 otaqlı, 13 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 57.415 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsini, hər kv.m üçün 1.000 manata, ümumi məbləği 202.000 manata iddiaçıya satmışdır. Müqavilələrin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir. Qeyd edilən mənzillərə və qeyri yaşayış sahələrinə görə Cavabdeh MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixli öhdəliklərdən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasında yerləşən mənzillərə və qeyri- yaşayış sahəsinə görə İddiaçı qalıq borcu yoxdur. Bu müqavilə tikintinin torpağı ilə əvəzləşdirilmişdir. Göründüyü kimi, hazırda Cavabdeh MMC iddiaçı ilə aralarında olan müqavilələr əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir, müqavilədə göstərilən mənzilləri və qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermir. Cavabdeh MMC-nin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Cavabdeh MMC-yə bildiriş göndərilərək, 1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binadan a. xx.xx.2012-ci il tarixli 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilin alqı-satqısına dair, b. xx.xx.2012-ci il tarixli 2-ci blok, 14-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilin alqı-satqısına dair, c. xx.xx.2012-ci il tarixli 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin alqı-satqısına dair, d. xx.xx.2012-ci il tarixli 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilin alqı-satqısına dair, e. xx.xx.2012-ci il tarixli 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilin alqı-satqısına dair f. xx.xx.2012-ci il tarixli binasının 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilələr üzrə öhdəliklərin icra edilməsi, 2. ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilinin, 2-ci blok, 15-ci mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilinin, 1ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilinin, 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilinin, 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilinin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, 3. ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilinin, 2-ci blok, 15-ci mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilinin, 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilinin, 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilinin, 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilinin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyriyaşayış sahəsindən İddiaçı istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən bildirişə yazılı cavab verilməmiş, razılıq əldə olunmamışdır. Göstərilənlərə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binadan xx.xx.2012-ci il tarixli 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 2-ci blok, 14-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli binasının 2-ci blokunun 2-ci girişi qeyriyaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin alqısatqısına dair müqavilələr üzrə öhdəliklərin icra edilərək ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilin, 2-ci blok, 14-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilin, 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin, 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilin, 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh MMC-nin inşa etdiyi binanın yerləşdiyi torpaq sahəsi özəlləşdirilmiş torpaq sahəsi olmuşdur. Belə ki, həmin torpaq sahəsi ünvan 1 ünvanında yerləşən hamamın ərazisi olmuş və həmin hamam Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 002427 saylı, xx.xx.2002-ci il tarixli şəhadətnaməyə əsasən mülkiyyət hüquqları üzrə İddiaçı tərəfindən alınmışdır. Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatındakı Cavabdeh MMC barəsində olan cinayət işi üzrə iddiaçı zərərçəkmiş kimi tanınmışdır. Bundan sonra isə idarədən onlara məsələnin həlli ilə bağlı binanın inşası tapşırılmış "xxxx" MTK-nın sahibi İsfəndiyar Axundova yaxınlaşmaları bildirilmişdir. Ümumilikdə Cavabdeh MMC ilə bağlanmış müqavilələrə əsasən cavabdeh təşkilat iddiaçıya torpaq sahəsinin qarşılığında 5 mənzil və 1 qeyri-yaşayış sahəsi təhvil verməlidir. Lakin cavabdeh tərəf ona yalnız 1 mənzil verə biləcəyini bildirmişdir. Bundan sonra isə yenidən bununla bağlı istintaqın aparıldığı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Hazırda cavabdeh təşkilatdan 5 mənzilin və 1 qeyri-yaşayış sahəsini tələb edirlər. Nəticədə isə cavabdeh təşkilat yalnız 4 yaşayış sahəsi onlara təklif edir. Verilmiş suallara cavabında qeyd edir ki, mənzillərə və qeyri-yaşayış sahəsinə dair müqavilələr 2012-ci il tarixdə bağlanmışdır. Müqavilələr Cavabdeh ilə bağlanmışdır. İddiaçı tərəfindən verilmiş torpaq sahəsinin əvəzinə mənzillər və qeyri-yaşayış sahəsi verilmişdir. Əvəzləşdirilmə aparılarkən verilən həmin mənzilləri və qeyri-yaşayış sahələrini həmin vaxtı görməmişlər. 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin başqa şəxsə satılmasını hazırda eşidir. Bundan xəbərləri olmamışdır. 2012-ci il tarixdə müqavilələr bağlanan zaman sözügedən mənzillər mövcud olmuşdur. Lakin həmin vaxtı mənzillərin iddiaçıya təhkim edilib-edilməməsini deyə bilməz. Hazırda 1 blok təhvil verilmişdir. Digər bloklarda isə təhvil üzrə təmir işləri aparılır. İddiaçı mübahisəli mənzillərin və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikildiyi torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. İddiaçı həmin mənzillərin və qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ona təhvil verilməsini istəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia əsassızdır. Hüquqların bərpası ancaq həmin hüquqların itirilməsi halında mövcud olur. Tərəflər arasında müqavilə bağlanarkən həmin müqavilənin alqı-satqısının notariat ofisində təsdiq olunmasını tələb olunur. Mənzil və ya qeyri-yaşayış sahəsi yalnız ilk əvvəl Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətinə keçirilib, daha sonra satıla bilər. Lakin mənzillər və ya qeyri-yaşayış sahəsi əvvəlcə Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətinə keçirilib daha sonra satılmamışdır. Həmçinin İddiaçı məhkəməyə öhdəliklərin icrası ilə bağlı müraciət etməmişdir. Digər tərəfdən tərəflər birgə fəaliyyət haqqında müqavilə bağlamalı, daha sonra tikinti işləri aparıb əldə edilən gəliri bölüşdürməli idilər. Lakin göründüyü kimi tərəflər arasında belə bir müqavilə yoxdur. Qanunvericiliyə əsasən sübutların əlçatanlığı tələb olunur. Tərəflər arasında mənzillərə və qeyri-yaşayış sahəsinə dair müqavilələr bağlanıla dövrdə binanın tikintisinin aparılmasına dair müvafiq icazələr alınmamışdır. Buna görə də binanın tikintisini aparan şəxslər cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçı ilə təmsil etdiyi təşkilat arasında mübahisənin həlli ilə bağlı danışıqlar aparılmışdır. Hazırda iddiaçının təhvil verilməsini tələb etdiyi 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarı mövcuddur. Həmin qərara əsasən mənzil başqa şəxsə məxsusdur. Cavabdeh tərəfindən iddiaçıya yalnız 4 mənzil verilə bilər. İddiaçı vəsaitlərin geri qaytarılması ilə bağlı müraciət etsə daha yaxşı olar. Həmçinin iddiaçı iddia müddətini ötürərək 12 il sonra iddia qaldırmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, tərəflər arasında olan müqaviləyə əsasən 3443 kv.m cavabdeh təşkilata verilmişdir. Bunun qarşılığında isə 1.011 kv.m sahənin iddiaçıya təhvil verilməsi göstərilmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. İddia ərizəsi 24 ay müddətinə verilməli idi. Lakin göründüyü kimi iddiaçı tərəf vaxtında məhkəməyə müraciət etməmişdir. Hazırda cavabdeh təşkilat iddiaçıya yalnız 4 mənzil təhvil verə bilər. Çünki qeyd edilən şəkildə iddiaçının tələbinin ödənilməsi razılaşdırılmışdır. 202 kv.m qeyri-yaşayış sahəsi barədə tələb isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müəyyənləşdiriləndən sonra ödənilə bilər. Digər tərəfdən 1ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilə dair Cavabdeh MMC ilə Rəna Quliyeva və digərləri arasında olan məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə qətnaməsinə əsasən həmin mənzil digər şəxsə məxsusdur. Həmin qətnamədə Çinarə Quliyevaya təhvil verilməsi nəzərdə tutulan mənzillə 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzil üstüstə düşür, yəni eyni mənzillərdir. Əslində digər 4 mənzil isə binanın faktiki layihəsi üzrə mövcud deyildir. Çünki binanın layihəsi zərərçəkmiş şəxslərin tələblərinin təmin edilməsi məqsədi ilə dəyişdirilmişdir. Digər 4 mənzillə bağlı ümumi kvadratın təhvil verilməsi əsasında iddiaçı ilə aralarında razılığa gəlmişlər. İddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı isə cavabdeh təşkilata səlahiyyət verilməmişdir. Ümumilikdə iddiaçı ilə cavabdeh təşkilat arasında 2012-ci il tarixdə mənzillərə və qeyriyaşayış sahəsinə dair bağlanan müqavilələr üzrə sahələr sahələrin heç biri hazırda mövcud deyildir. Bu fakt hazırki layihə üzrə öz təsdiqini tapır. İddiaçı ilə aralarında olan mübahisənin 2 (iki) həll yolu mövcuddur. Birinci yol bağlanılmış müqavilələrdə nəzərdə tutulan vəsaitlərin geri qaytarılmasıdır. İkinci yol isə 4 mənzilin iddiaçıya təhvil verilməsi, sonrakı mərhələdə isə 1 mənzil və 1 qeyri-yaşayış sahəsinin təhvil verilməsi məsələsinin həll edilməsidir. Məsələnin həlli ilə bağlı bu həll yolları cavabdeh təşkilat tərəfindən iddiaçıya təklif edilmişdir. Həmçinin hazırda mənzillərin və qeyri-yaşayış sahəsinin yerləşdiyi bina natamamdır. Göstərilənlərə əsasən həm iddia əsassız olduğuna görə, həm də iddia müddəti ötürüldüyündən iddia müdddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş dövlət əmlakın hüquqi və fiziki şəxslərə satılması haqqında 002427 nömrəli şəhadətnamənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən hamam İddiaçı tərəfindən satın alınmışdır. 17 oktyabr 2008-ci il tarixli öhdəlik müqaviləsindən görünür ki, İddiaçı AR İİN-dən verilmiş reyestr kitabı № 4, səh. 49, qeydiyyat 002427 şəhadətnaməsinə əsasən ona məxsus olan ünvan 3 ünvanında yerləşən hamamın yerləşdiyi 3444 kv.m torpaq sahəsini yaşayış binası tikmək üçün Cavabdehnə verməyi, Cavabdeh isə həmin torpaq sahəsində tikiləcək yaşayış binasından 1011,16 kv.m yaşayış sahəsinin İddiaçı verməyi öhdəsinə götürmüşdür. “Satıcı” Cavabdeh MMC-nin direktoru X7 ilə “Alıcı” İddiaçı arasında bağlanmış 16 mart 2012-ci tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Satıcı” ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində yerləşən, 70 saylı, ümumi sahəsi 95.75 kv.m ibarət olan 2 otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən qaydada “Satıcı”ya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən mənzilin hər 1 kv.m üçün 500 manat, ümumi məbləğ 47.875 manat müəyyənləşdirilmişdir. Eləcə də həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olan 16 mart 2012-ci tarixli öhdəliyin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən müqavilə tikintinin torpağı ilə əvəzləşdirilmişdir. Mənzilə görə qalıb borc yoxdur. “Satıcı” Cavabdeh MMC-nin direktoru X7 ilə “Alıcı” İddiaçı arasında bağlanmış 16 mart 2012-ci tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Satıcı” ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, 76 saylı, ümumi sahəsi 95.75 kv.m ibarət olan 2 otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən qaydada “Satıcı”ya ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən mənzilin hər 1 kv.m üçün 500 manat, ümumi məbləğ 47.875 manat müəyyənləşdirilmişdir. Eləcə də həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olan 16 mart 2012-ci tarixli öhdəliyin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən müqavilə tikintinin torpağı ilə əvəzləşdirilmişdir. Mənzilə görə qalıb borc yoxdur. “Satıcı” Cavabdeh MMC-nin direktoru X7 ilə “Alıcı” İddiaçı arasında bağlanmış 26 iyun 2012-ci tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Satıcı” ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən, 22 saylı, ümumi sahəsi 93.50 kv.m ibarət olan 2 otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən qaydada “Satıcı”ya ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən mənzilin hər 1 kv.m üçün 500 manat, ümumi məbləğ 46.750 manat müəyyənləşdirilmişdir. Eləcə də həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olan 26 iyun 2012-ci tarixli öhdəliyin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən müqavilə tikintinin torpağı ilə əvəzləşdirilmişdir. Mənzilə görə qalıb borc yoxdur. “Satıcı” Cavabdeh MMC-nin direktoru X7 ilə “Alıcı” İddiaçı arasında bağlanmış 26 iyun 2012-ci tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Satıcı” ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən, 38 saylı, ümumi sahəsi 120 kv.m ibarət olan 3 otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən qaydada “Satıcı”ya ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən mənzilin hər 1 kv.m üçün 500 manat, ümumi məbləğ 60.000 manat müəyyənləşdirilmişdir. Eləcə də həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olan 26 iyun 2012-ci tarixli öhdəliyin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən müqavilə tikintinin torpağı ilə əvəzləşdirilmişdir. Mənzilə görə qalıb borc yoxdur. “Satıcı” Cavabdeh MMC-nin direktoru X7 ilə “Alıcı” İddiaçı arasında bağlanmış 26 iyun 2012-ci tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Satıcı” ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, 13 saylı, ümumi sahəsi 114,83 kv.m ibarət olan 3 otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən qaydada “Satıcı”ya ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən mənzilin hər 1 kv.m üçün 500 manat, ümumi məbləğ 57.415 manat müəyyənləşdirilmişdir. Eləcə də həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olan 26 iyun 2012-ci tarixli öhdəliyin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən müqavilə tikintinin torpağı ilə əvəzləşdirilmişdir. Mənzilə görə qalıb borc yoxdur. “Satıcı” Cavabdeh MMC-nin direktoru X7 ilə “Alıcı” İddiaçı arasında bağlanmış 26 iyun 2012-ci tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Satıcı” ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m ibarət olan qeyi-yaşayış sahəsini “Alıcı”nın mülkiyyətinə verilməsini və “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən qaydada “Satıcı”ya ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən mənzilin hər 1 kv.m üçün 1000 manat, ümumi məbləğ 202.000 manat müəyyənləşdirilmişdir. Eləcə də həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb “Alıcı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olan 26 iyun 2012-ci tarixli öhdəliyin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən müqavilə tikintinin torpağı ilə əvəzləşdirilmişdir. Mənzilə görə qalıb borc yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-498/2021 saylı qətnaməsinin surətindən görünür ki, Xırdalan şəhəri, R.Axundov küçəsi, ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.50 kv.m olmaqla 2 otaqdan ibarət 22 saylı mənzilin X5 təhvil verilməsi öhdəliyinin icra edilməsi Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Beləliklə, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2008-ci il tarixli öhdəlik müqaviləsinə əsasən iddiaçı ona məxsus olan ünvan 3 ünvanında yerləşən hamamın yerləşdiyi 3444 kv.m torpaq sahəsinin yaşayış binası tikmək üçün Cavabdehnə vermiş, Cavabdeh isə həmin torpaq sahəsində tikiləcək yaşayış binasından 1011,16 kv.m yaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Daha sonra İddiaçı ilə Cavabdeh arasında tikintinin torpağı ilə əvəzləşdirilmə aparılması məqsədi ilə 16 mart 2012-ci il tarixli və 26 iyun 2012-ci il tarixli müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh üzərinə həmin müqavilələrin bağlandığı tarixdən 24 ay müddətinə ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 70 saylı mənzili, ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 76 saylı mənzili, ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.50 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 22 saylı mənzili, ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kvadrat.metrdən ibarət olan, 3 otaqdan ibarət 38 saylı mənzili, ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 114.83 kvadrat.metrdən ibarət olan, 3 otaqdan ibarət 13 saylı mənzili və ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kvadrat.metrdən ibarət olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermək öhdəliyini götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməmiş, mənzilləri və qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-498/2021 saylı qətnaməsi ilə ünvan 4 ünvanda 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.50 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 22 saylı mənzilin üzərində X3 hüquqlarının tanındığı və qətnamə ilə Cavabdeh tərəfindən ona təhvil verilməsi barədə mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-498/2021 saylı qətnaməsi ilə X5 təhvil verilməsi nəzərdə tutulan mənzil hazırki mübahisə predmetini təşkil edən mənzil deyildir. Belə ki, Ç.Quliyevaya təhvil verilməsi nəzərdə tutulmuş mənzil 5-ci mərtəbədə deyil, 7-ci mərtəbə yerləşir. Hazırki mübahisə predmetini təşkil edən mənzil isə 5-ci mərtəbədə yerləşir. Göründüyü kimi mübahisə predmetləri müxtəlif mərtəbələrdə yerləşən ayrı-ayrı mənzillərdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin iddia tələbinə iddia müddətini tətbiq edilərək rədd edilməsi barədə mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbinə iddia müddətinin tətbiq edilməsi və məhkəmənin buna öz mövqeyini bildirməsi qüvvədə olan Mülki Prosessual Qanunvericiliyin tələbinə əsasən yalnız tərəfin iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə verməsindən asılıdır. Göründüyü kimi cavabdeh tərəf belə bir ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında 16 mart 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 70 saylı mənzilə dair, 16 mart 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 76 saylı mənzilə dair, 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.50 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 22 saylı mənzilə dair, 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kvadrat.metrdən ibarət olan, 3 otaqdan ibarət 38 saylı mənzilə dair, 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 114.83 kvadrat.metrdən ibarət olan, 3 otaqdan ibarət 13 saylı mənzilə dair və 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kvadrat.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair müqavilələr üzrə öhdəliklər Cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən icra edilməli, həmin mənzillər və qeyri-yaşayış sahəsi Cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 16 mart 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 70 saylı mənzilə dair, 16 mart 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 76 saylı mənzilə dair, 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.50 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 22 saylı mənzilə dair, 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kvadrat.metrdən ibarət olan, 3 otaqdan ibarət 38 saylı mənzilə dair, 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 114.83 kvadrat.metrdən ibarət olan, 3 otaqdan ibarət 13 saylı mənzilə dair və 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 4 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kvadrat.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair müqavilələr üzrə öhdəliklər Cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən icra edilsin, həmin mənzillər və qeyri-yaşayış sahəsi Cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən İddiaçı təhvil verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdehndən ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən) tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar