Məhkəmə qərarları › İş №2(012)-427/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-427/2021

17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-427/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi ilə, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X2 və nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı artıq iş saatlarına görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunla nəzərdə tutulmuş qaydada işlədiyi artıq saatlara görə ödənilməyən 10.190 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh MMC-yə aylıq 550 manat əmək haqqı almaq şərtilə sayğac göstəricilərini yoxlayan vəzifəsinə düzəlmişdir. Şirkət tərəfindən iddiaçıya gündəlik 10 saatlıq iş qrafiki müəyyən edilmiş və həmin işə görə il ərzində 21 günlük əmək məzuniyyəti nəzərdə tutulmuşdur. Əvvəlcə bu işdə 550 manat əmək haqqının ödəniləcəyi bildirilsə də, 430 manat əmək haqqı ödənilmişdir. İddiaçı bunun səbəbini şirkətdən soruşduqda, sonradan əmək haqqının artırılıb 550 manat olacağını bildirmişlər. Bu işlə bağlı İddiaçı 10 saatlıq iş müddəti deyilsə də, sonuncu həmin müddətdən artıq işləmişdir. İddiaçı bununla bağlı İnsan Resursları idarəsinə müraciət etsə də, ondan artıq iş saatlarının olmasını sübut olunmasını bildirmişlər. Cənab Prezidentin fərmanına əsasən aylıq iş saatı 160 saat müəyyən edilsə də, iddiaçı isə ay ərzində 300 saat işləmişdir. Onun əmək haqqı saat hesabına bölünsə 1 saat işləməsinə görə 3.33 manat təşkil edir. İddiaçı iş saatlarının hesablanması üçün özü əlyazma şəklində cədvəl tərtib etmiş və həmin cədvəl iş materiallarına əlavə edilmişdir. İddiaçının həmin şirkətdə artıq işləməsini iş yoldaşları da təsdiq edə bilər. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada iddiaçının işlədiyi artıq saatlara görə ödənilməyən 10.190 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında cavabdehin nümayəndəsi, vəkil X5 iddia tələbinə etiraz ərizəsi təqdim edərək izahatında göstərdi ki, iddiaçının tələbinin heç bir əsası yoxdur və iddia tələbi təmin edilməməlidir. İddiaçının əmək şəraiti və iş vaxtı əmək qanunvericiliyinə uyğun tənzimlənmişdir. İşçinin 2 il ərzində heç bir etiraz və şikayəti olmadan işinə davam etməsi bu faktın açıq təsdiqidir. Əlavə olaraq, cavabdeh “xxxx” MMC iddiaçı ilə arasında bağlanmış əmək müqaviləsi şərtlərinə tam əməl etmiş, öz üzərinə düşən vəzifələri lazımınca yerinə yetirmişdir. Buna baxmayaraq, iddiaçının özü müəyyən hərəkətləri ilə əmək müqaviləsinin tələblərini açıqca pozmuşdur. Belə ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsi ilə İddiaçı aylıq əmək haqqı məbləği 430 manat olmaqla sayıcı-hesablayıcı vəzifəsi üzrə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində qeyd edilən aylıq əmək haqqı məbləği əmək müqaviləsinə və uçot cədvəlinə uyğun hər ay müəyyən olunmuş vaxtda iddiaçıya ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixindən başlayaraq iddiaçı qeyd olunan əmək müqaviləsinin tələblərini və şirkət daxili intizam qaydalarını pozaraq heç bir üzrlü səbəb göstərmədən tam iş günləri ərzində işə gəlməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək Müfəttişliyi Xidmətinə də müvafiq sorğu əsasında məlumat verilmişdir. Sonda cavabdehin nümayəndəsi, vəkil Gülnar Həsənova qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında cavabdehin nümayəndəsi X8 nümayəndə, vəkil X5 ilə eyni məzmunda izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan xxxxxxx000402 saylı (xx.xx.2018 - Qüvvədə) olan elektron müqavilənin surətindən görünür ki, sayğac göstəricilərini yoxlayan vəzifəsində işləyən İddiaçı 430 manat məbləğində əmək haqqı alır. İşdə olan xxxxxxx000402 saylı (xx.xx.2020 - Qüvvədən düşmüş) olan elektron müqavilənin surətindən görünür ki, sayğac göstəricilərini yoxlayan vəzifəsində işləyən İddiaçı xxxxxxx000401 saylı müqaviləsi xx.xx.2020-ci il tarixdən qüvvədən düşmüşdür. İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli Əmək Müqaviləsindən (kontraktı) görünür ki, “xxxx” MMC-nin direktoru X9 ilə İddiaçı arasında xx xxxxxxxx 2018-ci il tarixdən 3 ayı sınaq müddəti hesablanmaqla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: - 1.2-ci bəndinə əsasən işçi İddiaçı X3 Mərkəzi Bakı 3 anbarına fəhlə vəzifəsinə qəbul edilməsi müəyyən edilir. - 4.1-ci bəndinə əsasən işçiyə hər ay 185 manat məbləğində əmək haqqı müəyyən edilir. - 4.17-ci bəndinə əsasən işçiyə 8 saatdan çox olmayan gündəlik iş müddəti müəyyən edilir. - 4.23-cü bəndinə əsasən işçiyə hər həftənin bazar günləri istirahət günləri müəyyən edilir. - 4.27-ci bəndinə əsasən işçiyə əsas məzuniyyətin müddəti 21 təqvim günü müəyyən edilir. İşdə olan “xxxx” MMC X3 Mərkəzinin müdiri tərəfindən MMC-nin direktoruna ünvanlanmış “İşçinin işə gəlməməsi haqqında” təqdimatdan görünür ki, X3 Mərkəzi Bakı 3 anbarına Sayıcı-hesablayıcı vəzifəsində işləyən İddiaçı heç bir üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən etibarən tam iş günləri iş yerinə gəlməmiş və dəfələrlə edilən telefon zənglərinə cavab verməmişdir. İşdə olan “xxxx” MMC-nin direktor müavini N.Hüseynov, Logistika Departamenti E.Alıyev və İnsan Resursları şöbəsinin müdiri E.Seyidov tərəfindən imzalanmış xx xxxxxxx 2020-ci il tarixli aktın təsdiqlənmiş surətindən görünür ki, X3 Mərkəzi Bakı 3 anbarına Sayıcıhesablayıcı vəzifəsində işləyən İddiaçı xx.xx.2020-ci il tarixdən işə götürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günləri iş yerinə gəlməmiş və dəfələrlə edilən telefon zənglərinə cavab verməmişdir. Eyni zamanda, rəsmi olaraq qeydiyyat ünvanına göndərilmiş məktuba cavab verməmişdir. İşdə olan “xxxx” MMC-nin direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı heç bir üzrlü səbəb bildirmədən iş yerinə gəlməməsi ilə bağlı və 3 gün ərzində işə gəlməməsi səbəbini rəsmi şəkildə bildirməsi barədə məlumatlandırılmışdır. İşdə olan poçt göndərişinin alınması barədə xəbərnamənin təsdiqlənmiş surətindən görünür ki, “xxxx” MMC tərəfindən ünvanlanmış məktubu İddiaçı xx.xx.2020-ci il tarixdə almışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Hazırki iş materiallarına əsasən tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanması, iddiaçının xx xxxxxxxx 2018-ci il tarixdən xx.xx.2020-ci il tarixdək “xxxx” MMCdə işləməsi müəyyən olunmuşdur. Lakin, istər iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman, istərsə də məhkəmə tədqiqatı zamanı İddiaçı tərəfindən artıq işlədiyi saatlar barədə məhkəməyə hər hansı mötəbər və ya tutarlı sübut növləri təqdim edilməmişdir. Habelə, məhkəmə iddiaçının iş materiallarına əlavə etdiyi iş saatlarının hesablanması ilə bağlı əlyazma şəklində tərtib etdiyi cədvəllə bağlı qeyd edir ki, həmin əlyazma sübutların mümkünlüyü qaydasında işin hallarını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X11 Məhkəməsi “X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərini əsaslandıran heç bir sübut təqdim edilmədiyinə görə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdə olan 442978 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar