Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4287/2021 08.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı Məmmədova Nəzmiyyə Güləli qızının cavabdeh AAF PARK Xırdalan MMCyə qarşı pozulmuş hüquqların müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsinə 08 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Məmmədova Nəzmiyyə Güləli qızı cavabdeh AAF PARK Xırdalan MMC-yə qarşı pozulmuş hüquqların müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 20 000 manat maddi zərərə görə, mənəvi zərərə görə 10 000 manat məbləğində pul vəsaitinin, həmçinin ödədiyi 30 manat dövlət rüsumuna görə pulun cavabdehdən tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 149.2.3 və 152.1.1 maddələrinin tələblərinə görə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddia ərizəsi əsaslandırılmamışdır,yəni iddia olunan pul məbləğlərinin yaranma əsasları iddia ərizəsində qeyd edilməmişdir. MPM-nin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Məmmədova Nəzmiyyə Güləli qızı cavabdeh AAF PARK Xırdalan MMC-yə qarşı pozulmuş hüquqların müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4287/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4287/2021
08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver