Məhkəmə qərarları › İş №2(012)-4532/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4532/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4532/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, cavabdeh X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X2rşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə 29 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X2rşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X3 750 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC-də 07 iyul 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “BMW 525” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 17 fevral 2021-ci il tarixdə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Dünyamalıyev Müzəffər Sabir oğlu tərəfindən idarə olunan “Mercedes Benz V220” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. X11 Polis Şöbəsinin qərarı ilə X7 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən X7 avtomobili sürücülük hüququ olmadan xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar ona 750 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. “BMW 525İ MİNİK” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan, avtomobili sürücülük hüququ olmadan X7 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, hadisə zamanı idarə etdiyi avtomobil digər cavabdehin-anasının mülkiyyətindədir,sürücülük vəsiqəsi vardır,lakin həmin sürücülük vəsiqəsinin Azərbaycan Respublikasında dəyişdirilməli olmasını builməmişdir. Amma hal-hazırda təzə sürücülük vəsiqəsi almışdır. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 12.03.2021-ci il tarixli sığorta aktından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxs Dünyamalıyev Müzəffər Sabir oğluna sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki iş materiallarında olan 15.03.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Dünyamalıyev Müzəffər Sabir oğluna 750 (yeddi yüz əlli) manat məbləğində ödəniş edilmişdir. Mülki işin materiallarından olan ******* saylı, 18.02.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən müəyyən edilir ki, X7 17.02.2021-ci il tarixdə Hökməli-Qobu yolunda “BMW 525” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində yol hərəkəti qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 40 manat məbləğində cərimə tənbeh növü kimi tətbiq edilmişdir. Mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 22.02.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Mercedes Benz V220” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 750 manat məbləğində zərər dəymişdir. Mülki işin materiallarında olan 683032 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “BMW 525” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dır. Mülki iş materiallarında olan 24.12.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “BMW 525” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili Elnur Vəliyevə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq və digər hərəkətlər etməyi 24.12.2021-ci il tarixədək etibar etmişdir. Mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, Elnur Vəliyevin oğlunun idarə etdiyi “BMW 525” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil PGU********** saylı sığorta müqaviləsi ilə 07.07.2020-ci il tarixdə 12 ay müddətinə "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5000 (beş min) manat, sağlamlığa vurulan zərərə görə 5000 (beş min) manat məbləğində sığortalanmışdır. Mülki iş materiallarında olan vəsiqənin surətindən görünür ki, X10 Respublikasının vətəndaşıdır, ona 20.09.2020-ci il tarixdən 20.09.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Mülki iş materiallarında olan sürücülük vəsiqələrinin surətindən görünür ki, X8 Respublikasında 20.01.2015 - 21.01.2025-ci il tarixdə və Azərbaycan Respublikasında 19.02.2021 – 20.09.2021-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 27 oktyabr 2021-ci il tarixli, 9/6899 №-li ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin 22.02.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz V220 SDİ” minik markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Yol hərəkəti haqqında Qanun”un 35-1-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh X7 sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etdiyi, digər Cavabdeh1 mülkiyyətində olan “BMW 525” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xarici vətəndaş olaraq müvəqqəti yaşamaq üçün icazə alsa da, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirmədiyindən sürücülük hüququ olmayan şəxs olaraq yol-nəqliyyat hadisəsi törətmiş,nəticədə, Dünyamalıyev Müzəffər Sabir oğlu tərəfindən idarə olunan “Mercedes Benz V220” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. "xxxx" ASC tərəfindən Dünyamalıyev Müzəffər Sabir oğluna məxsus “Mercedes Benz V220” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana 750 manat sığorta ödənişi edilmişdir. Hazırda şirkət subroqasiya qaydasına cavabdehlərdən həmin məbləğdə pul tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 27 oktyabr 2021-ci il tarixli, 9/6899 №-li ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin 22.02.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz V220 SDİ” minik markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750,0 manat müəyyən edilir.Həmin rəyi təkzib edən hər hansı sübut işdə olmadığından məhkəmə ziyan məbləğinin müəyyən edilməsində həmin rəylə razılaşır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və X3 750 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia təmin edildiyindən həmin məbləğ də bərabər olaraq cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və X3 750 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh1 və X3 hər birindən 50 manat, cəmi 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar