Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4554/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Könül Sabir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat maddi və 1000 manat məbləğində mənəvi ziyanın, ödənilmiş 123 manat dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə torpaq sahəsinin alınmasında köməklik göstərməsi üçün onu aldadaraq xx.xx.2021-ci il tarixdə 10000 manat pulunu ələ keçirməklə, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh təqsiri Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-153/2024 saylı hökmü ilə sübuta yetirilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadələrində tamah niyyəti ilə onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə ondan ümumilikdə 10000 manat məbləğində pul götürdüyünü etiraf etmiş və aldığı pulu öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı ondan aldadaraq aldığı puldan heç bir ödəniş etməmişdir. Cavabdehin cinayət əməli nəticəsində ona 10000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, cavabdehin onu aldatması və etibarından sui-istifadə etməklə ona ziyan vurması nəticəsində o, daxili iztirab və əzablar çəkmis, səhhəti korlanmışdır. Cavabdehdən hüquq mühafizə orqanına şikayət etməklə xeyli vaxt və əsəb sərf etmişdir. Cinayət işinin ibtidai istintaqı, məhkəmə istintaqı zamanı dəfələrlə polis idarəsinə, məhkəməyə getmək məcburiyyətində qalmışdır. Bundan başqa ona mənəvi zərər dəymişdir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-153/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan RespubJjkəsı CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi hökm edilmişdir. Hökmdə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh İttiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvələr Məmmədli kəndində Bələdiyyədə işləmişidir və torpaqla əlaqdar müəyyən işlərdən anlayışı vardır. İddiaçı doğma bibisi qızıdır. Onunla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. İddiaçı xx.xx.2021-ci il tarixdə onunla telefonda söhbət edərkən, ev tikmək üçün torpaq lazım olduğunu dediyindən, ona Yanardağ adlanan yerdə 4,5 ha ata yurdu və orada əlavədə 1,7 ha torpaq sahəsidə olduğunu həmin torpaqları birləşdirib ona verə biləcəyini demişdir. Bu təkliflə Validə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Validə Agakərim adlı tanışı ilə birlikdə yaşadığı evə gəlmişdir. Onunla birlikdə Yanardağ adlanan əraziyə gedərək ona torpaq sahəsini göstərmişdir. Validə həmin torpaq sahəsini bəyənmiş və onunla razılaşmişdır.ontar birlikdə evə qayıtmışlar. Evdə Validəyə həmin yerin sənədləşdirilməısi ilə birlikdə 10 min manat pul alacağını demişdir. Validə 10 min manat pul verdiyini və pulu aldığını göstərmişdir. Lakin yeri sənədləşdirə bilmədiyini və pullarıda xərclədiyini bildirmişdir. Sonradan həmin torpaq sahəsini sənədləşdirə bilmədiyini Məmmədli kəndində qəbirastanlığın yaxınlığında torpaq satılldığını Validəyə bildirmişdir. Validə Məmmədli kəndinə hüzr mərasiminə gəlmiş və onunla birlikdə hüzrdən çıxaraq Məmmədli kəndində qəbirastanlığın yaxınlığında 0,04 ha torpaq sahəsini ona göstərmişdir. O, torpağa baxdıqdan sonra torpağı bəyəndiyini və almaq isdədiyini bildirdiyindən ona torpaq sahibi ilə danışacağını bildirmişdir. Ona narahat olma torpağın sahibi ilə danışıb sənə xəbər edərəm demiş və ondan sağolaşıb ayrıldıqlarını göstərmişdir. Faktiki isə həmin torpağın sahibi ilə danışmadığını bildirmişdir. Sonradan Validə zəng edib torpaq məsələsinin nə yerdə qaldığını soruşduqda ona bu baxdığın yer düzəlmədiyi üçün mən sənə başqa yerdən torpaq sahəsi tapacağam dediyini və o. etraz etmədiyini və torpağa aid tapdığı sənəd surəti ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi Savalan deyilən ərazisində satdıq torpaq sahəsi barədə Validəyə bildirdiyini və Validə etraz etmədiyini bildirmişdir. Faktiki isə qeyd edilən yerdə hec bir torpaq sahəsi barədə kiminləsə razılaşmadığını, torpaq sahəsinə aid sənəd sürətlərini 07.01,2022-ci il tarixdə gətirib VaTıdənin yaşadığı evdə ona verdiyini və ona bu torpağ sahəsidir sənin üçün alacam dediyini göstərmişdir.Validə etraz etmədiyini onunla birlikdə Maştaga qəsəbəsi, Savalan deyilən boş əraziyə gəldiklərini və orada torpaq sahəsinin kimə məxsus olduğunu bilmədiyi ərazidə torpaq sahəsini Validəyə göstərib bir neçə günə torpaq sahibi ilə sizin aranızda alqı satqı olacaqdır dediyini bildirmişdir. Faktiki kimdənsə torpaq sahəsi almamışdır, sadəcə Validəni inandırmaq üçün elə dediyini göstərmidşir.Validəyə verdiyi torpağa aid sənədləri geri aldığını bildirmişdir. Validədən aldığı pullarıda öz ehtiyaclarına xərcləmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İ.Rəhmanov küçəsi, döngə 2, ev 3, Cavabdeh isə ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı iddiasına görə Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə torpaq sahəsinin alınmasında köməklik göstərməsi üçün onu aldadaraq xx.xx.2021-ci il tarixdə 10000 manat pulunu ələ keçirməklə, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı hazırda cavabdehdən maddi və mənəvi ziyana görə dəymiş zərərin onun xeyrinə ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. -68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: -65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. -180.2.-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Mülki iş materiallarından məlum olur ki, Cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə torpaq sahəsinin alınmasında köməklik göstərməsi üçün İddiaçı aldadaraq iddiaçının 10000 manat pulun ələ keçirmişdir. Bu hal Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-153/2024 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə torpaq sahəsinin alınmasında köməklik göstərməsi üçün iddiaçını aldadaraq 10000 manat pulunu ələ keçirməklə, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh təqsiri Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-153/2024 saylı hökmü ilə sübuta yetirilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadələrində tamah niyyəti ilə onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə ondan ümumilikdə 10000 manat məbləğində pul götürdüyünü etiraf etmiş və aldığı pulu öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10000 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində 1000 manat mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etsə də, qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat və ödənilmiş dövlət rüsumuna görə 123 (yüz iyirmi üç) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4554/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4554/2024
23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver