Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-463/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5000 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 5030,40 manat pulun Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 19:15 radələrində Gəncə şəhəri ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunan “Opel Astra” markalı, ** MP *** dövlət nişanlı avtomobil “Hyundai Grandeur“ markalı, ** OD *** dövlət qeydiyyat nişanlı və “Vaz 21063” markalı, ** BG *** dövlət nişanlı avtomobillər ilə toqquşmuş nəticədə sonuncu avtomobillərə maddi zərər dəymişdir. Gəncə şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* №-li qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-cımaddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında-göstərilmişdir ki, “Hyundai Grandeur“ markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə 4800 manat və “Vaz 21063” markalı, ** BG *** dövlət nişanlı avtomobilə 409 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1105 və 1106 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Vaz 21074“ markalı, ** BD *** dövlət nişanlı dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə proporsional qaydada hesablanaraq 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh2 məxsus və “Opel Astra” markalı, ** MP *** dövlət nişanlı avtomobili tapa bilmirlər. Onların “Opel Astra” markalı, ** MP *** dövlət nişanlı avtomobilin Cavabdeh1 tərəfindən idarə edildiyindən xəbərləri olmamışdır. Cavabdeh1 ilə əlqə saxlanılmaq istənildikdə telefon zənglərinə cavab verməmişdir. Cavabdeh2 qız tərəfindən“Opel Astra” markalı, ** MP *** dövlət nişanlı avtomobil 26 fevral 2020-ci il tarixli, AR-İİ № 009749 saylı etibarnamə əsasında X10 verilmişdir.Ona görə də iddianın Cavabdeh2 aid hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasına şahid qismində cəlb edilmiş X3 ifadəsində bildirdi ki, o, Cavabdeh2 övladı Həmidov Cavid ilə uzun illərdir ki dostdur. Belə ki, Sumqayıt şəhərində yerləşən 188 saylı avtosalondan mübahisə predmeti olan avtomobili Cavabdeh2 adına almışdır. Bundan sonra Cavabdeh2 sözügedən maşını 8000 manata ona baş etibarnamə ilə satmışdır. O, maşını bir müddət idarə etdikdən sonra avtomobili satmaq qərarına gəlmişdir. Sözügedən avtomobili Cavabdeh1 10000 manata satmağa razılaşmışdır. Belə ki, Cavabdeh1 ilkin olaraq ona 3000 manat vermiş, qalan məbləği isə hissə-hissə ödəyəcəyinə dair razılığa gəlmişlər. O, avtomobilin pulu tam ödənilənədək maşını idarə etmək üçün, Yusifə etibarnamə vermişdir. Lakin Cavabdeh1 ödəniş etməmiş və bu səbəbdən o etibarnaməni ləğv etmişdir. Etibarnamə ləğv etdikdən 1 ay sonra cavabdeh avtomobil ilə qəza törətmişdir. İş materiallarında olan 26 fevral 2020-ci il tarixli, AR-İİ № 009749 saylı etibarnamədən görünür ki, Cavabdeh2 X8 10 il müddətinə baş etibarnamə vermiş və bu etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakın üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən edilməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı, Sumqayıt RQİ və TBŞ-də və AR DİN BDYPİ Qİİdə, banklarda, sığorta şirkətlərində təmsil etməyi, ona çatası pul məbləğini almağı, eləcə də sənədləri arayışla almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X8 etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 29 oktyabr tarixli, 965 №-li məktubdan görünür ki, Sumqayıt Şəhər 1 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixində 7E-8134 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1 “Opel Astra” markalı, ** MP *** dövlət nişanlı avtomaşına veilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi üçün etibarnamə xx.xx.2020-ci il tarixində Sumqayıt Şəhər 1 saylı Notariat Ofisində ləğv edilmişdir. İş materiallarında olan Gəncə şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* №-li qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-cı maddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1105 və 1106 saylı sığorta aktlarından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:15 radələrində Gəncə şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunan “Opel Astra” markalı, ** MP *** dövlət nişanlı avtomobil “Hyundai Grandeur“ markalı, ** OD *** dövlət qeydiyyat nişanlı və “Vaz 21063” markalı, ** BG *** dövlət nişanlı avtomobillər ilə toqquşmuş nəticədə sonuncu avtomobillərə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X5 392,59 manat, X6 isə 4607,41 manat olmaqla, cəmi 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli, 9/2342 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011-ci il buraxılışlı “Hyundai Grandeur” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3855 manat müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 1995-ci il buraxılışlı “Vaz 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 409 manat müəyyən edimişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə saat 19:15 radələrində Gəncə şəhəri ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunan “Opel Astra” markalı, ** MP *** dövlət nişanlı avtomobil “Hyundai Grandeur“ markalı, ** OD *** dövlət qeydiyyat nişanlı və “Vaz 21063” markalı, ** BG *** dövlət nişanlı avtomobillər ilə toqquşmuş nəticədə sonuncu avtomobillərə maddi zərər dəymişdir. Gəncə şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* №-li qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-cımaddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli, 1105 və 1106 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Vaz 21074“ markalı, ** BD *** dövlət nişanlı dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə proporsional qaydada hesablanaraq 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-463/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli, 9/2342 saylı rəyindən göründüyü kimi nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011-ci il buraxılışlı “Hyundai Grandeur” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3855 manat müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 1995-ci il buraxılışlı “Vaz 21063” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 409 manat müəyyən edimişdir. Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli, 9/2342 saylı rəyinə istinad edərək, hesab edir ki, Cavabdeh1 ümumilikdə 4264 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə faydalanan şəxs və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə vurulmuş ziyanın Cavabdeh2 tutulması ilə bağlı qeyd edir ki,məhkəmədə işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh2 26 fevral 2020-ci il tarixli, AR-İİ № 009749 saylı baş etibarnamə əsasında mülkiyyətində olan “Opel Astra” markalı, ** MP *** dövlət nişanlı avtomaşını X8 10 il müddətinə vermiş,sonuncu isə həmin avtomobili digər cavabdeh olan Cavabdeh1 etibarnamə əsasında vermiş, Fariz Kərimov isə mübahisəli avtomobillə bağlı Cavabdeh1 verdiyi etibarnaməni xx.xx.2020-ci il tarixində Sumqayıt Şəhər 1 saylı Notariat Ofisində ləğv etdirmiş və bundan sonra Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək ziyan vurmuşdur.İşin qeyd olunan faktiki hallarından göründüyü kimi mülkiyyətçi olaraq Cavabdeh2 qanuni əsaslarla sözügedən avtomobili Fariz Kərimova etibar etmiş,tam qanuni əsaslarla mübahisəli avtomobil Cavabdeh2 faktiki sahibliyindən çıxdığından məhkəmə hesab edir ki,baş vermiş yol-nəqliyyat hadisəsində və vurulmuş ziyanda Cavabdeh2 məsuliyyəti və bununla bağlı hüquqi əsaslar müəyyən edilmədiyindən sonuncuya aid hissədə iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat da Cavabdeh1 alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli, 9/2342 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 85,30 manat Cavabdeh1,14,70 manat isə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 ümumilikdə 4264 manat məbləğində pul və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 4294,40 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. İddia tələbinin vurulmuş ziyanın Cavabdeh2 tutulması hissəsində rədd edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli, 9/2342 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 85,30 manat cavabdehlər Cavabdeh1, 14,70 manat isə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-463/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-463/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver