Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4644/2022 30.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6350 manat maddi və 5000 manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qetnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, Cavabdeh 6350 manat maddi ziyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə ünvanlayaraq, dəymiş maddi ziyanın əvəzi olaraq 6350 manat və mənəvi ziyan olaraq 500 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdehlə 2011-ci ilin iyunun əvvəlində tanış olmuşdur. Tanışlıq zamanı Asim ona bildirmişdir ki, Azərbaycan Beynəlxalq Universitetində təhsil almış təxminən 10-15 nəfər şəxsi Təhsil Nazirliyində işləyən qohumları vasitəsilə “Odlar Yurdu” Universitetinə köçürmüşdür. Təhsil aldığı Azərbaycan Beynəlxalq Universiteti bağlandığından o da təhsilini “Odlar Yurdu” Universitetində davam etdirmək istədiyini bildirmişdir. Cavabdeh ondan buna görə 4000 manat pul istəmişdir. Təxminən bir həftə sonra Cavabdeh 2000 manat pul göndərmişdir. Həmin ilin sonunda Asim ona zəng vuraraq qalan 2000 manat pulu və universitetə aid bütün sənədləri götürərək Təhsil Nazirliyinin yanına gəlməsini bildirmişdir. 2012-ci ilin yanvar ayında Təhsil Nazirliyinin qarşısında Asimlə görüşərək lazım bütün sənədləri, həmçinin qalan 2000 manat pulu da vermişdir. Asim isə ona artıq “Odlar Yurdu” Universitetinin tələbəsi olduğunu bildirmişdir. 2012-ci ilin sentyabr ayında Asim onu “Odlar Yurdu” Universitetinə dəvət etmiş, burada ona müqavilə təqdim edərək Təhsil Nazirliyində “Odlar Yurdu” Universitetinə köçürülən şəxslərin siyahısında adının olduğu, yaxın zamanlarda rnüvafıq sənədlərin də universitetə göndəriləcəyini bildirmişdir. Lakin sonradan nazirlikdən sənədlərinin gəlmədiyini universitetin tələbələri siyahısında adının olmadığını öyrəndikdə Asimlə əlaqə saxlamış, cavabdeh ona təhsil haqqının ödənilmədiyi üçün hazırda məsələ açıq qaldığını söyləmiş, buna görə əlavə 2000 manat pul istəyərək işin həll olunacağına inandırmışdır. Bu məqsədlə 2013-cü ilin yanvar ayında Bakı Dövlət Universitetinin yanında Asimlə görüşərək cavabdehə, 2000 manat pul vermişdir. 2013-cü ilin sentyabr ayında Asim ona zəng vuraraq bildirmişdir ki, artıq iş həll olur və dərslər başlayan kimi diplomunu alacaq və buna görə əlavə 500 manat pul verməlidir. Sentyabrın 5-də o, Bakı Təhsil İdarəsinin yanında, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, 15 saylı evin həyətində Asimlə görüşmüş, orada cavabdehə pulu vermişdir. Lakin dərslər başlayandan sonra onun universitetə çağırılmadığını görüb məsələni aydınlaşdırmaq üçün Asimə dəfələrlə zəng vursa da, cavabdehlə əlaqə saxlaya bilməmişdir. Bundan sonra Asimin qardaşı Rəhimə zəng vuraraq bütün hadisəni cavabdehə danışmışdır. Sonuncu isə Asimin Ukranyada olduğunu və qayıdan kimi pulunu qaytaracağını söyləmişdir. Lakin bir müddətdən sonra pulu qaytarılmadığından hadisə barədə polisə ərizə yazmışdır. İşə polisdə baxılarkən Asimin anası və qardaşı ona zəng edərək şikayətinin geri götürülməsini xahiş etmiş, onun 6500 manat pulunu isə yaxın müddətdə qaytaracağına söz vermişdilər. O, əvvəlcə bununla razılaşmamış, lakin sonradan bu şəxslərin vədlərinə inanaraq polisə ərizə yazaraq ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Ancaq sonra ümumi borcdan ona cəmi 150 manat pul ödənilmiş, digər məbləğ isə bugünə kimi qaytarılmamışdır. Cavabdeh barəsində Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2015-ci il, 1(006)-15/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehin həbsdə saxlandığı 1 ay 21 gün nəzərə alınaraq üzərində qəti olaraq 4 il 10 ay 9 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin müvafiq hökmündə iş üzrə mülki iddianın olmaması bildirilmişdir. Lakin bildirir ki, şifahi şəkildə mülki iddia versə də, bu nəzərə alınmamışdır. Hökmdən narazı qalaraq tərəfindən apellyasiya şikayəti verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2015-ci il, 1(006)-15/2015 saylı hökmü ləğv edilmişsə belə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin müvafiq hökmündə iddia qaydasında müraciət etməyinə heç bir maneə olmaması göstərilmişdir.Beləliklə,yuxarıda qeyd etdiyi kimi,cavabdeh tərəfindən ona 6350 manat maddi və 500 manat mənəvi ziyan vurulmuşdur.Hər dəfə borcun qaytarılacağı ona vəd verisədə, cavabdeh tətəfindən aldadılmış,bu kimi hallar ciddi mənəvi iztirablara,sıxıntılara yol açmışdır. Odur ki, o, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh vəkili-nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökmü (Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2015-ci il, 1(006)-15/2015 saylı hökmü) vardır. Cavabdeh İddiaçı ümumilikdə 6500 manat pul almış, həmin pulun 150 manatını qaytarmışdır. Hazırda cavabdeh 6350 manat pulu iddiaçıya qaytarmağa razıdır. Bundan əlavə o, iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, İddiaçı iddia müddətini ötürdüyünə görə iddia tələbi rədd edilməlidir. İddia ərizəsindən və məhkəməyə təqdim edilmiş Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2015-ci il tarixli hökmündən də görünür ki, iddiaçı ümumi olaraq 6500 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla 2011, 2012 və 2013-cü illərdə Cavabdeh vermişdir. Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2015-ci il tarixli hökmü ilə fakt öz təsdiqini tapır və cavabdeh barəsində ittihamedici əsaslarla hökm çıxarılmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixində, yəni sonuncu dəfə 500 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsindən təxminən 7 il, ittiham hökmünün çıxmasınan isə 6 il yarım sonra verilmişdir. Azərvaycan Respublikası MPM-nin 18-ci fəsli ( maddə 372 - 384 ) iddia müddəti ilə bağlı məsələri tənzimləyir. MPM-in 377.1-ci maddəsinə əsaəsən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Faktiki olaraq iddiaçı sonuncu dəfə 2013-cü ilin sentyabr ayında sonuncu pul vəsaitini cavabdehə vermişdir. Ona görə iddia müddəti həmin vaxtdan hesablanmalıdır. Ən pis halda 12 fevral 2015-ci il tarixində iddiaçı hüquqlarını pozulduğunu bilməli idi. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377-384-cü maddələrini rəhbər tutaraq, o, məhkəmədən 3 illik iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-15/2015 saylı, 12 fevral 2015-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Beynəlxalq Universitetində təhsil almış və həmin ali məktəbin bağlanması ilə əlaqədar olaraq öz təhsilini “Odlar Yurdu” Universitetidə davam etdirmək istəyən İddiaçı pulunu ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifələrdə işləyən qohumlarının köməyi ilə Cavabdeh həmin universitetə köçürülməsi məsələsini həll etmək iqtidarında olmasına inandırmaqla, İddiaçı etibarını qazanmış və bundan sui-istfadə edərək 2011-ci ilin aprel ayında Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 35 saylı evin qarşısında 2000 manat, 2012-ci il yanvar ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin inzibati binasının yanında 2000 manat, 2013-cü ilin yanvar ayında Bakı Dövlət Universitetinin inzibati binasının yanında 2000 manat və 05 sentyabr 2013-cü il tarixdən Bakı Təhsil İdarəsinin yanında Nəsimi rayonu, Xan Şuşinski küçəsi, 15 saylı evin həyətində 500 manat, ümumilikdə 6500 manat pulunu ələ keçirməklə verdiyi vədə əməl etməmiş, sonuncu xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı 6500 manat məbləğində pulu alması faktı, iddiaçının izahatı ilə yanaşı, iş materiallarında olan Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-15/2015 saylı, 12 fevral 2015-ci il tarixli hökmü ilə təstiqini tapmış və Bakı Apellyasya Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 1(103)-1670/2016 saylı hökmü ilə Nəsimi Rayon Məhkəməsinin 1(006)-15/2015 saylı, 12 fevral 2015-ci il tarixli hökmü təqsirləndirilən şəxsə yalnız cəzaya aid hissədə dəyişdirilmişdir.Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 1(006)-15/2015 saylı, 12 fevral 2015-ci il tarixli hökmü ilə müəyəyn edilmiş 6500 manat maddi ziyandan 150 manatını qaytarsada, 6350 manatını qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və qanunvricilik normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh 6350 manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 500 manat mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki,bununla bağlı əsaslı sübutlar müəyyən edilmədiyindən,iddia tələbi bu hissədə rədd edilməlidir. Bundan əlavə məhkəməyə cavabdehin vəkili-nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, hazırkı mülki işin mübahisə predmetini pul vəsaiti təşkil edir. Mülki Məcəllənin 135.1 -ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülki Məcəllənin 152.1 -ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yenə həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 384.0.1 və 384.0.4-cü maddələrinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə və mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan normalara istinad edərək hesab edir ki, mülkiyyət hüququ və mənəvi zərərlə bağlı tələbə iddia müddətinin tətbiqi mülki qanunvericiliyə birbaşa zidd olduğundan iddianın bu əsasla təmin edilməməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 6350 manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4644/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4644/2022
30.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver