Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4659/2025 27.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 5484 manat manat məbləğində maddi zərər, 1500 manat motosikletin təmirinə dair xərclər və 4000 manat məbləğində mənəvi zərər olmaqla ümumilikdə 10984 məbləğində zərərin əvəzinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq dövründə xx.xx.2024-cü il saat 10:00-dan xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin 1(012)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən Apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 1(012)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs Cavabdeh ağır cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(105)-366/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1(012)-454/2025 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Xüsusilə vurğulamaq istəyir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən apellyasiya şikayəti verməyinin başlıca səbəbi, Cavabdeh ona qarşı laqeyd münasibət göstərməsi, dəfələrlə ona və əmlakına vurduğu ziyanın qarşılanması üçün müraciət etsə də, heç bir nəticəsi olmamasıdır. Belə ki, o, 03 iyun 2024-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsi H.Əliyev prospekti “Alimlər binası” ilə üzbəüz Saray-Novxanı yolu ilə mülkiyyətində olan “YBR 125 Motosikl” markalı 10-B381 dövlət qeydiyyat nişanlı motosikllə hərəkətdə olan zaman, həmin vaxt Cavabdeh etibarnamə olmadan idarə etdiyi Mürşüdlü Ruslan Vəkil oğluna məxsus “VAZ 21043” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, qəza törətmişdir. Qəza nəticəsində zərərçəkmiş kimi tanınaraq, sağ körpücük sümüyü sınmış, sağ ayağında 4 (dörd) barmağı sınmış, qabırğa nahiyəsi deformasiyaya uğramışdır. Aldığı xəsartlərlə bağlı Sumqayıt şəhərində yerləşən “Liman Hospital”da əməliyyat olunmuş və 7 (yeddi) ay müalicə almışdır. Əməliyyat zamanı “Liman Hospital”a aşağıdakı məbləğlərdə ödənişlər etmişdir: 1. İmplant - 1100 manat, 2. Sağ körpücük sümüyü - 800 manat, 3. Sağ ayağın dördüncü barmağı - 600 manat, 4. Dərmanlar - 212 manat olmaqla ümumilikdə 2712 manat məbləğində. Həmçinin onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, qəza nəticəsində idarə etdiyi və mülkiyyətində olan Yamaha YBR 125 markalı 10-B-381 dövlət qeydiyyat nişanlı motasikletimə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktını iddia ərizəsinə əlavə edir. Əlavə olaraq qeyd edir ki, keçirdiyi avtoqəzaya baxmayaraq işdən kənarlaşdırılmamış və iş fəaliyyətinin dəyandırılmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə bağlanmış 015 nömrəli müqaviləyə əsasən, ona məxsus olan əmək haqqı miqdarında məvacibi iş fəaliyyəti təmin olunduqdan sonra geri ödənilməsi şərti ilə borc şəklində ona 2772,50 manat məbləğində pul vəsaiti şirkət tərəfindən ona ödənilmişdir. Bundan başqa, qəza nəticəsində keçirdiyi emosional stress, cavabdehin törətdiyi əməl ilə əlaqədar onunla qətiyyən maraqlanmayaraq təhqiramiz davranması, ümumiyyətlə vurduğu zərəri ödəməyəcəyini bildirməsi onda əsəb gərginliyi yaratmış, yəni onu mənəvi zərər də vurulmuşdur. Vurulmuş mənəvi zərəri 4000 manat həcmində dəyərləndirir. Göründüyü kimi Cavabdeh yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, törətdiyi qəza nəticəsində, həm sağlamlığıma çox ciddi ziyan vurmuş və həmçinin əmlakına da zərər dəymişdir. Bunların aradan qaldırılması üçün külli miqdarda pul vəsaitinə ehtiyacı vardır. Lakin Cavabdeh zərəçəkmiş kimi ona heç bir zərərinin qarşılanması üçün ödəniş etməmiş və etmək fikri də yoxdur. Ona görə də ədalətin bərpa olunması üçün məhkəməyə müraiət etmək məcburiyyətində qalmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon Məhkəməsinin 1(012)-454/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq dövründə xx.xx.2024-cü il saat 10:00-dan xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) ıl 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın saxlanılması, Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 128 manat məöləğində ekspertiza xərclərinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübut kimi tanınmış Cavabdeh idarə etdiyi VAZ 21043 yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış "Yamaha YBR” markalı, 10-B-381 dövlət qeydiyyat nişanlı motosiklet cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə İddiaçı qaytarılması, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, zərərçəkmış şəxs İddiaçı cinayət nəticəsində dəymiş ziyanı mülki iddia icraatı qaydasında tələb etmək hüququnun izah edilməsi hökm edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-366/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-454/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxıanılması qərara alınmışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus «YBR 125 Motosikl» markalı 10-B381 dövlət qeydiyyat nişanlı motosiklənə 1500 manat maddi ziyan vurulmuşdur. -DS Group tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 015 nömrəli müqavilədəm görünür ki, "xxxx" MMC şirkətndə xx.xx.2024-cü il tarixindən etibarən miqdarında əməkhaqqı qarşılığında İddiaçı sürücü vəzifəsini icra edir. xx.xx.2024-cü il tarixindən etibarən qarşılıqlı razılaşmaya əsasən, iş fəaliyyətinin dayandırılması nəzərə alınmadan 2772,50 manat miqdarında məvacib onun hesabına geri qaytarılması şərtilə köçürülmüşdür. -DS Group tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı avtoqəza keçirdiyinə görə işdən kənarlaşdırılmamış və iş fəaliyyətinin dayandırılmasına baxmayaraq xx.xx.2024-cü il tarixində bağlanmış 015 nömrəli müqaviləyə əsasən, ona məxsus olan əmək haqqı miqdarında məvacibi iş fəaliyyəti təmin olunduqdan sonra geri ödənilməsi şərtilə borc şəklində əldə etmişdir: xx.xx.2024-cü il-381,50 manat əmək haqqıümumi 381,50 manat, xx.xx.2024-cü il-381,50 manat əmək haqqı-ümumi 763 manat, xx.xx.2024-cü il-381,50 manat əmək haqqı-ümumi 1144,50 manat, xx.xx.2024-cü il-407,75 manat əmək haqqı-ümumi 1552,25 manat, xx.xx.2024-cü il-404,75 manat əmək haqqıümumi 1957 manat, xx.xx.2024-cü il-407,75 manat əmək haqqı-ümumi 2364,75 manat, xx.xx.2024-cü il-407,75 manat əmək haqqı-ümumi 2772,50 manat təşkil edir. -“Liman Hospital” tərəfindən verilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 600 manat, 800 manat və 1100 manat olmaqla, ümumilikdə 2500 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, «YBR 125 Motosikl» markalı 10-B381 dövlət qeydiyyat nişanlı motosikla dəymiş maddi zərər real bazar qiymətləri ilə qeyd olunan tarixə 845 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(105)-366/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1(012)-454/2025 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı 03 iyun 2024-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsi H.Əliyev prospekti “Alimlər binası” ilə üzbəüz Saray- Novxanı yolu ilə mülkiyyətində olan “YBR 125 Motosikl” markalı 10-B381 dövlət qeydiyyat nişanlı motosikllə hərəkətdə olan zaman, həmin vaxt Cavabdeh etibarnamə olmadan idarə etdiyi Mürşüdlü Ruslan Vəkil oğluna məxsus “VAZ 21043” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, qəza törətmişdir. Qəza nəticəsində zərərçəkmiş kimi tanınaraq, sağ körpücük sümüyü sınmış, sağ ayağında 4 (dörd) barmağı sınmış, qabırğa nahiyəsi deformasiyaya uğramışdır. Aldığı xəsartlərlə bağlı Sumqayıt şəhərində yerləşən “Liman Hospital”da əməliyyat olunmuş və 7 (yeddi) ay müalicə almışdır. Lakin nə onun sağlamlığına, nə də ona məxsus motosikla vurulmuş zərər cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, 5484 manat manat məbləğində maddi zərər, 1500 manat motosikletin təmirinə dair xərclər və 4000 manat məbləğində mənəvi zərər olmaqla ümumilikdə 10984 məbləğində zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, «YBR 125 Motosikl» markalı 10-B381 dövlət qeydiyyat nişanlı motosikla dəymiş maddi zərər real bazar qiymətləri ilə qeyd olunan tarixə 845 manat təşkil etdiyi müəyyən edilmişdir. “Liman Hospital” tərəfindən verilmiş qəbzlərdən göründüyü kimi İddiaçı tərəfindən 600 manat, 800 manat və 1100 manat olmaqla, ümumilikdə 2500 manat ödəniş etmişdir. Bundan əlavə DS Group tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, İddiaçı avtoqəza keçirdiyinə görə işdən kənarlaşdırılmamış və iş fəaliyyətinin dayandırılmasına baxmayaraq xx.xx.2024-cü il tarixində bağlanmış 015 nömrəli müqaviləyə əsasən, ona məxsus olan əmək haqqı miqdarında məvacibi iş fəaliyyəti təmin olunduqdan sonra geri ödənilməsi şərtilə borc şəklində əldə etmişdir: xx.xx.2024-cü il-381,50 manat əmək haqqı-381,50 manat təşkil edir. Məhkmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə iş yerindən verilmiş 381,5 manat məbləğin cavabdehdən tutulması əsaslıdır. Belə ki, iddiaçı həmin aydan artıq işləmək qabliyyətini itirmiş, bu ona verilmiş əmək qabliyyətli olmamsı barədə sənəddən də öz əksini tapmışdır. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, rəyi əsas sübut növü kimi qiymətləndirir və hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş ümumilikdə 2881,50 (2500+381,5=2881,5) manat məbləğində maddi zərər, 845 manat motosikletin təmirinə dair xərclər və 500 manat məbləğində mənəvi zərər tutularaq iddiaçı İddiaçı verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində 4000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmiş, lakin həmin məbləğdə mənəvi zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə 500 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulmasını ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Bundan əlavə iddiaçının vəkil ilə müqavilə bağlamasına görə 150 manat məbləğində və avtomobilin xərclərinin müəyyən olunması üçün həmin qüsur aktının təqdim edilməsi üçün “X7” MMC-yə 100 manat ödəniş etməsi iş materiallarında olan qəbz ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, həmin məbləğlər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı rüsum tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən vurulmuş 2881,50 (iki min səkkiz yüz səksən bir manat əlli qəpik) manat məbləğində maddi zərər, 845 (səkkiz üz qırx beş) manat motosikletin təmirinə dair xərclər və 500 (beş yüz) manat məbləğində mənəvi zərər, ümumilikdə 4226,5 (dörd min iki yüz iyirmi altı manat əlli qəpik) manat cabdehdən alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov