Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4752/2021 02.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən yarımtikili yaşayış sahəsindən Cavabdeh məxsus olan cehiz əmlakının - yataq dəstinin və mətbəx mebelinin çıxarılaraq cavabdehə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 27 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 10 noyabr 2007-ci il təvəllüdlü X6, 03 yanvar 2011-ci il təvəllüdlü X7 və 18 iyun 2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət cavabdehlə mehriban yaşasalar da, lakin sonradan cavabdehin ona xəyanət etməsinə dair əsaslı şübhələr yaranmışdır. Xəyanətlə bağlı aralarında münasibət gərginləşmiş, cavabdeh Maştağa qəsəbəsinə anasının evinə getmişdir. Lakin uşaqların azyaşlı və körpə olmasını nəzərə alaraq o, uşaqlar böyüyənə qədər cavabdehin geri qayıtmasına razı olmuşdur. Artıq qonşuların da məsələdən xəbərdar olduğunu bildiyi üçün o, öz evindən çıxaraq Bakı şəhərində kirayə ev tutmuş, ailəsini kirayə yaşadığı evə yerləşdirmişdir. Cavabdeh səhv etdiyini, and içib bir daha belə hərəkətə yol verməyəcəyini bildirsə də o, cavabdehə inanmamışdır. Bir müddət yaşadıqdan sonra məlum olmuşdur ki, cavabdeh yenidən ona xəyanət etmiş, başqa şəxslə görüşmüşdür. Bundan sonra aralarında mübahisə olmuş, cavabdeh uşaqları və özünə məxsus əşyaları, həmçinin, zinət əşyalarını götürərək evdən getmişdir. Birgə yaşamaları və ailə münasibətlərini davam etdirmək mümkün olmadığı üçün o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 26.04.2021-ci il tarixdə nikahın pozulmasına dair qətnamə qəbul etmişdir. Nikah müddətində o, cavabdehlə birlikdə bir müddət Sabunçu rayonunun Maştağa qəsəbəsində kirayədə yaşamış, sonra isə Abşeron rayonunun Qobu qəsəbəsində daha çox atasının vəsaiti ilə tikilmiş yarımtikili yaşayış sahəsinə köçərək orada yaşamışlar. 2006-cı ildə o, cavabdehlə Salyan şəhərində bir il yaşamış, daha sonra Bakıya gələrək etibarnamə ilə torpaq sahəsi almış və həmin torpaq sahəsində birmərtəbəli mansardlı yaşayış evi tikmişlər. Evin iki otağı yaşayış üçün yararlıdır. Təxminən 2014-cü ilin əvvəllərindən cavabdeh anasına məxsus olan Maştağa qəsəbəsində yerləşən evdə yaşayır. Cavabdeh evdən gedərkən ona məxsus olan bütün əmlakları, qızıl-zinət əşyalarını aparsa da cehiz əmlakı kimi yataq dəstini və mətbəx mebelini aparmamışdır. Dəfələrlə təklif edərək vaxt versə də cavabdeh həmin mebelləri aparmaqdan imtina edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 27 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 10 noyabr 2007-ci il təvəllüdlü X6, 03 yanvar 2011-ci il təvəllüdlü X7 və 18 iyun 2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Xarakterləri uyğun gəlmədiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2(008)-413/2021 saylı qətnaməsi ilə nikahı pozulmuşdur. Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən yarımtikili yaşayış sahəsində cavabdehlə birlikdə yaşasa da hazırda, o, anasıgilə məxsus evdə onlarla birlikdə yaşayır. İddiaçının iddia tələblərini qəbul etmir, belə ki, birgə nikahlarından 3 azyaşlı uşaqları var. Həmçinin, mənzilin bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Salyan rayonu Arbatan ərazi nümayəndəliyi tərəfindən verilmiş 27.12.2006-cı il tarixli AZ-İ № 290061 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 27.12.2006-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 80 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Babayeva soyadı verilmişdir. -4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.11.2015ci il tarixli AZE № 12182818 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 03.01.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. -Sabunçu Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2(008)-413/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Salyan rayonu Arbatan ərazi nümayəndəliyində 27.12.2006-cı il tarixdə 80 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra 10.11.2007-ci il təvəllüdlü X2 İddiaçı, 03.01.2011-ci il təvəllüdlü X3 və 18.06.2016-cı il təvəllüdlü X4 Cavabdeh himayəsinə verilməsi, İddiaçı 03.01.2011-ci il təvəllüdlü X3 və 18.03.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh verilməsi, iddianın alimentə dair hissəsinin dərhal icra edilməsi və alimentin tutulması müddətinin 26.04.2021-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11.05.2021-ci il tarixli 639 saylı arayışdan görünür ki, iddiaçı-Babayev X5 rayonu Qobu qəsəbəsi Yeni məhəllədə qeydiyyatsız yaşayır. -AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Sabunçu RPŞ tərəfindən verilmiş 16.07.2012-ci il tarixli AZE № 09985719 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 1, 3 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 27 dekabr 2006-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 10 noyabr 2007-ci il təvəllüdlü X6, 03 yanvar 2011-ci il təvəllüdlü X7 və 18 iyun 2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflər nikaha daxil olandan sonra birgə vəsaitləri hesabına dövlət qeydiyyatına alınmamış, hər hansı hüquqmüəyyənedici sənədi olmayan – Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllə ünvanında fərdi yaşayış evi inşa etmişlər. Sabunçu Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2(008)-413/2021 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Cavabdeh həmin fərdi yaşayış evini tərk etdiyindən iddiaçı cavabdehə məxsus olan əşyaların fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla tərəflərin birgə maddi vəsaitləri hesabına tikilmiş fərdi yaşayış evinin özbaşına tikili olması, hər hansı hüquqmüəyyənedici sənədinin olmaması tərəflərin həmin evə bərabər statusunun yaranmasını ehtiva edir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından onların nikaha daxil olduğu müddətdən sonra inşa edilmiş Abşeron rayonu Qobu qəsəbəsi Yeni Məhəllə ünvanındakı yarımtikili fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına inşa edilmiş, həmin evdə birgə təsərrüfat aparmış, birgə nikahlarından olan azyaşlı uşaqları da həmin evdə dünyaya gəldiyindən cavabdeh də öz növbəsində iddiaçı kimi həmin evdən bərabər şəkildə istifadə etmək və yaşamaq hüququna malikdir. Bu səbəbdən də, tərəflərin izahatlarına və maddi hüquq normalarının tələblərinə istinad edərək, məhkəmə hesab edir ki, iddiaçının birgə nikah dövründə inşa edilmiş özbaşına tikiliyə münasibətdə cavabdeh ilə birlikdə bərabər statusa malik olduğundan, onun cavabdehə məxsus əşyaların həmin evdən çıxarılmasını tələb etmək hüququ istisna edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlakın yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4752/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4752/2021
02.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver