Məhkəmə qərarları › İş №2(012)-4817/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4817/2022

24.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4817/2022 24.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə qarşı «torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh2 mülkiyyətinə verilməsinə dair Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarına əsasən keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı tarixli, JN-OO1A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin şəhadətnaməyə əsasən DƏDR-də qeydə alınmış xx.xx.2015-ci il tarixli **********36 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iştirak edərək iddianı müdafiə etmiş,lakin baxış iclasında səbəbini bildirmədən iştirak etməmiş,cavabdehin vəkili-nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən, məhkəmə mülki işə iddiaçın iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X3 Birliyinin Novxanı üzümçülük sovxozunun direktoru İ.İbrahimov xx.xx.1987-ci ildə sovxoz fəhlə komitəsinin xx.xx.1987-ci il tarixli 15 nömrəli qərarını əsas tutaraq sovxozun fəhləsi kimi ev tikdirmək üçün istifadəsiz torpaq sahəsindən 0,06 sot torpaq sahəsinin onun adına ayrılmasına dair 99 nömrəli əmr vermişdir. Həmin əmr əsasında Novxanı Kənd XDS İcraiyyə Komitəsi tərəfindən 23 yanvar 1988-ci il tarixdə həmin qərar qanuni hesab edilmiş və 0,06 ha torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd edir ki, həmin torpaq sahəsinin ayrılmasına dair Novxanı əmrdən çıxarış və Novxanı XDS İK-nin xx.xx.1988-ci il tarixli 02 nömrəli qərarından çıxarışlar Abşeron Rayon Dövlət Arxivində mövcuddur və arxiv tərəfindən həmin sənədlər ona təqdim edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qeyd edilən torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanmasına dair müraciət edərkən məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi Abşeron Rayon Aqrar İsahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarına əsasən keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı tarixli, JN-OOİA nömrəli torpağın mülkiyyətə verilməsinə dair şahadətnaməyə əsasən DƏDRX-də xx.xx.2015-ci il tarixdə **********36 reyestr nömrəli çıxarış əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh2 adına ümumi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bu səbəbdən qeyd edilən torpağın mülkiyyət hüququ ilə onun adına qeydə alınmasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, onun adına Novxanı XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş 02 nömrəli qərardan çıxarışın 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçməmişdir. Halbuki onun cavabdeh idarəyə təqdim etdiyi bütün sənədlər Abşeron Rayon Dövlət Arxivində saxlanılan qanunla müəyyən edilmiş şəkildə verilmiş sənədlər olmuş, həmçinin qeyd edilən 0,06 ha torpaq sahəsinin atasına verilməsinə dair Abşeron Rayonu Novxanı Kənd İN-yi tərəfindən arayış da verilmişdir. Qeyd edir ki, həmin torpaq sahəsindən başqa onun adına neç yerdə heç bir torpaq sahəsi verilməmişdir və həmin torpaq sahəsi sovxoz üzvü kimi adına ayrılmiş yeganə torpaq sahəsidir. Həmin torpaq sahəsinin Abşeron Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh2 şəhadətnamə əsasında verilməsindən də hazıra kimi məlumatı olmamışdır. Bundan əlavə qeyd edilən islahatlar keçirilən zaman da torpaq sahəsinə hüquq sahibi kimi onun iştirakı təmin edilməmiş, beləliklə də qanunu əsaslarla əldə etdiyi torpaq sahəsi təsadüfi şəxslərin mülkiyyətinə verilmişdir. Ona görə də hesab edir ki, qeyd edilən torpaq sahəsinin əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh2 verilməsinə dair Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarına əsasən keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı tarixli, JN-OO1A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnaməyə əsasən DƏDRX-də qeydə alınmış xx.xx.2015-ci il tarixli **********36 reyestr nömrəli çıxarış etibarsız hesab edilməlidir. Çünki, həmin torpaq sahəsi Aqrar İslahatlar keçirilənə kimi qanuni ilkin əsaslarla ona verilmiş torpaq sahəsidir və mülkiyyət hüququ ilə də onun adına qeydə alınmalıdır. Qeyd edilənlərə əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh2 mülkiyyətinə verilməsinə dair Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarına əsasən keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı tarixli, JN-OO1A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin şəhadətnaməyə əsasən DƏDR-də qeydə alınmış xx.xx.2015-ci il tarixli **********36 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və DƏDRX-dən verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh2 mülkiyyətinə verilməsinə dair Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarına əsasən keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-001A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin şəhadətnaməyə əsasən DƏDR-də qeydə alınmış xx.xx.2015-ci il tarixli **********36 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qatnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehlər tərəfindən qanuni əsaslarla əldə edilməklə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəf göstərilən torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsi olmasına və cavabdehlərin adına verilən şəhadətnamənin və çıxarışın etibarsızlığının əsaslarına dair heç bir sənəd təqdim etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən bildirişdən də görünür ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya 0,06 ha torpaq sahəsinin Abşeron rayon Novxanı kənd XDS İK-nın 23 yanvar 1988-ci il tarixli 2 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin ayrılması barədə akt və yaxud torpaq sahəsini fərdiləşdirən digər sənəd təqdim edilməmişdir. Bundan başqa göründüyü kimi iddiaçı iddia edir ki, Novxanı kəndində yerləşçən 0,06 ha torpaq sahəsi ona 23 yanvar 1988-ci il tarixli qərarla ayrılmışdır. Cavabdehlər isə torpaq sahəsini Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarına əsasən əldə etmiş, keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN- 001A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə və daha sonra isə həmin şəhadətnaməyə əsasən DƏDR-də xx.xx.2015-ci il tarixdə **********36 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdehlərin 24 ildən artıqdır ki, qanuni əsaslarla mülkiyyət hüququnu həyata keçirdiyi torpaq sahəsinə hüquq verən sənədlərin keçən bu uzun zamandan sonra iddiaçı tərəfindən mübahisələndirilməsi iddia müddətinin tətbiq edilməsinin əsaslarını yaratmaqla həmin torpaq sahəsinin iddiaçıya ayrılmadığını göstərir. Əgər torpaq sahəsi həqiqətən iddiaçıya ayrılmış torpaq sahəsi olsaydı iddiaçı keçən uzun zaman ərzində torpaq sahəsinə sahiblik edər və torpaq sahəsinin vəziyyəti barədə məlumatlı olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bundan başqa Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göstərilən qanun normalarından da göründüyü kimi daşınmaz əşyalarla bağlı iddia müddəti altı il, etibarsızlıqla bağlı kəsici müddət bir ildir. Hesab edir ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının qərarının qəbul edildiyi tarixdən 23 il, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsindən 16 il, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsindən isə 6 ildən artıq müddət keçdiyinə görə iddiaçı iddia müddətini ötürmüşdür. Belə olan halda hesab edir ki, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,15 ha torpaq sahəsi hüquq sahibləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır və hüquq sahiblərinin hər birinin həmin əmlaka ümumi birgə payları müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsini,iş materiallarında olan digər sənədləri araşdırıb, Cavabdeh1 vəkili-nümayəndəsi dinləyib, belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,15 ha torpaq sahəsi hüquq sahibləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır və hüquq sahiblərinin hər birinin həmin əmlaka ümumi birgə payları müəyyən edilmişdir. İddiaçı tərəf göstərilən torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsi olmasına və cavabdehlərin adına verilən şəhadətnamənin və çıxarışın etibarsızlığının əsaslarına dair, o cumlədən iddiaçıya məxsus torpaq sahəsinin ayrılması barədə akt və yaxud torpaq sahəsini fərdiləşdirməsini mümkün edən heç bir sənəd təqdim etməmişdir. Cavabdehlər isə torpaq sahəsini Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarına əsasən əldə etmiş, keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-001A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə və daha sonra isə həmin şəhadətnaməyə əsasən DƏDR-də xx.xx.2015-ci il tarixdə **********36 reyestr nömrəli çıxarış verilmiş və halhazırda da həmin sənədlərin şübhə altına alınmasına dair iddiaçı tərəfindən hər hanı bir mötəbər sübut təqdim eilməmiş, halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh2 mülkiyyətinə verilməsinə dair Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarına əsasən keçmiş DTXK tərəfindən verilmiş xx.xx.2006-cı tarixli, JN-OO1A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin şəhadətnaməyə əsasən DƏDR-də qeydə alınmış xx.xx.2015-ci il tarixli **********36 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar