Məhkəmə qərarları › İş №2(012)-482/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-482/2021

04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-482/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən xx xxxxxx 2009-cu il tarixdə aldatma yolu ondan alınmış 200000 manat (iki yüz min) pul məbləğinin, əldən çıxmış faydaya görə 76000 (yetmiş altı min) manat, dəymiş mənəvi zərərə görə 20000 (iyirmi min) manat pul məbləğinin və tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 296030 (iki yüz doxsan altı min otuz) manat pul məbləğinin "xxxx" MMCnin hüquqi varisi “Cavabdeh" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı zərərin ödənilməsi barədə iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən azalma verərək iddia tələbində əldən çıxmış faydaya görə 76000 manat və dəymiş mənəvi zərərə görə 20000 manat pul məbləğinin tutulması hissəsində iddiada tələbini azaldaraq, İddiaçı ilə "xxxx" MMC arasında (hüquqi varisi "Cavabdeh" MTK) xx xxxxxx 2009-cu il tarixlində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrininm kəsişdiyi ünvandakı 14 mərtəbəli yaşayış evinin, 1-ci blok, sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Müqaviləyə əsasən "xxxx" MMC-nə ödənilmiş 200000 (iki yüz min) manat məbləğində pul vəsaiti xxxx” MTK-dan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında (hüquqi varisi "Cavabdeh" MTK) xx xxxxxx 2009-cu il tarixlində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrininm kəsişdiyi ünvandakı 14 mərtəbəli yaşayış evinin, 1-ci blok, sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Müqavilə imzalanmışdır. Həmin Müqavilənin 3.1-ci bəndində göstərilir ki, Müqavilə üzrə qeyriyaşayış sahəsinin dəyəri 1 (bir) kv.m. sahə üçün 1000 manat (bir min) olmaqla, cəmi 200000 manat (iki yüz min) təşkil edir. Sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsi üçün cəmi 200000 manat (iki yüz min) ödənlmişdir. Həmin Müqavilənin sonunda ödəniş tam yerinə yetirilmiş, qalıq yoxdur göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli Maliyyə arayışında məbləğin tam ödənildiyi, qalıq borcun olmadığı göstərilir. Həmin sahənin ona təhvil verilməsi üçün məktubla "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-nin hüquqi varisi "Cavabdeh" MTK tərəfindən mənim məktubuma çox məntiqsiz və çox savadsız bir cavab verilmişdir. xx xxxx 2017-ci il tarixli 03/06 saylı məktubda göstərilmişdir ki, ona satılan qeyri-yaşayış sahəsi əvvəl başqa şəxsə (X5) satılmışdır. Ona görə İddiaçı ilə "xxxx" MMC arasında xx xxxxxx 2009-cu ildə bağlanmış Müqavilə etibarsız hesab edilməlidir. Həmin şəxsi məhkəməyə gətirə bilmədikləri üçün tamamilə başqa bir şəxsin adına (X2) Müqavilə olduğunu bəyan etdilər. Əvvəldə olduğu kimi yenə də həmin şəxsi məhkəmələrin günahı ucbatından məhkəməyə gətirmək mümkün olmadı. O bu məsələnin hüquqi müstəvidə həli olunması üçün Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Onun tərəfindən Abşeron rayon Məhkəməsinin 2(012)-183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1238 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə onun Abşeron rayon Məhkəməsinin 2(012)-183/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin olunmamış, Abşeron rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də onun ödədiyi 200000 manat pulun "xxxx" MMC-nin hüquqi varisi olan "Cavabdeh" MTK-dan tələb etmək hüququ yaranıb. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması və ona dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddiaçı əvvəllər iddia tələbi üzrə müqaviləni məhkəmə qaydasında mübahisələndirmiş, həmin müqavilə məhkəmənin qətnaməsinə əsasən etibarsız hesab edilmişdir. Hazırda isə iddiaçının qeyri-yaşayış sahəsi üçün ödədiyi 200000 min manat məbləğində pul tələbi əsaslıdır, bu maliyyə arayışında da öz əksini tapmışdır. Odur ki, iddia tələbini qəbul edərək iddianı etiraf etdiyini, lakin etirafı yazılı qaydada vermək istəmədiyini, sadəcə olaraq protokolda qeyd edilməsini, protokola imza etməyəcəyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - ˝xxxx˝ MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən ˝ıçarcİ˝ Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blokunda, ümumi sahəsi 200m2 olan qeyri-yaşayış sahəsini ay˝ıçyaP˝ verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəti bir kvadrat metr sahə üçün 1000 manat təşkil edir, sahəsi 200m2 olan mənzil üçün cəmi 200000 (iki yüz min) manat ödənilmişdir. Müqavilənin 11-ci bəndinə əsasən ilkin ödəniş 200000 (iki yüz min) manat ödənilmişdir, qalıq borc yoxdur. -xxxx MMC-nin direktoru E.H.Tağıyev tərəfindən imzalanmış xx.xx.2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A saylı ünvanında inşa olunan yaşayış binası ˝xxxx˝ MMC-yə məxsusdur. Həmin binanın 1-ci blokunda yerləşən qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən 200000 (iki yüz min) manat ödənilmişdir, MMC-yə heç bir borcu yoxdur. -ASAN 2 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 mənzil 22 ünvanında qeydiyyatdadır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-183/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia tələbi rədd edilmiş, X1 qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, cavabdeh ˝hedbavaC˝ MTK ˝xxxx˝) MMC-nin hüquqi varisi) ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blokdan 200 kv.metr qeyri-yaşayış sahəsinə dair cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 1-ci blokdan 200 kv.metr qeyri-yaşayış sahəsinə dair cavabdeh X5 ilə bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmiş, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-183/2019 saylı qətnaməsindən görünür ki, “İş materiallarında olan "Cavabdeh" MTK-nın xx.xx.2019-cu il tarixli, 18/09 saylı arayışından görünür ki, "xxxx" MMC-nin hüquqi varisi "xxxx"xxxx”. -˝hedbavaC˝ MTK tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı ilə bağlanmış ünvan 4 ünvanında inşa olunan yaşayış binasından 1-ci blok, sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinə dair xx xxxxxx 2009cu tarixli müqavilə qüsurlu və etibarsiz əqddir. Belə ki, göstərilən qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə bağlanmış müqavilədən daha əvvəl başqa şəxslə-xx xxxxxx 2008-ci il tarixdə X5 ilə “xxxx” MMC arasında müqavilə mövcud olmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinə dair mövcud müqavilə olduğu halda sizinlə təkrar həmin qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanılmışdır. Göstərilən müqavilə ləğv edilmədiyindən sizinlə bağlanılmış xx xxxx 2012-ci il tarixli müqavilə etibarsiz hesab edilməlidir. Müqavilə üzrə göstərilən qeyri-yaşayış sahəsinə dair əvvəllər bağlanılmış müqavilə mövcud olduğundan mübahisləndirilən xx xxxx 2012-ci il tarixli İddiaçı ilə bağlanmış qeyri-yaşayış sahəsi barədə hüquqlar əldə etmədiyindən ona dair tələblər irəli sürülə bilməz. Qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərsiniz. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında (hüquqi varisi "Cavabdeh" MTK) xx xxxxxx 2009-cu il tarixlində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrininm kəsişdiyi ünvandakı 14 mərtəbəli yaşayış evinin, 1-ci blok, sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Müqavilə imzalanmışdır. İddiaçı iddia ərizəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-183/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, X1 qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, cavabdeh ˝hedbavaC˝ MTK ˝xxxx˝) MMC-nin hüquqi varisi) ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blokdan 200 kv.metr qeyri-yaşayış sahəsinə dair cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 1-ci blokdan 200 kv.metr qeyri-yaşayış sahəsinə dair cavabdeh X5 ilə bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan sonra iddiaçı “zərərin ödənilməsi tələbi” ilə hazırda məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən xx xxxxxx 2009-cu il tarixdə aldatma yolu ondan alınmış 200000 manat (iki yüz min) pul məbləğinin və tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "xxxx" MMC-nin hüquqi varisi “Cavabdeh" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azrərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı zərərin əvəzinin ödənilməsi tələbi qanunla nəzərdə tutulmuş qaydada əsaslıdır. Belə ki, Abşeron rayon məhkəmənin xx.xx.2019-cu il tarixli 2(012)-183/2019 saylı qətnaməsindən göründüyü kimi ˝xxxx˝ MMC İddiaçı ilə mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilədən əvvəl başqa bir şəxslə müqavilə bağlanmış və bununla da iddiaçıya zərər vurulmuşdur. Ona görə də mübahisəli qeyri-yaşayış sahəsi barədə məhkəmənin xx.xx.2019-cu il tarixli 2(012)-183/2019 saylı qətnaməsindən sonra iddiaçı tərəfindən ˝xxxx˝ MMC ilə bağladığı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ödədiyi 200000 (iki yüz min) manat məbləğinin ˝hedbavaC˝ MTK-dan tələb etməsi ilə haqlıdır. Eyni zamanda cavabdeh izahatında iddianın 200000 (iki yüz min) manat məbləği hissəsində qəbul etməsini etiraf etmişdir. Hazırda isə ˝hedbavaC˝ MTK ˝xxxx˝ MMC hüquqi varisi olduğundan iddiaçı tərəfindən iddia tələbinin subyekti düzgün olaraq seçilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 200000 (iki yüz min) manat məbləğinin ˝hedbavaC˝ MTK-dan tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının MPM-nin; 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında (hüquqi varisi "Cavabdeh" MTK) xx xxxxxx 2009-cu il tarixlində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrininm kəsişdiyi ünvandakı 14 mərtəbəli yaşayış evinin, 1-ci blok, sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Müqaviləyə əsasən "xxxx" MMC-nə ödənilmiş 200000 (iki yüz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xxxx” MTK-dan alınaraq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar